Məhkəmə qərarları › İş №e-2(027)-2075/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2075/2023

11.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2075/2023 11.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə çıxarış alınmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə mərhum atası X3, mərhum anası X2, Cavabdeh və X4 Torpağa Mülkiyyət Hüququna Dair JN-466 KOD 30320018 saylı Dövlət Aktına əsasən məxsus olan Quba rayonu, İİ-Nügədi kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,39 ha torpaq sahəsinə miras qoyanlar X5 və X1 adına arayış (çıxarış) alınmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə çıxarış alınmasına maneələrin aradan qaldırılması tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəkili və nümayəndəsi Nümayəndə vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar