Məhkəmə qərarları › İş №e-2(027)-236/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-236/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-236/2023 23.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən tanınmış mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 1 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Qeyd olunan hüquq normasının tələblərinə əsasən, İddiaçı nümayəndəsi və vəkili X8 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi tələb hissəsindəki, “cavabdeh X1 ünvan 1 ünvanına tanınan istifadə hüququna xitam verilsin'’ sözləri, Cavabdeh ünvan 2 ünvanında yerləşən evin 34 saylı mənzilinə tanınan istifadə hüququna xitam verilsin kimi oxunması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 3 ünvanındakı 34 saylı mənzilə Cavabdeh (bundan sonra cavabdeh), Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə köçürülməsinə qət edilsə də cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daimi yaşadığı, valideynlərinə məxsus ünvan 4 ünvanında yaşamağa davam edir. Quba rayon İcra şöbəsinin 20 oktyabr 2022-ci il tarixli, 1900xx/xx- 077997 saylı bildirişi ilə həmin Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsinin icra olunması üçün tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdehin ünvan 3 ünvanındakı 34 saylı mənzilə olan qeydiyyatı formal hal daşıyır və onun mənzilə olan mülkiyyəti baxımından gözləntisinə mane olur və cavabdehin məhkəmə tərəfindən bu mənzilə tanınan istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə, mübahisə predmetini təşkil edən evə köçürülməsi, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, icraçı tərəfindən qətnamənin icrası iddiaçının yaratdığı maneələrə əsasən təmin edilməmiş və həmin evə köçürülə bilməmişdir. Lakin, o, bununla bağlı yuxarı qurumlara şikayətlər ünvanlamışdır. Hal-hazırda Bakı şəhərində kirayədə yaşayır. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ünvan 7 İddiaçı mülkiyyətində deyildir. Buna görə İddiaçı qeyd olunan iddia tələbini qaldırmaq hüququna malik deyildir. Həmin mənzil order əsasında Firuzənin mərhum ərinə istifadəyə verilmiş, Firuzədə digər ailə üzvləri kimi həmin mənzilə qeydiyyata alınmış, istifadə etmişdir. Bu əsaslar ilə İddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. İkincisi, iddiaçı iddia tələblərini əsaslandırarkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Mülki iş materiallarından görünür ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ məhkəmə qərarı ilə 12 yanvar 2010-cu il tarixdən yaranmışdır. Yəni, xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə şamil edilə bilməzdir. İddiaçının iddia tələblərinin məqsədi Quba Rayon Məhkəməsinin 2(027)- 18\2010 nömrəli, 12 yanvar 2010-cu il tarixli qətnaməsinin icra edilməsinə maneənin yaradılması və ya ləğv edilməsidir. Halbuki, qanunvericiliyə görə məhkəmənin qətnaməsinin ləğv edilməsi yuxarı məhkəmə instansiyasının qərarı ilə mümkündür. Qüvvədə olan məhkəmə aktının digər yeni məhkəmənin qərarı ilə ləğv edilməsi qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin tamamilə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.1979-cu il tarixli, 67 saylı orderdən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X2 istifadəsinə verilmişdir . İş materiallarına əlavə olunmuş Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə, Cavabdeh Quba şəhəri Fətəli Xan küçəsi 2A saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən mənzil xx.xx.1979-cu il tarixli, 67 saylı order əsasında X2 istifadəsinə verilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010cu il tarixli qətnaməsi ilə, Cavabdeh Quba şəhəri Fətəli Xan küçəsi 2A saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Hazırda İddiaçı cavabdehin ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, hal-hazırda iş üzrə qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsinin olması və iddiaçının bu iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün mübahisə predmetini təşkil edən evə subyektiv hüququnun olmamasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mənzil qanunla nəzərdə tutulmuş qaydada onun adına qeydiyyata alınmamışdır. Bundan başqa, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə, Cavabdeh Quba şəhəri Fətəli Xan küçəsi 2A saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki-prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Cavabdehin başqa daimi yaşayış yeri yoxdur və onun kirayə evdə yaşaması daimi yaşamaq üçün yaşayış sahəsinə malik olması anlamını vermir. Belə olan halda, cavabdehin müəyyən müddət ərzində başqa evlərdə kirayələrdə yaşaması, onun mübahisəli evə olan hüquqlarının itirilməsi kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respulikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respulikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X qərarı) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X qərarı) və X3rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Qüvvədə olan qanunvericilik əmlakdan istifadə hüququnun müdafiəsini təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayani şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Cavabdeh yuxarıda istinad olunan qanun normalarına əsasən mübahisəli Quba şəhəri, Fətəlixan küçəsi 129 saylı evin 17 nömrəli ünvan 7 saylı mənzildən istifadə hüquqları əldə etmişdir. Ona görə də onun mübahisəli evdə yaşaması üçün qanuni əsaslar vardır. Cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi və «Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilməsi təsbit olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən də cavabdehə evdən istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən tanınmış mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən tanınmış mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar