Məhkəmə qərarları › İş №e-2(027)-2374/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2374/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2374/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, **********66-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında, 1,421 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 381,7 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə) "xxxx" ASC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “Quba SES Paylayıcı Qurğunun”“(Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus bütün qurğuların) İddiaçımülkiyyətində olan torpaq sahəsindən və əmlak kompleksi kimi müəssisədən çıxarılmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, İddiaçı MMC-nin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilərə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı MMC-nin iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı MMC-yə izah edilsin ki, ərizənin qaytarılması yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar