Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2789/2025 03.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdehna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik məbləğində vəsait və 135 (bir yüz otuz beş) manat 90 (doxsan) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. Cavabdeh ona aid olmayan bank vəsaitini kart hesabından əməliyyatlar apararaq istifadə etmişdir. İddiaçı ASC-i ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bankın Quba filialında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 59 ay müddətinə 22.908 (iyirmi iki min doqquz yüz səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində kredit rəsmiləşdirilmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Sonradan cavabdeh banka müraciət edərək krediti ödəyə bilmədiyinə görə onunla yeni müqavilə bağlayaraq yeni cədvəl verilməsini (restruktrizasiya) xahiş etmişdir. Müştərinin kredit üzrə ödənişlərində çətinliklərinin olduğu müəyyən edilmiş, bu səbəbdən kreditin restruktrizasiya olunması məqsədə müvafiq hesab edilmişdir. Kredit restruktrizasiya olunan zaman bankın sistemində texniki problem yaranmış, rəsmiləşmənin ləğvi üçün müraciət edilmiş, texniki problemə görə həmin an vəsait silinmə ardıcıllığına görə müştərinin cari hesabına düşmüşdür. Müştəri bunu görən kimi, cari hesabında olan vəsaiti dərhal kartına köçürmüş və oradan banka aid olan vəsaiti ələ keçirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə cari hesabına oturmuş vəsaitin 16.010 manatinı kartına daxil etmiş, eyni tarixdə 6.000 manat və 10.000 manat vəsaiti başqa hesaba köçürmüşdür. Sonradan dəfələrlə banka dəvət olunaraq həmin vəsaiti qaytarması tələb olunsa da zənglərə cavab verməmiş, overdraft nəticəsində əldə etdiyi vəsaiti banka qaytarmamışdır. Bu səbəbdən də texniki overdraft yaranmış və kart mənfiyə düşmüşdür. Cavabdehin özü borcu olduğunu bilir, sadəcə olaraq ödəməkdən qəsdən yayınır. Belə ki, cavabdehin kartı mənfidə olduğuna görə bu karta 4 dəfə mədaxil olmuş pul vəsaitləri cəmi 710.54 manat olmaqla silinmişdir. Nəticədə cavabdehin texniki overdraft nəticəsində banka 15.299,46 manat borcu yaranmışdır. Cavabdeh borcunun olduğunu bilir, ona görə də kartına oturan vəsaitin silinməsinə etiraz etməmişdir. Kartda olan vəsaitin silinməsi isə müqavilədə nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 17.928 (on yeddi min doqquz yüz iyirmi səkkiz) manat 47 (qəpik) manat mədaxil edilib, 33.227 (otuz üç min iki yüz iyirmi yeddi) manat 93 (doxsan üç) qəpik isə məxaric edilmişdir. İlkin qalıq da 0 (sıfır) manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. Cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. İddiaçı ASC məhkəməyə göndərdiyi ərizəsində mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli BRCB5549842B299 saylı kredit (debet kart) müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə 22.908 (iyirmi iki min doqquz yüz səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində kredit rəsmiləşdirilmişdir; müqavilə üzrə çıxarışdan görünür ki, Cavabdeh ona bank tərəfindən təqdim edilmiş plastik kartdan xx.xx.2025-xx.xx.2025-ci il tarix aralığı mütəmadi olaraq istifadə etmiş, müxtəlif tarixlərdə kart üzrə mədaxil-məxaric əməliyyatları aparmış və hazırda müqavilə üzrə Cavabdeh borcu 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik təşkil edır; maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB5549842B299 saylı kredit (debet kart) müqaviləsi üzrə 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik məbləğində qalıq borcu vardır; bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 135 (bir yüz otuz beş) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, xx.xx.2023-cü il tarixli BRCB5549842B299 saylı kredit (debet kart) müqaviləsi üzrə 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik məbləğində vəsait və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) manat 90 (doxsan) qəpik məbləğində vəsait Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 135 (bir yüz otuz beş) manat 90 (doxsan) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli BRCB5549842B299 saylı kredit (debet kart) müqaviləsi üzrə 15.299 (on beş mn iki yüz doxsan doqquz) manat 46 (qırx altı) qəpik məbləğində vəsait və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) manat 90 (doxsan) qəpik məbləğində vəsait Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2789/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2789/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver