Məhkəmə qərarları › İş №e-2(027)-2835/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2835/2025

12.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2835/2025 12.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X10-Xaçmaz Regional Təhsil İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin nümayəndəsi X2 və üçüncü şəxs Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil Məktəbinin direktoru A.Seyidovun 10 sentyabr 2025-ci il tarixli, 29 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “ingilis dili müəllimi" vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiyaya görə ödənilən 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 08 iyul 1994-cü il tarixində Azərbaycan Dövlət Dillər Universitetinin “İngilis və Alman dilləri” fakültəsini bitirmiş , ixtisası üzrə ali təhsil haqqında diplom əldə etdikdən sonra həmin il X1 İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil məktəbi “ingilis dili müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. O, həmin məktəbdə işlədiyi müddət ərzində hər zaman işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin, təhsil verdiyi tələbələrin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində, ingilis dili sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin sertifikasiya prosesi həyata keçirilməyə başlanılmışdır. Bu proses müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə, habelə təhsildə səmərəliliyin artırılmasına xidmət edir. Belə ki, İddiaçı Təhsil İdarəsi tərəfindən keçiriləntest imtahanından 35 bal yığaraq müsahibə mərhələsinə buraxılmışdır. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə sertifikatlaşmanın müsahibə mərhələsindən keçmədiyi üçün Quba rayonu Dəyanət İsmayılov adına Çiçı kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 10 sentyabr 2025-ci il tarixdən ləğv edilmişdir. Bildirmək istəyir ki, iddiaçı tərəf olaraq qəbul edilmiş qərarla razı deyillər. Belə ki, İddiaçı 1-ci mərhələ – test mərhələsini uğurla keçmişdir. Bu, onun peşə biliklərinin və metodiki hazırlığının kifayət qədər yüksək olduğunu göstərir. Yalnız 2-ci mərhələdə müsahibə mərhələsində müəyyən çatışmazlıqlar əsas gətirilərək nəticə mənfi qiymətləndirilmişdir. İddiaçı otuz iki ildir Quba rayonu Çiçi kəndində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Dolayısı ilə onun bu peşəyə uyğun olmaması absurd bir bəhanədir. Bu illər ərzində yüzlərlə şagirdə təhsil verərək onların cəmiyyətə faydalı bir şəxs kimi yetişməsinə köməklik göstərmişdir. İddiaçının böyük oğlu X3, Vətən müharibəsi veteranıdır. O, 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etmiş və göstərdiyi şücaətə görəbir sıra medallarla təltif olunmuşdur. Qeyd etdiklərindəndə açıq aydın görsənir ki, İddiaçı cəmiyyətdə müsbət xarakterizə olunan müəllimədir. Dövlətinə vətənpərvər övladların yetişməsində böyük rolu olan şəxslərin sadə bir əmrlə işdən çıxarılması qəbul olunmazıdr. İddiaçı bildirir ki, müsahibə prosesində iştirak edən iki müəllimədən biri iddiaçıya qarşı aqressiv davranaraq qərəzli münasibət göstərmişdir. Müsahibə mərhələsində qiymətləndirmənin subyektiv meyarlara əsaslanması və iddiaçının ümumi pedaqoji fəaliyyətinin, təcrübəsinin və əvvəlki illərdəki nəticələrinin nəzərə alınmaması ədalətli qərarın qəbul olunmasına mane olmuşdur. Əvvəlcədəndə qeyd etdiyi kimi, iddiaçının böyük oğlu X3, Vətən müharibəsi veteranıdır. O, 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etmiş və göstərdiyi şücaətə görə bir sıra medallarla təltif olunmuşdur. Hazırda ailənin ikinci övladı da hərbi xidmətə cəlb edilmişdir. Böyük oğulunun ikinci Qarabağ müharibəsində iştirakı zamanı İddiaçı 44 gün həyəcanla oğlunun aqibətinin necə olacağını gözləmişdir. Həmin zaman keçiridiyi həyəcan və stres onun sonrakı həyatına böyük təsir göstərmişdir. Belə ki, İddiaçı xasiyətcə səmimi, işinə məsuliyyətlə yanaşan biridir. Müharibə həyəcanını yaşamış hərbir ailə müharibədən sonrakı həyatında daha həyəcanlı və həssas olurlar. Qeyd etdikləri İddiaçıdə yan keçməyib. Ailənin kiçik övladının hərbi xidmətə cəlb edilməsi İddiaçı yenidən həmin hissləri keçirməsinə səbəb olmuşdur . Məhz bu çətin dövr ikinci mərhələyə təsadüf etdiyindən, X5 bir ana olaraq, yaranmış stress və narahatlıq səbəbilə ciddi psixoloji gərginlik yaşamış, bu da onun ümumi vəziyyətinə mənfi təsir etmişdir. Belə ki, İddiaçı müsahibə verəcəyi zala daxil olmamışdan öncə həmin zaldan müsahibə verib çıxan şəxslərin müsahibə götürən şəxsdən gileyləndiyinin şahidi olmuşdur. Dolayısı ilə bu deyilənlər İddiaçı ümumi vəziyyətinin gərginləşməsinə və həyəcanlanmasına səbəb olmuşdur. Belə bir vəziyyətdə müsahibə verəcəyi zala daxil olan İddiaçı özüdə müsahibə götürən xanımın ona qarşı qərəzli mövqeyinin qurbanı olmuşdur. İddiaçı ona verilən sualları doğru cavablandırdığını bildirir. O müsahibə zalından çıxarkən imtahanda kəsiləcəyi barədə zərrə qəddər tərəddüdü olmamışdır. Təssüflər olsun ki, xx.xx.2025-ci il tarixdə iddiaçıya sertifikatlaşmanı keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş sertifikatlaşmanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin xx.xx.2025-ci il tarixli, 29 saylı əmri ilə xitamverilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Qeyd olaraq bildirir ki, İddiaçı Təhsil Nazirliyi tərəfindən xx.xx.2013-cü ildə ixtisasartırma təlimlərinə cəlb olunmuşdur. Həmin təlimləri uğurla başa vurduğuna görə ona sertifikat təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması onun sosial və ailə rifahına ciddi mənfi təsir göstərmiş, bu hal ailə vəziyyətində çətinliklər yaratmışdır. Qanunsuz olaraq iş yerinin itirilməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu vəziyyət onun üçün həm maddi, həm də mənəvi baxımdan ağır nəticələr doğurmuşdur. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Xaçmaz Regional Təhsil İdarəsi iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Xaçmaz Regional Təhsil idarəsi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: İddiaçı 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” (bundan sonra mətndə QAYDA) əsasında keçirilən sertifikatlaşdırmanın müsahibə mərhələsində uğur qazanmamışdır. Müsahibə prosesində iddiaçıya qarşı qərəzli münasibətin göstərilməsi həqiqəti əks etdirmir və yalan məlumatdır.İddiaçı Qaydaya əsasən 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edərək keçid balını təşkil edən 20- dən az, yəni 14 bal toplamaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müsəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma “Qaydası”na əsasən 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən keçid balını təşkil edən 2-dən az, yəni 14 bal toplamaqla, təkrar sertifkatlaşdırmadan keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur. İddiaçı “İşə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, gösətmişdir ki, Sertifikatlaşdırma nəticəsində əmək müqaviləsinə xitam verilməsi hər nə qədər nəticə etibarilə əmək münasibətlərində dəyişiklik yaratsa da, bu dəyişiklik inzibati orqanın inzibati aktından qaynaqlanmışdır. Məktəb direktoru tərəfindən verilən əmək müqaviləsinə xitam verilməsi barədə əmr – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş inzibati akta əsasən tərtib edilir. Həmin akt isə Nazirliyin təqdim etdiyi nəticələrə və Sertifikatlaşdırma Şurasının qərarlarına əsaslanır. Bu mənada, əmək müqaviləsinə xitam verilməsi barədə əmr özündən əvvəl verilmiş və hələ də qüvvədə olan inzibati aktların hüquqi nəticəsidir. Belə olduğu halda təhsilverənin işdən azad edilməsi barədə əmrin hüquqi baxımdan etibarsız sayılması üçün ilkin olaraq həmin inzibati aktların (Sertifikatlaşdırma Şurasının nəticə təqdimatı və Nazirliyin qərarı) mübahisələndirilməsi və ya ləğv edilməsi zəruridir. Belə olduqda mübahisənin predmeti əmək müqaviləsinin xitamı yox, əmrin qanuniliyidir. Əmr isə inzibati akt olduğuna görə mübahisə mahiyyətcə inzibati aktın etibarsız sayılması və ya ləğvi barədə tələbdən ibarətdir və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq e-2(027)- 2835/2025 nömrəli mülki işə xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində işə cəlb edilmiş Şahid məhkəməyə yazılı izahat göndərərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixli altıncı namizəd İddiaçı Firudin qızı. İddiaçı ilk olaraq özünü təqdim etməsi ilə bağiı sual verilmişdir. Müəllim özünü təqdim etsədə fəaliyyəti ilə uğurları haqqında çox az fikir səsləndirdi, onu 2 balla qiymətləndirmiş, özü barədə dolğun məlumat vermək əvəzinə, peşəsi ilə fəxr etdiyini bildirdi. 03.37 dəqiqədə 1-ci sual 'müəllim yoldaşlarınızla ünsiyyəti necə qurursunuz?” - sualına ətrafinda cavab verdi əsas məqamlara toxunmadı. Ünsiyətcil biriyəm dedi, bu isə səhv cavabdır. Doğru cavab: “Əməkdaşlıq iş mütini daha rahat və məhsuldar edir, iş yoldaşlarınızla daha yaxşı ünsiyyət qurmağa köməklik edir. Ünsiyyət zamanı onları diqqətlə dinləyirəm və onların fikirlərini dəyərləndirirəm Aydınlaşdırıcı suallardan istifadə edərək məsələni tam anlamağa çalışıram, problemləri birgə həll etmək üçün müzakirələrdə iştirak edirəm. Geri dönüşləri konsturktiv şəkildə təqdim etməyə çalışıram. " 04.04 dəqiqədə 2-ci sual təqdim olundu. 'Dərs zamanı şagirdlər dərsi anlamadığını müşahidə edirsiniz?" bu zaman nə edərdiniz sualına, müəllim "dərsi növbəti gün başqa dərsdə keçərəm” deyə cavab verir. Doğru cavab: "Şagirdlərin dərsi anlamadığını müşahidə etdikdə dərsi daha sadə və aydın şəkildə izah edərəm, suallar verərək hər kəsin başa düşmədiyi yerləri müəyyən edirəm əlavə nümunə və izahlarla mövzünü təkrar edirəm. Qrup işləri və ya fərdi tapşırıqlarla mövzunu daha yaxşı başa düşmələrinə kömək edirəm. “3" planından istifadə edirəm . 04,53 dəqiqədə 'Valideyn iclası zamanı şagirdin adı çəkilərək dəyirləndiritməsi doğrudurmu?" Bu sualına da müəllim cavab verir ki: "bilmirəm düz fikirləşirəm ya səhv düşünürəm” şagirdin birin tərifləsək digər şagirdin -valdiyenləri peşiman olar. Bu cavab səhvdir. Doğru cavab: “Hər bir şagird haqqında məlumat valideynə təklikdə veriməlidir". 05 45 dəqiqədə müəlliməyə suallara doğru və birbaşa cavab verməsi ilə əaqədar olaraq xəbərdarlıq etmiş, müəlliməyə bildirmişdir ki, suallara ümumiyyətlə əlaqəsiz cavab verməyə və suallardan yayınmağa çalışır. Növbəti 05.01 dəqiqədə “Təlimin təşkilində hansı pedoqoji tələblər nəzərə alınmalıdır?" sualı müəllim - “şagirdlərə öz fikirlərini ümumiləşdirərək ifadə etməyini onlara təhlil etməyini göstərərəm" deyə əlaqəsiz cavab verib. Doğru cavab: "Pedoqoji prosesin tamlığı təlimdə bərabər imkanların yaranması, şagirdyönümlük, inkişafyönümlük, fəaliyyətin sıtimulaşdırıması, məktəb valideyin əlaqələrinin tənzimlənməsi.” Ona kömək etmək məqsədi ilə düzgün cavaba veməsi üçün yönlədirmə etmişdir. Özünə də məlumat vermişdir ki, bu haqqda bildiyi anlayışlar haqqında melumat versin, lakin müəllimə yenə sualldan yayınmışdır və fərqli və uyğunsuz cavablar vermişdir. Yenə kömək etmək məqsədilə yönləndirmə etmişdir. Müəllimə düzgün cavab əvəzinə şəkillər və motivasiya vermək haqqında danışır. O, müəlliməyə cavabının düzgün olmadığını deyir o isə cavabında onun dediyini təsdiqləyir. Müəllimə fikirlərin toplayıb düzgün cavab verməsi üçün ona zaman veririr o isə yenə əlaqəsiz cavablar verir. İrad bildirir o isə gülür. 09.59 dəqiqədə “Dərsin planlaşdırılması zamanı hansı vacib məqamlar nəzər alınmalıdır?" sualı verir. Müslim, mövzunu ait standartı və resursları qeyd etmişdir. Doğru cavab: “Dərsin məqsədini aydın şəkildə müəyyənliəşdirmək, iş üsullarını doğru seçmək, iş formasın doğru seçmək. Bu sualda müəllimə anlayışların cavabın bir neçə oxşar məqam qeyd edir.11.02 “Konstruktiv rəy verərkən hansı məqamlara diqqət yetirilməlidir sualına?" - Müəllim iş üsullarında istifadə etməliyik, qiymətləndirmə meyarına fikir verməliyik cavabını verir. Doğru cavab: “ Spesifik olmalıdır, vaxtında və əssaslıqla verilməlidir, meyarlara əsaslanmalıdır” İş formalarından danışmışdır, O, sualı bir qədər sadə formada qoymağa çalışır ki, müəllim doğru cavab versin. Müəllim doğru cavab verə bilmir. Müəlliməyə cavabını düzgün olmadığını bildirir və o da ona “bəli’ deyərək cavab verir. 13.30 dəqiqədə “qiymətləndirmə şagirdə necə kömək edir?" - sualı ilə müraciət edir müəllim bir neçə cavabla səhv cavab verir. Müəllimə sonda sağollaşır və “sizinlə danışmaq xoş oldu’ deyərək sağolaşır. Onu da əlavə edir ki, hər sual sonrası və ya müəllim sualdan yayındığı zaman fikirlərin toplaması və fikrinin ona yönləndirməsi üçün şəbəkə etikası şəbəkə mədəniyyətinə əsaslanaraq səs qarışığının qarşısını almaq üçün jestlərə uyğun ünsiyyətdən istifadə etmişdir. Heç bir qərəzli münasibətinin olmadığını bildirir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun nəticələrinə münasibətdə qərəzli mövqe olub. Müsahibədən əvvəl onlara gülərüz, mehriban olmaları tapşırılmış, o, da həmin qaydalara uyğun əməl etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı 1-ci mərhələ–test mərhələsini uğurla keçmişdir. Bu, onun peşə biliklərinin və metodiki hazırlığının kifayət qədər yüksək olduğunu göstərir. Yalnız 2-ci mərhələdə müsahibə mərhələsində müəyyən çatışmazlıqlar əsas gətirilərək nəticə mənfi qiymətləndirilmişdir. İddiaçı otuz iki ildir Quba rayonu Çiçi kəndində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Dolayısı ilə onun bu peşəyə uyğun olmaması absurd bir bəhanədir. Qeyd edir ki, müsahibə prosesində iştirak edən Şahid müsahibəni qaydalara uyğun aparmayıb, düzgün qiymətləndirməyib, iddiaçıya qarşı aqressiv davranaraq qərəzli münasibət göstərmişdir. İddiaçı doğru cavab verdiyi halda əlavə suallar vermişdir. Həmçinin İddiaçı həmin gün gərgin vəziyyətdə olmuşdur. İddiaçı gərgin olduğu halda digər müsahibə iştirakçısı olan psixoloq buna əhəmiyyət verməmişdir. İddianı əsaslı hesab edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin nümayəndəsi X6 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının göstərdiyi şəxsi problemlərinin müsahibəyə aidiyyatı yoxdur, İddiaçı sertifikasiyanın müsahibə mərhələsində uğursuz nəticə əldə etdiyindən onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddianı əsassız hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı sertifikasiyanın müsahibə mərhələsində verdiyi cavablar qənaətbəxş olmayıb. Ona görə də iddanı əsassız hesab edir. Məhkəmə iclasında şahid qismində Şahid ilə WhatsApp vasitəsilə əlaqə saxlanalarkən bildirmişdir ki, Bakı şəhər 136 saylı məktəbin direkotu vəzifəsində işləyir. Sertifiat imtahanları başladığı vaxtdan 3 ildir ki, komissiyının üzvüdür. Müsahibədə iki nəfər komissiya üzvü olur, ikinci şəxs psixoloqdur, gərginlik varsa sakitləşdirməyə cavabdehlik edir. Müsahibədə qiymətləndirməni özü aparır. Sualların məxfiliyi qorunur. Qiymətləndirmə meyarları sənədlər səlahiyyətli nümayəndədir. Müsahibə zamanı müəlliməyə 5 əsas sual verilmiş, müəllimə gərgin deyildir, sadəcə stabil doğru cavablar vermirdi, sualdan yayınırdı. Müəlliməni doğru cavab verməyə yönləndirməyə çalışmış, bu məqsədlə ona köməkçi suallar verilmişdir, cavablar qiymətləndirmə meyarına uyğun aparılıb. Heç bir müəllimə ilə tanışlığı qərəzliyi yoxdur. 1-ci sual üzrə müəllimə özü haqqında məlimat verib, dərslər, əldə etdiyi uğurlar, şagirdlər barədə məlumat verməyib. 2-ci sual üzrə müəllim yoldaşları ilə ünsiyyət bacarığı barədə suala ünsuiyyətçil biriyəm, mehribanam dedi, vacib məqamlara toxunmadı. 3-cü sual üzrə dərs zamanı şagirdlər dərsi bacarmasa nə edərdiz sualına, dərsi növbəti gün başqa dərsdə keçəcəyini bildirdi, bu da doğru cavab deyildir. Müəllimə yoldaşları ilə ünsiyyət qurmağı bacara bilmir, müəllimənin pedoqoji fəaliyyətdən xəbəri yoxdur. 3 kateqoriya vardır, müəllim şagird valideyn, müəllimənin ünsiyyət bacarığı yoxdur, Vlidiyenləri bir araya yığıbsa ad çəkmədən ümumi məsələlərə toxunlmalıdır. 4-cü sual üzrə valideyn iclas zamanı şagirdin adı çəkilərək dəyərləndirilməsi doğrudurmu sualına doğru cavab vermədi. Doğru cavab hər bir valideyinə şagird haqqında məlumat təklikdə bildirilməldir. Şagirdləri fərqləndirmək doğru fikir deyil. 5-ci sual üzrə hansı pedoqoji tədbirlər nəzərə alınmalıdır sualına, müəllimə ümumiyyətlə cavab verə bilmədi, müsahibədə onun dediklərini təkrarlamağa başlamışdır. Doğru cavab pedoqoji prosesin tamlığı, şagird yönümlülük, 6-cı sual üzrə dərsin planlaşdırılması zamanı hansı vacib məqamlar nəzərə alınmalrıdr sualına doğru cavab pedoqoji prosesi təşkil etmə bacarığı, dərsin məqsədlərini aydın şəkildə müəyyənləşdirmək, iş üsulunu düzgün seçmək və.s . Bu cavaba müəllimə oxşar məqamları qeyd etmişdir. 7-ci suala konstruktiv rəy verərkən hansı mərhələlər diqqət yetirilməldir sualı qiymətləndirmə bacarığıdır, müəllimə cabanb veriri ki, iş üsullarından istifadə etməlidir, doğru cavab isə dərsin məqsədini aydın şəkildə vaxtında müəyyənləşdirmək, meyarlara əsaslanmalıdır, təlim nəticəsi əsas götürülməlidir. 8-ci sual üzrə konstruktiv rəy necə olur sualını ona görə vermişdir ki, müəllimə iş üsullarından danışdığı üçün yönləndirmək istəmişdir. 9-cu sual üzrə qiymətləndirmə şagirdlərə necə kömək edir sualına isə doğru cavab şagirdin gələcəkdə hansı istiqamətdə öz üzərində iş qurmağa kömək edir, nəyi səhv nəyi düzgün bilməsini görməyə kömək edir. III. İşin faktiki halları: Belə ki, iş materiallarında olan: - Quba–Xaçmaz Regional Təhsil İdarəsi Quba rayonu Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumitəhsil məktəbin xx.xx.2025-ci il tarixli, 29 nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün Quba rayonu Dəyanət İsmayılov adına tam orta ümumitəhsil məktəbinin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək mqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 10 sentyabr 2025-ci il tarixdən ləğv edilmişdir. -təqdim edilmiş müsahibə nəticələrinə əsasən İddiaçı müsahibədən 14 bal toplamışdır. -xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00794 saylı ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etdi, mediasiya prosesini davam etdirməyə razılığa gəlmədilər. - Sertifikatdan görünür ki, Quba rayon Çiçi kənd tam orta məktəbin müəllimi İddiaçı xx.xx.2013-cü il tarixdə Qafqaz Universiteti tərəfindən İİ (ikinci) -dərəcə sertifikat verilmişdir. IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Beləliklə, Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbində ingili dili müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün Quba rayonu Dəyanət İsmayılov adına tam orta ümumitəhsil məktəbinin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. “Təhsil” haqqında Azərbaycan Respublikası Qanunu: -1-ci maddəsinə əsasən Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. -29-cu maddəsinə əsasən təhsil sahəsində dövlətin əsas vəzifələrindən biri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın: -1.3-cü bəndinə əsasən Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. -3-cü bəndinə əsasən Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. eydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir: proqram üzrə mövzunu təqdimetmə bacarığı; təhsilalanları qiymətləndirmə bacarığı; özünü təqdimetmə bacarığı; pedaqoji prosesi təşkiletmə bacarığı; ünsiyyət bacarığı. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. -5-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: -67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. -70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;[131] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirir. - 288-ci maddəsinə əsasən Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 4.1-ci madddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarına əlavə edilmiş mühahibənin audio-video yazısını əks etdirən diskə baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı müsahibə zamanı suallara qismən cavab vermiş, bəzi suallara isə ümumiyyətlə doğru cavab verə bilməmişdir. Müsahibə zamanı komissiya üzvünün əsas suallar üzrə müəllimənin doğru cavab tapmağa köməklik etmək üçün bəzən yönləndirici suallar verdiyi görünür. Əksinə İddiaçı və onun nümayəndəsinin müsahibə zamanı ona qərəzli münasibət olması ilə bağlı bu halı təsdiq edən sübütlar təqdim etməmişdirlər. Həmçinin iddia ərizəsində qeyd edilən və iddiaçı tərəfindən məhkəmə iclasında bildirilən əsas məqamlardan biri iddiaçının imtahandan qabaq müxtəlif səbəblərdən təsirlənərək həyacanlı olmağı idi (Böyük oğulunun ikinci Qarabağ müharibəsində iştirakı zamanı İddiaçı 44 gün həyəcanla oğlunun aqibətinin necə olacağını gözləmişdir. Həmin zaman keçiridiyi həyəcan və stres onun sonrakı həyatına böyük təsir göstərmişdir. Belə ki, İddiaçı xasiyətcə səmimi, işinə məsuliyyətlə yanaşan biridir. Müharibə həyəcanını yaşamış hərbir ailə müharibədən sonrakı həyatında daha həyəcanlı və həssas olurlar. Qeyd etdikləri İddiaçıdə yan keçməyib. Ailənin kiçik övladının hərbi xidmətə cəlb edilməsi İddiaçı yenidən həmin hissləri keçirməsinə səbəb olmuşdur . Məhz bu çətin dövr ikinci mərhələyə təsadüf etdiyindən, X5 bir ana olaraq, yaranmış stress və narahatlıq səbəbilə ciddi psixoloji gərginlik yaşamış, bu da onun ümumi vəziyyətinə mənfi təsir etmişdir. Belə ki, İddiaçı müsahibə verəcəyi zala daxil olmamışdan öncə həmin zaldan müsahibə verib çıxan şəxslərin müsahibə götürən şəxsdən gileyləndiyinin şahidi olmuşdur. Dolayısı ilə bu deyilənlər İddiaçı ümumi vəziyyətinin gərginləşməsinə və həyəcanlanmasına səbəb olmuşdur) belə bir halda iddaçının ifadələri arasında daxili məntiqi ziddiyətlər görünür. O bir tərəfdən özünün həyacanlı-stresli vəziyyətinə istinad edir, digər tərəfdən isə suallara düzgün cavab verdiyini qeyd etmişdir. Məhkəmə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırkı işdə attestasiya komissiyası məhz belə bir səlahiyyətli orqandır və onun qərarı qanuni olmaqla qüvvədədir. İddiaçı sözügedən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, bu tələb törəmə tələb olmaqla, bilavasitə işə bərpa tələbinin təmin edilib-edilməməsindən asılıdır. İddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumitəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 29 saylı əmri əmri qanuni və əsaslıdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı X1 İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil Məktəbinin direktoru A. Seyidovun 10 sentyabr 2025-ci il tarixli, 29 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “ingilis dili müəllimi" vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiyaya görə ödənilən 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməs tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Quba-Xaçmaz Regional Təhsil İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil Məktəbinin direktoru A. Seyidovun 10 sentyabr 2025-ci il tarixli, 29 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “ingilis dili müəllimi" vəzifəsinə bərpa edilməsi , qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiyaya görə ödənilən 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar