Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-286/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 və X2 adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)-1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən həmin alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Amsarqışlaq kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,20 kv.m olan fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 20 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evi mərhum X12 (torpaq sahəsi ¾ hissə, fərdi yaşayış evi ½ hissə) və ona (torpaq sahəsi ¼ hissə, fərdi yaşayış evi ½ hissə) məxsusdur. O, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsələri sırasına daxildir. Onlara məxsus torpaq sahəsi və fərdi yaşayış evi onların icazələri və razılığları olmadan formal əsaslarla iş üzrə Cavabdeh1 satıldığı üçün o və digər iddiaçı X9 cavabdehlər X13, X6, X7, İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı əqdinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdlər. Quba Rayon Məhkəməsinin 2(027)-1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X8 və X2 adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN- 1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamədən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-377/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və Quba Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2021-ci il tarixli, 2(027)-1249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hal-hazırda ona məlum olmuşdur ki, iş üzrə cavabdeh X10 ona və mərhum X12 məxsus torpaq sahəsini və fərdi yaşayış evini məhkəmə qərarı ilə etibarsız sayılan xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satın aldıqdan sonra qeyd edilən əmlaklarla bağlı öz adına hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarış almışdır. Hal-hazırda cavabdehin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqlarım kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsi əsasında X5 hüquqmüəyyənedici sənəd kimi çıxarışın verilməsinə əsas olan xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarış da ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, bildirmişdir ki, X5 hüquq müəyyənedici sənəd kimi çıxarışın verilməsinə əsas olan xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında X4 adına verilmiş çıxarış da ləğv edilməlidir. Ona görə də iddia tələbini müdafiə edir və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, evi Şərafəddinin qardaşı İmaməddinin ona olan 30.000 manat borc pul müqabilində almış və alqı-satqıdan sonra özünün adına sənədləşdirmişdir. Hesab edir ki, həmin alqı-satqı və çıxarışın alınmasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hazırda çıxarışın ləğvi üçün əsas yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə qeyd olunan cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, reyestr nömrəsi **********35-10301 olan, çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,2 kv.m sahədən ibarət fərdi yaşayış evi X8 (torpaq sahəsi ¾ hissə, fərdi yaşayış evi ½ hissə) və X2 (torpaq sahəsi ¼ hissə, fərdi yaşayış evi ½ hissə) adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********35-10301 olan, çıxarışa əsasən Quba rayonu, Amsarqışlaq kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,20 kv.m sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 02 noyabr 2021-ci il tarixli, 3583 №li məktubundan görünür ki, X2 xx.xx.2021-ci il tarixli, 853 saylı ərazəsinə və Quba rayonu İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1225 saylı arayışa əsasən X3, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(027)- 1249/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətanmə ilə X8 və İddiaçı adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Ofisində bağlanmış xx.xx.2020ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-377/2022 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2021-ci il tarixli 2(027)-1249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki işin materiallarından görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1249/2021 saylı qətnaməsi ilə bağlı icra vərəqsi verilmiş və icra hərəkətləri davam etdirimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X8 və X2 adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)-1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu işdə də preyudisiallıq şərtləri mövcuddur. Belə ki, konkret fakt işdə iştirak edən şəxslərin (tərəflərin) iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir və bu fakt həmin işdə iştirak edən tərəflərin iştirak etdiyi başqa bir iş üzrə də sübut etmə predmetinə aiddir. Məhkəmə, tərəfləri dinləyib, işdə olan sübutları hüquqi cəhətdən qiymətləndirib hesab edir ki, iddia təmin edilməli, X8 və X2 adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN- 1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)- 1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən həmin alqısatqı müqaviləsi əsasında Quba rayonu, Amsarqışlaq kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,20 kv.m olan fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 20 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. X8 və X2 adından X13 ilə Cavabdeh1 arasında Qusar rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)-1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən həmin alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Amsarqışlaq kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,20 kv.m olan fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 20 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35- 10301 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-286/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-286/2024
22.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver