Məhkəmə qərarları › İş №e-2(027)-313/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-313/2025

29.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-313/2025 29.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Nəcməddin oğlunun nümayəndəsi qismində vəkili Nümayəndə1, Cavabdeh, Onun nümayəndəsi qismində vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Nəcməddin oğlunun üçüncü şəxs 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nəcməddin oğlu iddia ərizəsilə müraciət edərək, 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli, V-202/2024 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş bütün çıxarışların ləğv edilməsi, X3 miras qalmış miras kütləsinə daxil olan; Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.01 ha torpaq sahəsi, ünvan 1 sahəsi 159 kv.m fərdi yaşayış evi (********** qeydiyyat mömrəsi; **********08-10301 reyestr nömrəsi); ünvan 1 sahəsi 0.21 ha torpaq sahəsi (28240 qeydiyyat nömrəsi; **********08-10301 reyestr nömrəsi); Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha torpaq sahəsi (JN: 113, KOD: 30311058 dövlət aktı); Quba rayonu, Zizik kəndi ünvanında 1. 00 ha torpaq sahəsi (JN:0704, KOD: 30304028 dövlət aktı); ünvan 6eni qaydada: AZ5001, ünvan 2 ünvanında yerləşən mənzil (AR DƏDRX-in xx.xx.2015 tarixli ********** qeydiyyat nömrəli; **********54-05101-093027 reyestr nömrəli çıxarışla) üzərində bütün vərəsələr arasında bərabər paylarda bölünməklə hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsi haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Nəcməddin oğlu ilə Cavabdeh doğma qardaşlar olmaqla hər ikisi mərhum valideynləri olan X4 övladlarıdır. Mərhum X9 xx.xx.2020-ci il tarixində Sumqayıt şəhərində öz mənzilində vəfat etmişdir. Mərhumun vəfatından sonra ondan: Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.01 ha torpaq sahəsi; ünvan 1 sahəsi 159 kv.m fərdi yaşayış evi ********** qeydiyyat mömrəsi; **********08-10301 reyestr nömrəsi); ünvan 1 sahəsi 0.21 ha torpaq sahəsi (********** qeydiyyat nömrəsi; **********08-10301 reyestr nömrəsi); 2-ci və 3-cü əmlaklarla əlaqədar AR DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi; 5 **********-10301 reyestr nömrəsi olan çıxarışdan bəlli olur ki, mərhum Əlimovaya fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə məxsus olmuş, torpaq sahəsi isə Cavabdehlə ümumi birgə mülkiyyətində olmuşdur. Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha torpaq sahəsi (JN: 113, KOD: 30311058 flr əı aktı); Bu əmlak da cavabdehlə mərhumun ümumbirgə mülkiyyətində olmuşdur. ünvan 5əsi (JN:0704, KOD: 30304028 dövlət aktı); ünvan 6eni qaydada: AZ5001, ünvan 2 ünvanında yerləşən mənzil (AR DƏDRX-in xx.xx.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli; **********54-05101-093027 reyestr nömrəli çıxarışla) mərhumdan miras qalmışdır; Vəfatından sonra mərhumdan qalan miras əmlakları bütün ailə üzvlərinin istifadəsində olmuşdur, mərhumun sağlığında da bütün uşaqları daima ona baş çəkmiş, övladları isə növbəli rejimlə analarının qulluğunda durmuşlar. Beləliklə, mərhum həm öz evində həm də övladlarını evində qalıb. Mərhumun ölümü pandemiya dövrünə təsadüf etdiyindən ölümündən sonra övladları tərəfindən hər hansı sənədləşmənin həyata keçirilməsi evdən çıxma qadağaları ilə əlaqədar təxirə salınmışdır. Sonra 2024 -cü ildə iddiaçı tərəfindən bu məqsədlərlə hüquqi yardımın həyata keçirilməsi üçün müvafiq müqavilə imzalanmış və hər iki valideynin ölümündən sonra miras qalan əmlakların dairəsi müəyyən edilmişdir, Əldə edilmiş vəkil sorğularıyla əmlak dairəsi barədə məlumatlardan sonra 224-cü ilin 31 oktyabr tarixində mərhum X4 vərəsəlik işinin açdırılması məqsədilə 1 saylı “Asan xidmət”in notariat ofisinə müraicət etdikdə ona bildirilmişdir ki, mərhum barəsində 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Ofisində müvafiq vərəsəlik işi artıq açılmışdır və vətəndaşa tövsiyyə edilmişdir ki, həmin notariat qurumuna müraciət etsin. Beləliklə, iddiaçı nümayəndəsi olan qızı vasitəsilə həmin notariat qurumuna müraciət etdikdə, ona bildirilmişdir ki, vərəsəlik şəhadətnaməsi Cavabdeh yeganə və tam pay hüquqlu vərəsə kimi tanınmaqla ona verilmişdir. Lakin Cavabdeh digər vərəsələrə qarşı vicdansızcasına davranmaqla heç bir vərəsəyə məlumat verməmmişdi. Halbuki, ona məlum idi ki, mərhumun vərəsəlik işinin açdırılması digər vərəsələrin də ailə içində müzakirə predmeti idi. Hazırda mərhumun 7 nəfər vərəsəsi olmasına baxmayaraq cavabdeh özünü yeganə vərəsə kimi təqdim etmişdir. Cavabdeh mənfur hərəkətlərini başa çatdıraraq müvafiq vərəsəlik haqqında şəhadətnamə əldə etdikdən sonra daşınmaz əmlakı öz adına rəsmiləşdirərək müvafiq çıxarış əldə etmişdir. Hesab edirik ki, cavabdehin özünü tək hüquqlu vərəsə hesab etməsi qanuna uyğun deyildir. Ona də hazırda cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlak vərəsələr arasında bərabər paylarda bölünməsi zərurəti yaranmışdır. Belə olan halda vərəsələrin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi,və ya mirası qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnun həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, iş üzrə vərəsələr tərəfindən anaları X3 miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və bildirmişdir ki, 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli, V-202/2024 reyestrdə qeydə alınmış vərəsəlik işi üzrə verilmiş 2V-346 saylı, xx.xx.2024-cü il tarixli; 2V-390 saylı, xx.xx.2024-cü il tarixli və 2V-389 saylı, xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi; həmin şəhadətnamələr əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha torpaq sahəsinə dair **********89 saylı xx.xx.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evinə dair **********08-10301 saylı xx.xx.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1, mənzil 56 Yeni qaydada: AZ5001, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 111.20 kv.m sahəsi olan mənzilə dair **********54-05101-093-027 saylı xx.xx.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; Alimova X34ndan miras qalmış miras kütləsinə daxil olan Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.01 ha torpaq sahəsi, ünvan 1 sahəsi 159 kv.m fərdi yaşayış evi, ünvan 1 sahəsi 0.21 ha torpaq sahəsi, Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha torpaq sahəsi, ünvan 5əsi və ünvan 6eni qaydada: AZ5001, ünvan 2 ünvanında yerləşən mənzil (AR DƏDRX-in xx.xx.2015 tarixli ********** qeydiyyat nömrəli; **********54-05101-093027 reyestr nömrəli çıxarışla) üzərində bütün vərəsələr arasında bərabər paylarda bölünməklə hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsi haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, anasına özü baxmış, bütün dəfn xərclərini, yas mərsim xərclərini o çəkmişdir. Qardaşı Rövşənə məlumat verilməsinə baxmayaraq, onun yas mərasiminə də gəlməmişdir. Vərəsəlik şəhadətnamələrinin və çıxarışların tərtib edilərkən qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlər nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, onun anasından qalan əmlaka iddiası yoxdur. Əmlak hələ anası sağ ikən iki qardaş arasında bölünmüşdür. Sumqayıtda iki mənzil olub, ondan birini 8 mərtəbədə olan mənzil qardaşı Rövşənə verilmişdir. Dəlləkli kəndi ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evinə Elşən baxmış, bütün təmir işlərini öz vəsaiti hesabına etdirmişdir. Anaları ömrünün sonuna qədər Elşənin yanında olmuşdur. Vəfat etdiyində qardaşları heç biri Azərbaycanda olmadığından onlara məlumat göndərilmiş, Elşən qayıdıb gəlmiş yas mərasimlərini yola vermişdir. Rövşən həmin vaxtlarda Bişkekdə olmuşdur, yas mərasimlərində iştirak etməmişdir. Anaları Pirxanım Sumqayıtda vəfat etmiş, lakin burda dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, atalarına məxsus iki ev olub, biri Sumqayıtda 9-cu mikr-da, digəri burda Dəlləkli kəndində yerləşir. Sumqayıtda ikinci mənzili sonradan ailə büdcəsinin hesabına alıblar. Qardaşı Rövşənin qızları, Elşənin isə oğlanları var. Anası Rövşənin onun yanında 9-cu mikrorayondakı mənzildə qalmasını məsləhət bilsə də, Rövşən həmin evdə qalmamış və ailəsilə birlikdə 8 mərtəbədə aldıqları evə köçmüşdür. Elşən isə əvvəlki evdə qalmışdır. Analarına da o baxmış, bütün yas və mərasim xərclərini Elşən çəkmişdir. Başqa əmlaklardan xəbəri yoxdur. Sözü gedən əmlaklara iddiası yoxdur. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onun pay iddiası yoxdur, əmlak iki qardaşı arasında bölünüb, hər kəsin payı verilib. Analarına Elşən baxıb, onun bütün yas və mərasim xərclərini Elşən çəkmişdir, Rövşən qardaşı yasda olmayıb, yoldaşı və qızları gəlib iştirak edib, qayıdıb gediblər. İş üzrə şahid qismində dindirilmiş X2 Alimovanın ifadəsinə uyğun ifadə verərək, sözü gedən əmlaklarda iddiası olmadığını, anası sağ ikən miras-əmlakın qardaşları arasında bölündüyünü, əmlakların yalnız Elşən tərəfindən faktiki sahiblik edildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 digər vərəsələrin ifadəsinə uyğun ifadə verərək, sözü gedən əmlaklarda pay iddiasında olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o iddiaçı ilə cavabdehin dayısıdır. Bacısı Pirxanım əvvəlcə Dəlləklidə, sonra Sumqayıtda yaşayıb. X20r, ev-eşiyə, təsərrüfata o baxır. Bacısı Sumqayıtda rəhmətə getmiş, lakin dəfni, yas mərasimləri Qubada olmuş, hamısını Elşən özü idarə etmişdir, Rövşən yasda olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Dəlləklidə qonşudurlar. 2003-cü ildən orda yaşayır, onları tanıyır. Dəlləklidəki evdə Elşən yaşayır, təsərrüfatı o idarə edir. Rövşən təbdirlərdə qonaq kimi əvvəllər bir neçə dəfə gəlib-getmişdir. Başqa vaxtlarda Rövşəni orada görməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Dəlləkli kəndindəki evdə Rövşənin yoldaşı Baharın cehizləri var. O hər yaz və yay aylarında ora gəlib gedir. Orda onun da əziyyəti var. Sözü gedən mübahisəi əmlaklardan İddiaçı da payı müəyyən olunmalıdır. İddianın təmin edilməsini və 1/7 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisnin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi qismində vəkilinin, cavabdehin nümayəndəsi qismində vəkilinin, cavabdehin və şahidlərin ifadələrini dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 780996 nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1, mənzil 56 Yeni qaydada: AZ5001, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 111.20 kv.m sahəsi olan mənzil tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 279 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evi birgə mülkiyyət hüququ ilə X6 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 91nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN: 704, KOD: 30304028 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə bələdiyyənin ərazisindən 1.00 ha k/t torpaq sahəsi X1. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi, X22 ilə X8 arasında 23 fevral 1957-ci ildə nikah bağlanmış, 164 nömrə ilə qeydə alınmışdır. Qadına “Əlimova” soyadı verilmişdir. İş materiallarında olan JN: 113, KOD: 30311058 olan Torpağa mülkiyyət hüququnq dair dövlət aktına əsasən, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha k/t torpaq sahəsi X6 və Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 417342 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X22 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il 664 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 161191 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il 233 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 780996 nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1, mənzil 56 Yeni qaydada: AZ5001, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 111.20 kv.m sahəsi olan mənzildən tam hissədə pay almalıdır. Vərəsəlik işi 2V-346 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh JN: 113, KOD: 30311058 olan Torpağa mülkiyyət hüququnq dair dövlət aktına əsasən, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha k/t torpaq sahəsi X7 məxsus tam hissədə pay almalıdır. Vərəsəlik işi 2V-389 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evindən tam hissədə pay almalıdır. Vərəsəlik işi 2V-390 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1, mənzil 56 Yeni qaydada: AZ5001, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 111.20 kv.m sahəsi olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.64 ha k/t torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndi ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Quba rayonu, Vladimirovka bələdiyyəsi tərəfindən 09 yanvar 2025-ci il tarixində verilmiş arayışdan göründüyü kimi, Quba rayonu, Dəlləkli kəndi ünvanında anası X15 ilə birgə yaşadığı dövrdə və 12 avqust 2020-ci il də anasının ölümündən hal-hazıradək torpaq vergilərinin oğlu Cavabdeh ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız olubolmamasına qiymət verilərkən əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). İşin hallarından və şahidlərin ifadələrindən göründüyü kimi, Cavabdeh anasının vəfatından sonra mirasın qəbul edən tək vərəsə olmuşdur. Cavabdeh daha sonra miras əmlakın qəbulunu qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında rəsmiləşdirməklə müvafiq çıxarışlar almışdır. İddiaçı Nəcməddin oğlunun iddia olunan mirasın faktiki qəbulunda ifadə edilən hərəkətləri müəyyən edilməmişdir və iddia ərizəsində və məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı dəlil səsləndirilməmişdir. İddiada digər vərəsələrə qarşı vicdansız davranışa və məlumat verilməməsinə istinad edilsə də, digər övladlar bu məsələnin ailə içində müzakirə predmeti olmadığını təsdiqləmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı Nəcməddin oğlunun üçüncü şəxs 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakının müəyyən edilməsi tələbinə dair iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Nəcməddin oğlunun üçüncü şəxs 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakının müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar