Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-345/2023 06.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və girov əmlaka yönəltmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 611 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan borc 1934.60 (bir min doqquz yüz otuz dörd manat altımış qəpik) AZN, əsas məbləğə hesablanmış faiz borcu 159.36 ( bir yüz əlli doqquz manat otuz altı qəpik) AZN, dəbbə pulu 734.92 (yeddi yüz otuz dörd manat doxsan iki qəpik) AZN; cəmi 2828.88 (iki min səkkiz yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) AZN məbləğdə olmaqla, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 48.29 (qırx səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi, borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********06-10301, Qeydiyyat nömrəsi 2********) xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba şəhəri məhəllə 32-33 ünvanında yerləşən 0.04 ha dövlət rüsumunun ödənilməsi haqqında məlumat torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m olan yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş yaşayış evinin ilkin satış qiymətinin 28 000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsı, həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, çıxarışla Cavabdeh mülkiyyətində olan, Quba şəhəri məhəllə 32-33 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən ümumi sahəsi 177 kv.m olan yaşayış evinin açıq hərracda satılması satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMC- yə olan borcunun ödənilməsi və vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC Quba filialı ilə Cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli 611 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 5 000 (beş min) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdehillik 25 % faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit Müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 198.80 (bir yüz doxsan səkkiz manat səksən qəpik) manat ödəməli olduğu halda, qeyd edilən məbləğdən az ödəmişdir. Nəticədə gecikən günlərə görə ikiqat faiz hesablanmışdır. Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********06-10301, Qeydiyyat nömrəsi 280708034,) xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba şəhəri məhəllə 32-33 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuş, 23 sentyabr 2019-cu il tarixli 611 saylı İpoteka Müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq,İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır.Bununla bağlı reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğiHniüseynov Nizami Nəcəf oğluna vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış,onunla dəfələrlə görüşlərin keçirilməsinə və şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul və etiraf edərək, xəstə olduğuna görə banka olan borcunu ödəyə bilmədiyini və müqaviləsi üzrə qalan borcu tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə illik 25 % olmaqla 36 ay müddətinə 5 000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 611 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 177 kv.m fərdi yaşayış evi İddiaçı BOKT MMC qarşısında ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 28.000 manat məbləğində müəyyən edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş (Reyestr nömrəsi **********06-10301, Qeydiyyat nömrəsi-280708034, Seriya MH-0012368) xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 177 kv.m fərdi yaşayış evi ipotekaya qoyulmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünürki, xx.xx.2022-ci il tarixinə cavabdehin banka 1934.60 manat əsas borcu, 159.36 manat faiz və 734.92 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2828,88 manat məbləğində borc təşkil edir. Ərizəyə əlavə olunmuş bildirişlərdən görünür ki, Cavabdeh gecikdirdiyi borcunu xəbərdarlığı aldığı tarixdən 7 gün müddətindən gec olmayaraq banka ödəməli olduğu barədə xəbərdar edilmişdir. İş materiallarında olan DƏDRX-nin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi 280708034, seriya MH-0012368 saylı, xx.xx.2007-ci il tarixli Çıxarışdan görünür ki, Quba Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 177 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh PSG FİNANS» BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə illik 25 % olmaqla 36 ay müddətinə 5 000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli, 611 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh xüsusi mülkiyyətdə olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 177 kv.m fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 1934.60 manat əsas borcu, 159.36 manat faiz və 734.92 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2828,88 manat borcu olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən u Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə görə cavabdehlər ipoteka predmeti olan mənzildən həmin mənzil satıldıqdan sonra 1 ay ərzində tərk etmədiyi halda çıxarılmalıdır. Lakin, iddiaçı ipotekaya qoyulan yaşayış evində yaşayan şəxslərin evdən çıxarılmasını tələb etsə də, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin evdə yaşayan şəxslərin kimliyini müəyyən etməmiş, həmin şəxslərlə arasında zaminlik müqaviləsi və ya ipoteka müqaviləsi aşkar edilməmişdir. Beləliklə, iddiaçı həmin şəxlərin kimlər olması barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, əsas borc 1934,60 manat təşkil etdiyi halda, 734,92 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 10 manat qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh bankın xeyrinə əsas borc üzrə 1934,60 manat əsas borcu, 159,36 manat məbləğində faiz borcu və 10 manat dəbbə pulu olmaqla, cəmi 2103,96 manat məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m fərdi yaşayış evinin ilkin satış qiyməti xx.xx.2019-cu il tarixli, 611 saylı müqaviləsi nəzərə alınaraq, 28.000 manat məbləğində müəyyən edilməlidir. Çünki tərflər də, qeyd edilən qiymətlə razılaşmışlar. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə əsas borc üzrə 1934,60 manat əsas borcu, 159,36 manat faiz borcu, 10 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2103,96 manat məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma Cavabdeh mülkiyyətində olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh mülkiyyətində olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m fərdi yaşayış evinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilməsi təmin edilməlidir. Həmçinin Cavabdeh bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48,29 manat rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 611 saylı kredit müqaviləsi ləğv edilsin. Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə əsas borc üzrə 1934,60 manat əsas borcu, 159,36 manat faiz borcu, 10 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2103,96 manat məbləğində pul tutularaq ödənsin. Borc ödənilmədikdə tutma Cavabdeh mülkiyyətində olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177 kv.m fərdi yaşayış evinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 48,29 manat dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-345/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-345/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver