Məhkəmə qərarları › İş №e-2(027)-374/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-374/2023

13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-374/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “nikahın etibarsız hesab edilməsi” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında 4 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 15 avqust 2022-ci il tarixdə 1687 nömrə ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 avqust 2022-ci il tarixdə nikaha daxil olmuş, nikah qeydləri 1687 nömrə ilə 4 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmışdır. Nikaha daxil olduqdan az sonra cavabdehin onunla nikaha daxil olarkən ailə qurmaq niyyətinin olmadığını aşkar etmişdir. Cavabdehdən bu barədə soruşduqda bunu etiraf etmişdir. Belə ki, hansı sənədləşmə işlərinə görə qaçqın rayonundan olan xanımla evli olmasının üstünlüyü olduğunu bildirmişdir. Nikahları ailə qurmaq niyyəti ilə bağlanmadığından nə toyları olmamış, nə də aralarında faktiki ər-arvad münasibəti olmamışdır. Onunla heç bir gün də bir yerdə yaşamamışlar. O da, nikaha daxil olarkən ailə qurmaq niyyəti ilə nikaha daxil olmamışdır. Sadəcə yaşı çox olduğundan hər dəfə ətrafdakıların “niyə subaysan” sualına cavab vermək məqsədilə formal bir evliliyi istəmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmi edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul və etiraf edərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış nikah ər-arvad və ailə münasibətlərindən ibarət olmamış və hər ikisi ailə qurmaq niyyəti olmaqdan aralarında formal nikah bağlamışlar. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2022-ci ildə nikah bağlanmış və 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1687 nömrə ilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edib. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10— 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Belə ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etməmişlər və niyyətləri rəsmi nikaha formal olaraq daxil olmaq olmuşdur. Yəni, tərəflər ailə qurmaq niyyəti olmadan nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı oğlu ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış, 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, 1687 nömrəli akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar