Məhkəmə qərarları › İş №e-2(027)-50/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-50/2025

13.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-50/2025 13.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 nümayəndəsi X14 iştirakı ilə, İddiaçı üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsilə müraciət edərək, X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsinə və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X13 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təsisçi və işəgötürən olmaqla xx.xx.2018-ci il tarixdə hüquqi ünvanları Quba rayonu Barlı kəndi olan Cavabdeh2 MMC(VÖEN **********) vəCavabdeh1 MMC(VÖEN **********) yaradılaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hər iki Cəmiyyətin işə götürəni olaraq xx.xx.2018-ci il tarixdə “direktor” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərini Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron informasiya sisteminə (EİS) daxil etmişdir. Təsisçisi olduğu Cəmiyyətləri xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X1. Lakin müəyyən səbələrdən alqı-satqı olan tarixdə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə hal-hazıradək xitam verilməmişdir. X2 informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə xitam verilməsi ilə müraciət etmişdir. X3 məhkəmənin 27 aprel 2022-ci il tarixli müvafiq hökmü ilə azadlıqdan məhrum edildiyi və həbsdə olduğunu bilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Mudafiyəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməsi mümkün olmadığından İşəgötürənin məhkəmənin müvafiq hökmü ilə azadlıqdan məhrum edildiyini və hal-hazırda həbsdə olduğunu, hüquqi varisi olmadığına görə, İşəgötürən(X9) tərəfindən əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Mudafiyəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığını məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Vəkil iddia tələbinı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və ərizə təqdim edərək iddia tələbi üzrə əmək müqaviləsinə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdən xitam verilmiş hesab edilməsinə və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq ” altsisteminə daxil edilməsi hüququ X13 həvale edilməsi ilə bağlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək X5 izahatında əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatın məhkəmə qətnaməsi olmadan elektron sistemə yeləşdirilməsi mümkün olmadığını və bu barədə müvafiq məhkəmə qətnaməsi olduğu halda tələbin təmin olunmasına etiraz etmədiklərini bildirmişdir . Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdehlər Cavabdeh2 MMC vəCavabdeh1 MMC nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi qismində vəkilinin, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əmək haqqı göstərilməklə, iş yerinə dair arayışdan göründüyü kimi, Quba rayonu, Zərdabi İƏD, Barlı kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də müddətsiz əmək müqaviəsiylə aylıq əmək haqqı 300 manat olmaqla direktor vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixli müqavilədən göründüyü kimi, Quba rayonu, Zərdabi İƏD, Barlı kəndində qeydiyyatda olan Cavabdeh1 MMC- nin diretoru İddiaçı təsisçisi olduğu cəmiyyəti ünvan 3 ünvanında qeydiyyatda olan X1. İş materialarında olan Kommersiya qurumunun dövlət reystrindən çıxarışdan göründüyü kimi, Quba rayonu, Barlı kəndində yerləşən "xxxx" MMC-ni qanuni təmsilçisi kimi X6 adına 3 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınmmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 10 mart 2024-cü il tarixli məktubundan qeyd olunur ki, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməlisiniz. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada tərəfinizdən rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X15 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsi bildirişinin qüvvədən salınması X15 Xidmətinə həvalə edilməlidir. İş materialarında olan Azərbaycan Respublikası DİN-nin 366-109297-3222 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi, X4 Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmüylə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 71.5, 67.1, 69.3 maddələrinə əsasən 05 il 05 ay 29 gün müddətinə azadlığdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-69/2024 saylı hökmünə əsasən, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X8 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 05 il 06 ay (beş il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il (iki il) müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 il 11 ay 29 gün (altı il on bir ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış;Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi; Cəzasının əvvəli 28 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə MŞQ-MT-02- 2023/-00859 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1 MMC-də direktor vəzifəsini icra edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 01,04.2020-ci il tarixdə İddiaçı ilə X10 arasında müqavilə bağlanaraq, direktoru olduğu Cavabdeh1 MMC-ni X1. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair bildirişi elekton sistemə yerləşdirilməsi H.Əmrahov tərəfindən icra edilməmişdir. Daha sonra qeyd edilən cavabdeh şirkətlər fəaliyyətini dayandırdığından və X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azəraycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 71.5, 67.1, 69.3 maddələrinə əsasən 05 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, əmək müqaviləsinin ləğv edilməsinə dair bildirişi elekton sistemə yerləşdirilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və müvafiq bildirişləri mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanmış əmək müqavilələri xx.xx.2020-ci il tarixdən xitam verilmiş hesab edilsin. Qətnamə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar