Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-530/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 27 fevral 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4639,68 manat borcun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X7 İstismar İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən 27 fevral 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 4639,68 manat borc hesablanmışdır. Onun mənzilində sayğac vardır, abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 27 fevral 2024-cü il tarixində tərtib edilən ******* saylı aktda bir il üçün sərfiyyat 38664 kub.m, sərfiyyatın məbləği isə 4639,68 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdiyi illik sərfiyyatın məbləği arasında təxminən 30 dəfə fərq vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununa əlavə edilən 8-1-ci hissəsinə əsasən İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü,əvvəlki dövrün orta gündəlik qazsərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yoxlama aparılarkən və akt yazılarkən ona və ailə üzvlərinə heç bir məlumat verilməmişdir. Çünki, istifadəsində olan avadanlıqların adlı siyahısı abonentin saldosunda (1 ədəd PQ-4, 1 ədəd qızdırıcı radiator peçi) qeyd olunmuşdur. Bundan başqa qaz paylayıcısı ilə aralarında alqı-satqı müqaviləsində də istifadə edilən avadanlıqlar da saldoda qeyd olunan avadanlıqların doğruluğunu təsdiqləyir. Lakin, Hesablanma aparılarkən dəymiş ziyanın tələbnaməsində dəymiş ziyanın sərfiyyatını süni şəkildə çoxaltmaq üçün əlavə avadanlıqlar yazılmış və onlarında təqvim ayından aslı olmayaraq 12 saatlıq iş rejimində hesabatı aparılmışdır. Ziyan dəyibsə də, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti, ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qazsərfi, istifadədə olan qaz qurğularının xüsusiyyətləri və s. nəzərə alınmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, bildirdi ki, İddiaçı hesablanmış ziyan məbləği ilə razı deyil, inzibati xəta haqqında qərardan ümumiyyətlə məlumatı olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, bildirdi ki, 27 fevral 2024-cü il tarixdə İddiaçı qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına baxış keçirilmiş və qaz borusuna müdaxilə edilməsi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və 4639,68 manat ziyan hesablanmışdır. İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan qaydalara tam uyğun hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda Cavabdeh nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, abonent İddiaçı qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 27 fevral 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 38664 m3 və ya 4 639,68 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmiş, abonent aktı heç bir irad bildirmədən imzalamışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması videoçəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tarn aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 27 may 2024-cü il tarixli MN № ******* saylı qərarı ilə İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazı taladığına görə inzibati qaydada 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bununla da onun törətdiyi mülki hüquq pozğunluğu (delikt) öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan harazılığını bildirmişdir. Halbuki, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun aparılmışdır. Videoçəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan qaydalara tam uyğun hesablanmışdır. İddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, etirazı nəzərdən keçirib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: qaz paylaşıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair xx.xx.2017-ci il tarixli 19301-06-17 nömrəli müqavilə bağlanmışdır; xx.xx.2024-cü tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 38664 m3 sərfiyyat hesablanmışdır; “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, İddiaçı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşularaq təbii qazın talanması nəticəsində Xaçmaz RQİİ-nə maddi ziyan vurduğuna görə Azərbaycan Respublikası İXMnin 282.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən istehlakçı kimi İddiaçı müəyyən olunmuş müddətdə istifadə olunmuş qazın həcminə görə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 38664 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 4 639,68 manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. İddiaşı tərəf həmin borc hesablanarkən cavabdeh tərəfindən istehlakçılara verilən təbii qazın standartlara uyğun hesablanmaması ilə bağlı iddia irəli sürsə də, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişlərdə İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmiş, bununla da, İddiaçı evində qanunsuz yolla təbii qazdan rezin boru vasitəsi ilə istifadə etməsi halı öz əksini tapmışdır. Bununla da, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, işin materiallarına əlavə edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan da görünür ki, İddiaçı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşularaq təbii qazın talanması nəticəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati məzuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinin mövcud olması və bu hərəkətlər nəticəsində iddiaçı X2 əsassız borcun hesablanması ilə bağlı hər hansı tutarlı sübut məhkəməyə təqdim edilmədiyindən, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-530/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-530/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver