Məhkəmə qərarları › İş №e-2(027)-679/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-679/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-679/2025 18.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 ilə, İddiaçının Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 10 fevral 2022-ci il tarixdə X10 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” X6 bağlanmış və 10 nömrəsi ilə qeyd edilmiş nikah etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası vətəndaşıdır və Rusiyada yaşayır. 10 il bundan əvvəl, yəni xx.xx.2015-ci il tarixdə X10 ilə Həştərxan vilayəti Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı iki övladı var. X10 Azərbaycan Respublikası vətəndaşıdır, lakin Rusiyada yaşayır və Azərbaycana mütəmadi gəlib-gedirdi. 2-3 il əvvəl o, Azərbaycanda türməyə düşmüşdür. O, türmədə olduğu müddət ərzində mütəmadi onun yanında gedib-gəlmişdir. Bundan təxminən 1 il əvvəl öyrənmiş ki, Asəf Səmədzadə Azərbaycanda nikaha daxil olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə X10 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” X6 nikah qeydə alınmışdır. X10 2015-ci ildə Rusiyada onunla ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Onların hazırda ailə münasibətləri davam edir, birgə nikahından iki azyaşlı övladı var. Tərəfindən nikahın etibarsız hesab edilməsi barədə Qusar 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və ona “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İ-KB 662120 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X8 arasında nikah xx.xx.2015-ci il tarixdə Həştərxan vilayəti Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 813 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Elvira Kazımovaya “Səmədzadə” soyadı verilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X10 ilə İddiaçının birgə nikah münasibətlərindən - xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan AZ-İ 065007 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında nikah xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Cavabdeh “Səmədzadə” soyadı verilmişdir. İş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və Ələkbərova (Səmədzadə) Vüsalə Ağabəy qızı ilkin mediasiya sessiyasında iştirak etmədi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 Federasiyasında xx.xx.2015-ci il tarixdə Həştərxan vilayəti X4 Elvira Qasım qızı ilə nikah daxil olmuş və birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşlar. İddiaçı ilə nikahda olan X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində ilə Cavabdeh ilə də rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsin əsasən bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı X10 ilə cavabdeh Ələkbərova (Səmədzadə) Vüsalə Ağabəy qızı arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 10 nömrəli nikah qeydi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X10 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar