Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-69/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13231.89 (on üç min iki yüz otuz bir manat səksən doqquz qəpik) manat dəymiş zərər (əldən çıxmış fayda şəklində) və ödənilmiş 130.1 (yüz otuz manat on qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiаçı İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36 aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir. Cavabdeh kredit müqviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas kredit borcu, 9464.24 manat faiz borcu və 30 manat dəbbə pulu, cəmi 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması və tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731-10301 olan, ********** qeydiyyat nömrəsilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)- 64/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, açıq hərraca çıxarılarkən ipoteka predmeti olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 kv.metr ümumi, 216.8 kv.metr yaşayış və 84.0 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh bankın hər hansı bir pul vəsaitini özündə saxlamamış, maliyyə çətinliyi səbəbindən bankın pulunu qaytara bilməmiş və buna əsaslanaraq bank əvvəlcədən kreditin təminatı kimi onda girov qoyduğu əmlakının satılaraq pulun ödənməsini məhkəmədən xahiş etmiş və onun bu iddiası təmin edilmişdir. Belə olan təqdirdə hansısa pul vəsaitinin gecikdirilməsindən və buna görə də ondan faizlərin tələb edilməsindən söhbət belə gedə bilməz. Ona görə də iddianın məhkəmədə baxılması, qətnamənin qüvvəyə minməsi, onun icra edilərək hərracın keçirilməsi müddətlərinə görə cavabdehdən faiz tələb edilməsi əsasızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36 aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas kredit borcu, 9464.24 manat faiz borcu və 30 manat dəbbə pulu, cəmi 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması və tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731-10301 olan, ********** qeydiyyat nömrəsilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin e-2(067)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair İddiaçı BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Məhkəməsinin 2(105)- 1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e- 2(067)-351/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı BOKT MMC-nin kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9088 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 11 fevral 2014-cü il tarixli, 003 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh Həbib oğlunun İddiaçı BOKT MMC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 34.794,72 manat, faiz borcu üzrə 25.355,69 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə— 34.794,72 manat, faiz borcu üzrə—34.068,87 manat, faiz borcu 5% ilə 8713,18 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində 13231,89 manat məbləğində dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, Məhkəmə, iş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9088 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ona görə də, dəymiş zərər 8713,18 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. və 449.3-cü maddəyə əsasən “Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. və 449.4-cü maddəyə əsasən “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci mаddəsinə əsasən, “Öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi (vахtındа icrа еdilməməsi, mаllаrdа, işlərdə və хidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа еdilməsi) bаşа düşülür. Həmin Məcəllənin 445.1-ci mаddəsinə əsasən, “İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаddəsinə əsasən, “öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi” bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.4-cü mаddəsinə əsasən, “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, bununla da bank olmayan kredit təşkilatına zərər vurmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh 8713,18 (səkkiz min yeddi yüz on üç manat, on səkkiz qəpik) manat dəymiş zərər İddiaçı BOKT MMC xeyrinə tutulmalıdır. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,1 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8713,18 (səkkiz min yeddi yüz on üç manat, on səkkiz qəpik) manat dəymiş zərər və 130,1 (bir yüz otuz manat, on qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı BOKT MMC xeyrinə tutulsun. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-69/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-69/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver