Məhkəmə qərarları › İş №e-2(027)-75/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-75/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-75/2024 24.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı QSC BOKT-nın nümayəndəsi X3 ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsilə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli 2231 saylı Güzəştli kredit müqaviləsi üzrə əsas borc 1726,80 manat, faiz borcu 13,78 manat olmaqla, cəmi 1740 (bir min yeddi yüz qırx) manat 58 (əlli səkkiz) qəpik və 2232 saylı Güzəştli kredit müqaviləsi üzrə əsas borc 5752,79 manat, faiz borcu 110,00 manat olmaqla, cəmi 5862 (beş min səkkiz yüz altmış iki) manat 79 (yetmiş doqquz) qəpik borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; hər iki müqavilə üzrə borc tələbinin Cavabdeh məxsus ipoteka predmeti olan Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumisahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 15.000,00 (on beş min) manat məbləğində müəyyən edilməsi; İpoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan cəmi 7603 (yeddi min altı yüz üç) manat 37 (otuz yeddi) qəpik kredit borcunun və 96 (doxsan altı) manat 04 (dörd) qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında 28 fevral 2020-ci il tarixli 2231 və 2232 nömrəli Güzəştli kredit müqavilələri bağlanmışdır. 28 fevral 2020-ci il tarixli 2231 nömrəli müqaviləyə əsasən Cavabdeh 2273,25 manat (iki min iki yüz yetmiş üç manat, iyirmi beş qəpik) məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmçinin 28 fevral 2020-ci il tarixli 2232 nömrəli müqaviləyə əsasən Cavabdeh 5873,41 manat (beş min səkkiz yüz yetmiş üç manat, qırx bir qəpik) məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış Güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh arasında 28 fevral 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bağlanmış 28 fevral 2020-ci il tarixli 2231 və 2232 nömrəli Güzəştli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh məxsus Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 28 fevral 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 15.000,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə bağlanmış Güzəştli kredit müqavilələrinin əsasən, borclu kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2020-ci il tarixli 2231 və 2232 saylı Güzəştli kredit müqavilələrinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Güzəştli kredit müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. İddiaçı QSC BOKT-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək BOKT-un dəfələrlə cavabdehi məlumatlandırdığını, borc məbləği cavabdeh üçün restrukzasiya olunduğunu, lakin borclu borcu ödəməkdən yayındığını bildirmişdir. Əlavə edərək Məhkəmə Ekspertizası Mərkəzinin eksperti bir neçə dəfə gəlsə də, Cavabdeh və ailə üzvlərinin onu evə buraxmadıqları üçün tədqiqatın aparılmasının mümkün olmadığını bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materialınnı tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslı olmaqla təmin olunmalıdır. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 2231 saylı “Güzəştli Kredit Müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən İddiaçı QSC BOKT Cavabdeh əsas borcuna illik 1% hesablanmaqla, 2273.25 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 2232 saylı “Güzəştli Kredit Müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən İddiaçı QSC BOKT Cavabdeh əsas borcuna illik 1% hesablanmaqla, 5873.41 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 2231 saylı “Güzəştli kredit müqaviləsi” üzrə Cavabdeh BOKT-a 1726,80 manat əsas borc, 13,78 manat faiz borcu olmaqla, cəmi 1740,58 manat məbləğində; xx.xx.2020-ci il tarixli 2232 saylı Güzəştli kredit müqaviləsi üzrə 5752,79 manat əsas borc, 110,00 manat faiz borcu olmaqla, cəmi 5862,79 manat borcu yaranmışdır; İş materiallarında olan 28 fevral 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 28 fevral 2020-ci il tarixli 2231 və 2232 nömrəli Güzəştli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh məxsus Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, cavabdehlə bağlanmış 28 fevral 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 15.000,0 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli, xx.xx.2011- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19 olan çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tam pay hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19 olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 96 (doxsan altı) manat 04 (dörd) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq və mübahisələrin məhkəməyə qədər həll olunması məqsədilə pretenziya məktublarından görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin məlumatlarından görünür ki, ekspert və iddiaçının nümayəndəsi ünvanada olmuş, cavabdeh ünvanda olmadığı və qapının bağlı olması səbəbindən tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 28 fevral 2020-ci il tarixində bağlanmış 2231 və 2232 saylı “Güzəştli Kredit Müqavilələri”nə əsasən İddiaçı QSC BOKT Cavabdeh əsas borcuna illik 1% hesablanmaqla, kredit borcunun 2231 saylı müqavilə üzrə 2273,25 manat hesablanmaqla, 2232 saylı müqavilə üzrə 5873,41 manat hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. 28 fevral 2020-ci il tarixli 2231 və 2232 saylı “Güzəştli Kredit Müqavilələri”nə əsasən cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, BOKT-a xx.xx.2020-ci il tarixli 2231 saylı “Güzəştli kredit müqaviləsi” üzrə 1726,80 manat əsas borc, 13,78 manat faiz borcu olmaqla, cəmi 1740,58 manat məbləğində; xx.xx.2020-ci il tarixli 2232 saylı Güzəştli kredit müqaviləsi üzrə 5752,79 manat əsas borc, 110,00 manat faiz borcu olmaqla, cəmi 5862,79 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti həmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, müvafiq kredit müqavilələri üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin “Güzəştli Kredit Müqavilə”lərindən irəli gələn öhdəliyi 28 fevral 2020-ci il tarixli İpoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsi əsasən kreditin və ona hesablanmış faizlərin, dəbbə pulunun qaytarılmasının təminatı kimi ipoteka qoyan (cavabdeh) Cavabdeh məxsus Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi, ƏMDX DƏDK və reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19 olan çıxarışa əsasən İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir Cavabdeh əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında müxtəlif tarixlərdə xəbərdarlıq və pretenziya məktubu Cavabdeh göndərilmiş və ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildirişlər qeydə alınmışdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Qeyd edilən Məcəllənin 319.6-cı maddəsinə əsasən əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmçinin, müvafiq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti məhz ekspertiza əsasında müəyyən edilmiş müvafiq bazar dəyəri əsasında müəyyən edilə bilərdi. Lakin məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizalar cavabdehin ekspertizaya gəlməməsi və zəruri tədqiqat predmetini ekspertə təqdim etməməsi səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə, cavabdehin ekspertiza keçirilməsində iştirakdan imtinasını, habelə tədqiqat predmetlərini ekspertə təqdim etməməkdə fadə olunnan ekspertizanın keçirilməsinə mane olmasını, tərəflərin razılığına əsasən 15.000,0 manat məbləğində müəyyən edilməsi nəzərə alaraq ekspertiza təyin edilən ipoteka predmetinin satış qiyməti ilə bağlı faktı təsdiq olunmuş hesab edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 96.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 2231 saylı Güzəştli kredit müqaviləsi üzrə əsas borc 1726,80 manat, faiz borcu 13,78 manat olmaqla, cəmi 1740 (bir min yeddi yüz qırx) manat 58 (əlli səkkiz) qəpik və 2232 saylı Güzəştli kredit müqaviləsi üzrə əsas borc 5752,79 manat, faiz borcu 110,00 manat olmaqla, cəmi 5862 (beş min səkkiz yüz altmış iki) manat 79 (yetmiş doqquz) qəpik borc məbləği, hər iki müqavilə üzrə cəmi 7603 (yeddi min altı yüz üç) manat 37 (otuz yeddi) qəpik kredit borcu və 96 (doxsan altı) manat 04 (dörd) qəpik məbləğində dövlət rüsumu İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Cavabdeh məxsus ipoteka predmeti olan Quba rayonu, Zizik kəndində 0,19 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 40,7 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 15.000 (on beş min) manat müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsaitdən 7603 (yeddi min altı yüz üç) manat 37 (otuz yeddi) qəpik kredit borcunun və 96 (doxsan altı) manat 04 (dörd) qəpik İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Satışdan əldə olunan vəsait İddiaçı QSC BOKT-un tələbindən artıq qalarsa, qalıq qalan artıq məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar