Məhkəmə qərarları › İş №e-2(027)-81/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-81/2021

11.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-81/2021 11.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Quba şəhər Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ümumi istifadə olan torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X8 məhkəmədə iddia ərizəsini müdafiə edərək bildirdi ki, yaşadıqları Quba şəhəri Ə.Nərimanov küçəsi ilə paralel ərazidə Quba şəhərinin qədim şəhər qəbirstaniığı yerləşir. 2003-cü ildə qəbirstanlığın Ə.Nərimanov küçəsinə baxan hissəsinin hasarı təxmini olaraq 15 metr geriyə çəkilərək yerində 1918-ci il 31 mart tarixində ermənilər tərəfindən törədilmiş Soyqırımın anma tədbirlərinin keçirilməsi üçün abidə ucaldılmış və ətraf ərazilər də kiçik park olaraq istifadəyə verilmişdir. Soyqırım qurbanlarının məzarları digər ərazidə aşkar olunduqdan sonra abidə ləğv olunaraq həmin ərazidə park salınması üçün yenidən təmir işləri aparılmışdır.Lakin Quba şəhər bələdiyyəsinin əməkdaşları göstərilən ərazinin bir hissəsini gələcəkdə satmaq üçün təmirə vəsait çatışmamazlığını əsas gətirərərək hasar çəkıb ayırmışdılar. Məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən 04.07.2019-cu il tarixində hərraca çıxarılaraq məqsədli şəkildə “xxxx” MMC-nin nümayəndəsi Rəşad İbrahimova satılmış və 13.07.2019-cu il tarixində bələdiyyə ilə “xxxx” MMC arasında alqı satqı müqaviləsi imzalanmışdır. İllərdir qəbirstanlıq ərazisi və sonradan hasarın geriyə çəkilməsi ilə park kimi Quba sakinlərinin ümumi istifadəsində olarn ərazi qanunsuz olaraq Quba bələdiyyəsi tərəfindən hərraca çıxarılmışdır, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi sənədləri tam obyektiv yoxlamadan hərrac keçirmiş və məqsədli şəkildə “xxxx” MMC-nin nümayəndəsi Rəşad İbrahimovu qalib etmişdir. İllərdir qəbirstanlıq ərazisi və sonradan hasarın geriyə çəkilməsi ilə park kimi Quba sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının ƏMDK-si tərəfindən satılması üçün Quba Bələdiyyəsinə hansı səbəbə müsbət rəy verilməsi sakinlər üçün hələdə maraqlıdır. Hesab edirlər ki, ümumi istifadədə olan qəbirstanlıq və park ərazisinin satılması sakinlərin həmin ərazilərdən istifadə hüquqlarını pozmuşdur. İllərdir həmin ərazi onların istirahət yeri olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən ünvanına daxil olmuş 21.08.2019-cu il tarixli məktubdan belə aydın olur kı, həmin ərazi sonradan satılması üçün məqsədli şəkildə 2015-ci ildə Quba Bələdiyyəsinin müraciəti əsasında “Mərasim evi”nin tikintisi üçün hüquqları dövlət qeydiyyatına alınmış lakin sonradan Maliyyə Nazirliyinə tikinti üçün pul ayırmaması səbəbini əsas gətirərək, həmin ərazinin hüquqları dövlət qeydiyyatına alındığı üçün rahat bir şəkildə başqa bir sahibkara hərrac yolu ilə satılmışdır.Quba Bələdiyyəsi tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Azərbaycan Respublikasının ƏMDK-nə müraciət olunaraq həmin ərazinin bələdiyyənin balansında mərasim evi kimi tikinti aparılmasını əsas gətirərərək, torpağın hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Məqsədli şəkildə Quba bələdiyyəsi tərəfindən həmin ərazidə Mərasim evi tikilməmişdir və pul qazamaq üçün ərazini başqa bir şəxsə sahibkarlıq məqsədilə satılmışdı. Azərbaycan Respublikasının ƏMDK-si yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikasının ƏMDK-si yanında X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən həmin ərazi qanunlara zidd olaraq necə satılması və sahibkarlıq torpağı kimi rəsmfləşdirilməsinin məhkəmədən araşdırılması tələb olunur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı iddia tələbini müdafiə edərək, iddasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman cavabdeh Quba şəhər Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, Quba bələdiyyəsi qanuna uyğun olaraq ona məxsus olan torpaq sahəsini hərrac vasitəsi ilə satmışdır. Onların tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ”xxxx” MMC-nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi və ”xxxx” MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X6 və cavabdehlər Quba şəhər Bələdiyyəsinin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X9 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.07.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi ”xxxx” MMC-nin xüsusi mükiyyətindədir. İş materiallarında olan 13 iyul 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba Bələdiyyəsi mülkiyyətində olan Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini ”xxxx” MMC-nə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin18.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan torpaqsahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbirstanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma ə Tikinti Məcəlləsinin 22-ci maddəsinə əsasən Baş planların qüvvədə olma müddəti 20 ildir. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar əsazisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, qeyd olunan torpaqsahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbirstanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 22-ci maddəsinə əsasən Baş planların qüvvədə olma müddəti 20 ildir. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar əsazisidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulmasını tələb etsədə, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar