Məhkəmə qərarları › İş №e-2(027)-84/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-84/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-84/2024 02.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı1, Cavabdehnın iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, Seydəliyeva (Xantəmirova) Mavi Füzuli qızının və Heydərova (Xantəmirova) Zümrüd Fizuli qızının Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, Seydəliyeva (Xantəmirova) Mavi Füzuli qızı və Heydərova (Xantəmirova) Zümrüd Fizuli qızı iddia ərizəsi ilə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli, **********88 reyestr nömrəli çıxarışa əsasən bizə məxsus ünvan 1i ünvanında yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımızın həyata keçirilməsinə (sahiblik, istifadə) Cavabdeh Gülbala oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh Gülbala oğlunun qeyd edilən onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998ci il tarixli, 17 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 30313058 nömrəli Dövlət Aktına əsasən onlara, yəni İddiaçı1, İddiaçı4, Seydəliyeva (Xantəmirova) Mavi Füzuli qızına və Heydərova (Xantəmirova) Zümrüd Füzuli qızına ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,94 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0093 nömrəli planşetlə qeyd edilmiş 1,40 ha hissəsindən 1,20 ha hissəsini 26 noyabr 2021-ci il tarixdə Cavabdeh satmışdılar. Lakin cavabdeh həmin vaxtdan torpaq sahəsinin ilkin sənədi olan torpağa mülkiyyət hüququna dair JN- 0093 KOD 30313058 nömrəli Dövlət Aktının əslini özündə saxladığı üçün onlar uzun müddət torpaq sahəsinin yerdə qalan 0,20 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ala bilməmişdilər. Cavabdehlə aralarında olan danışıqlardan sonra 18 fevral 2022-ci il tarixdə Cavabdeh Quba Regional ASAN Xidmətində notariat ofisinə gələrək onlarla əmlak bölgüsü barədə müqavilə bağlamış və ünvan 1ində yerləşən 1,40 ha torpaq sahəsinin 1.20 ha və 0,20 ha olmaqla iki hissəyə bölünməsinə razılaşmışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bölgü sxemi tərtib edilmişdir. Bundan sonra onlar torpaq sahəsinin 0,20 ha hissəsinə çıxarış almaq üçün müraciət etmişlər. Lakin həmin vaxt onlara Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, 0,20 ha torpaq sahəsindən 0.7 ha hissəsində zəbt var, ancaq 0,13 ha torpaq sahəsinə çıxarış verilməsi mümkündür. Onlar da müvafiq ərizə ilə müraciət edərək 0,13 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə razılaşmışlar. Bundan sonra onlar ünvan 1i ünvanında yerləşən 0,13 torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********88 reyestr nömrəli çıxarış alıblar. Lakin Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışla onlara məxsus olan ünvan 2i ünvanında yerləşən 0,13 ha torpaq sahəsini zəbt edərək meyvə ağacları əkmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehə onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh tələblərini yerinə yetirmir. Cavabdehin qanunsuz davranışları nəticəsində onlar mülkiyyətlərində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Məhkəmə iclasında iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ekspert rəyilə razılaşmadığını və yenidən rəy verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı dəfələrlə başqa-başqa şəxslərə qarşı da eyni mahiyyətli iddialarla müraciət etmiş, buna baxmayaraq heç birinin nəticəsi onu qane etməmişdir. Hər dəfə ekspert rəyinə etirazını bildirmişdir. Ümumiyyətlə iddiaçının tələb etdiyi torpaq sahəsinin onun torpaq sahəsilə heç bir əlaqəsi yoxdur, sadəcə bir-birilə qonşu sahələrdir və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olan JN-0093 KOD 30313058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.94 ha torpaq sahəsi İddiaçı1, İddiaçı4, Xantəmirova Mavi Füzuli qızı və Xantəmirova Zümrüd Fizuli qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan çıxarışa əsasən ünvan 1ində yerləşən 1.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********88 olan çıxarışa əsasən ünvan 1ində yerləşən 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yaınında ƏMDX DƏDK və Reyestri X2in mütəxəssis rəyindən görünür ki, Cavabdeh Gülbala oğlunun faktiki istifadəsində 1.06 ha torpaq sahəsi vardır. Faktiki istifadəsində olan 1.06 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh Gülbala oğlunun mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən artıq qeyd edilən sahədə onun istifadəsində hər hansı əlavə torpaq sahəsi yoxdur. İddiaçı1 və ailə üzvlərinə məxsus 0.13 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrinin xx.xx.2022-ci ıl tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsi qonşu torpaq sahələridir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Gülbala oğlunun faktiki istifadəsində 1.06 ha torpaq sahəsi vardır. Faktiki istifadəsində olan 1.06 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Gülbala oğlunun mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən artıq qeyd edilən sahədə onun istifadəsində hər hansı əlavə torpaq sahəsi yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1 və ailə üzvlərinə məxsus 0.13 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsi qonşu torpaq sahələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müvafiq ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı1 və ailə üzvlərinə məxsus 0.13 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsi qonşu torpaq sahələridir. Cavabdeh Gülbala oğlunun faktiki istifadəsində 1.06 ha torpaq sahəsi vardır. Faktiki istifadəsində olan 1.06 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022- ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1 olan çıxarışa əsasən 1.20 ha torpaq sahəsinin daxilində yerləşir. Rəydən göründüyü kimi Cavabdeh Gülbala oğlunun mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən artıq qeyd edilən sahədə onun istifadəsində hər hansı əlavə torpaq sahəsi yoxdur. Habelə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində zəbtdən kənar hər hansı digər maneələrin mövcudluğunu da sübuta yetirə bilmədiyindən, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı4, Seydəliyeva (Xantəmirova) Mavi Füzuli qızı və Heydərova (Xantəmirova) Zümrüd Fizuli qızının Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İdda təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı4, Seydəliyeva (Xantəmirova) Mavi Füzuli qızı və Heydərova (Xantəmirova) Zümrüd Fizuli qızının Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar