Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-98/2024 10.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsinə çıxarış alınmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə ona verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-313F KOD 30319018 Şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN313F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 0,09 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsindən istifadə etmişdir. Daha sonra işləmək üçün bir müddətlik Rusiya Federasiyasına getmişdir. Bundan sonra yaxın qohum olan cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etmişlər. O, Rusiya Fedrasiyasından gələndən sonra öz torpaq sahəsinə daxil olmaq istəsə də, cavabdehlər buna maneə yaratmışlar. O, cavabdehlərə torpaq sahəsinin ona məxsus olmasını və oradan çıxmalarını bildirsə də, onlar buna əməl etməmişlər. Hazırda o özünə məxsus torpaq sahəsinə girə bilmir. Eyni zamanda cavabdehlər torpaq sahəsinə çıxarış almaq üçün ölçmə işlərinin həyata keçirilməsinə də mane olurlar. Cavabdehlərin hazırda özlərinə məxsus evləri və torpaq sahələri vardır. Hazırda cavabdehlər ona məxsus torpaq sahəsi çıxmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, 1995-ci ildən bu vaxta kimi həmin torpaq sahəsindən istifadə etməmişdir. Həmin vaxt işləmək üçün Rusiya Federasiyasına getmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etmişlər. O, Rusiya Fedrasiyasından gələndən sonra öz torpaq sahəsinə daxil olmaq istəsə də, cavabdehlər buna maneə yaratmışlar. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. JN-314F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə onun mülkiyyətinə Quba rayonu İİ Nügədi kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi verilmişdir. Lakin hazırda onun istifadəsində 0,20 hekatara yaxıntorpaq sahəsi vardır ki. həmin torpaq sahəsinin 0,10 hektarı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsusdur, 0,10 hektarı isə onun istifadəsindədir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 da iddianı qəbul etməyərək, həyat yoldaşı Cavabdeh1 göstərdiyi xüsusatları təsdiq edətrək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-313F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Quba rayonu İİ Nügədi kəndi ərazisindən 0,09 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-314F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə Quba rayonu İİ Nügədi kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının 3-16-16/2-10/3007 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı verilmiş 0,09 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı verilmiş 0,09 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən tam olaraq istifadə olunur. İddiaçı məxsus torpaq sahəsi üzərində cavabdehlərin hal-hazırda yaşadığı fərdi yaşayış evi mövcuddur və cavabdehlər tərəfindən bünövrəsi qoyulmuş yarımçıq tikilinin 56 kv.m hissəsi iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla JN-313F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdehlər qanunsuz istifadə etdiyi iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən çıxarılmalı və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməli, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-313F KOD 30319018 Şəhadətnaməyə əsasən Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, cavabdehlər iddiaçıya məxsus Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsindən çıxarılmalıdır. Ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3007 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-313F KOD 30319018 Şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və cavabdehlər iddiaçıya məxsus Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsindən çıxarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-98/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-98/2024
10.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver