Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-11/2025 22.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" ASC-yə olan 8231,33 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 102,72 manat dövlət rüsumunun ondan xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 20 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 8231,33 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən -3.1.8. kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; -3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi cavabdeh ilə bank arasında olan 21 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2689 saylı bildiriş (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun müqaviləyə əsаsən "xxxx" ASC-yə оlаn bоrcu 8231,33 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəm iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, bankın tələb etdiyi borc məbləği ilə razı deyil. Bank əsilləri, əsası olmayan sənədlərə istinad edərək cavabdehə borc ödətdirir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdehin nümayəndəsi bildirdmişdir ki, Cavabdeh kartına xaricdən pul gəlmiş, həyat yoldaşı pulu çıxarıb ona vermişdir. Belə ki, onun yaxın dostu onkoloji xəstə olmuş və pul həmin şəxsə çatdırılması üçün göndərilmişdir. Göndərilən məbləğ çox olduğuna görə bir neçə kart lazım olmuş, bu səbəbdən bankla onun yaxınları da müqavilə bağlamalı olmuşdur. Yardım göstərilən onkoloji xəstə 2023-cü ildə ölmüşdür. Bank guya Kanada bankından etirazın daxil olması səbəbindən ziyana düşmüş, nəticədə həmin ödənişi geri qaytarmışdır. Bu səbəbdən cavabdehdən pul tələb olunur. Bank ziyana düşməsini təsdiq edən sənədi bugünədək onlara göstərməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, xarici ölkədən onun adına olan karta pul gəlmişdir. O da həmin pulu çıxardıb əri Qanuni nümayəndə vermişdir. Pul xəstəlikdən əziyyət çəkən bir nəfər üçün göndərilmişdir. Lakin həmin pulun kim tərəfindən göndərildiyini bilmir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair ******************** saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh ilə MC World kart növünə (MC World ATB Card Debit PayPass kartın tipi) dair müqavilə imzalamışlar. Kartın müddəti 3 il təşkil edir. xx.xx.2023-cü il tarixli Borcun hissə-hissə ödənilməsi barədə Razılaşmaya əsasən borclu Cavabdeh tərəflər arasında bağlanmış ******************** saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində İddiaçı ASC qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Borclu 9277,33 manat borc məbləğini 24 ay müddətinə aylıq 386,56 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet karta xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün chargeback sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq banka 8231,33 manat həcmində ziyan dəymişdir. İddiaçı ASC–nin xx.xx.2024-cü il tarixli bildirişə əsasən Cavabdeh banka gecikdirilmiş borca dair məlumatlandırılmışdır. Əks halda müvafiq orqanlara müraciət edilməsi bildirilmişdir. 9/385 saylı xx.xx.2025-ci il tarixli Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə görə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə təqdim edilmiş bank hesabından çıxarış məlumatlarında göstərilən təyinatlara əsasən Cavabdeh hesabına (Kart hesabına) xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək Bank of America Commercial Credit United States, X5, X2 States and X3 of Commerce Canada bankları tərəfindən ümumilikdə 15000 manat məbləğində vəsait daxil olmuş, İddiaçı ASC tərəfindən Cavabdeh kart hesabında xx.xx.2022-ci il tarixdə 9277,33 məbləğində overdraft (borc) yaradılaraq X3 of Commerce Canada bankına geri qaytarılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh kart hesabında yaradılmış 9277,33 manat məbləğində overdraft borcundan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1046 manat ödəniş edilmiş və Cavabdeh xx.xx.2021ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə İddiaçı ASC-nə hal-hazıra 8231,33 manat borcu qalmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə görə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli arasında xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə açılmış hesabdan (Kart Hesabından) pul vəsaitlərinin məxaric olunması həmin xx.xx.2021-ci il tarixli müqavilənin 2.3 və 2.7-ci bəndinə uyğun olmuşdur. Bundan başqa bildirilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh kart hesabına X3 of Commerce Canada bank tərəfindən mədaxil edilmiş (gələn vəsait) 9000 manat məbləğində (4000,00+5000.00) pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh kart hesabında xx.xx.2022-ci il tarixdə overdraft (borc) yaradılaraq 5154,08 manat və 4123,25 manat olmaqla, ümumilikdə 9277,33 manat vəsait X3 of Commerce Canada bankına geri qaytarılmışdır. Təqdim edilmiş sənədlərə əsasən qarşı tərəf Bankın bu əməliyyat üçün charge bank sorğusu yaratması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından hazırki iş üzrə cavabdehin iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə ediyi, əsassız varlandığı və iddiaçının bunun nəticəsində həmin əmlakdan məhrum olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən əsassız varlanma nəticəsində yaranmış 8231,33 manat borc, 102,72 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə və 200 manat ekspertiza xərcinin əvəzi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində yaranmış olan 8231,33 manat borc və 102,72 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının 200 (iki yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-11/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-11/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver