Məhkəmə qərarları › İş №e-2(028)-118/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-118/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-118/2023 15.02.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmə hazırlaq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9-da yerləşən 61 nömrəli mənzilinə 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaların mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və işin məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş ərzi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından müəyyən olunur ki, mübahisəli mənzil (Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzil) Bakı şəhəri Nizami rayonunda yerləşir və mübahisə mülkiyyətçinin hüquqlarının pozulmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarına əsasən (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 39.1, 44-cü və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar