Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-124/2024 02.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İddiaçı2 ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 75498,57 (yetmiş beş min dörd yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizədə iş üzrə iddiaçı qismində göstərilmiş İddiaçı2 iddia tələbi öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə elektron sistemində iddia ərizəsində adını düzgün (Hərflər əvəzinə durğu işarələri ilə adını yazmışdır.) qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü il maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İddiaçı2 ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-124/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-124/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver