Məhkəmə qərarları › İş №e-2(028)-14/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-14/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-14/2025 22.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “əqdin etibarsızlığı” tələbi barədə qarşılıqlı iddia ərizələrinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-yə olan 11103,7 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 123,71 manat dövlət rüsumunun ondan xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 11103,7 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən 3.1.8. kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; -3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi cavabdeh ilə bank arasında olan 21 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 12 sentyabr 2024-cü il tarixli, 6-3/xx/xx-2681 saylı bildiriş (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаzırdа borclunun müqaviləyə əsаsən "xxxx" ASC-yə оlаn bоrcu 11103,7 manat təşkil еdir ki, bu bоrcun cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC borcun alınması tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olduqdan (xx.xx.2024 tarixdə e-mehkeme portalında) sonra, orada qeyd olunanların əsassız olduğu qənaətinə gələrək iddia ərizəsinə etiraz vermişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə onun arasında “Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi”-nə dair xx.xx.2021-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən cavabdehə kart təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2024-ci il tarixlərdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, qarşı bank bu əməliyyat üçün məbləğin geri ödənişinə dair (cashback) sorğu yaratmış və udmuşdur. Qeyd olunanlara əsasən o, bankın hesabına 11103,70 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə olunsa da, borc məbləği tam olaraq ödənilməmişdir. İddia ərizəsi ilə bağlı vurğulanmalıdır ki, 2021-ci ilin oktyabr ayında xaricdən onun "xxxx" ASC(ATB) kartına pul gəlmişdir. (bacısının həyat yoldaşı Yaşar Bəylərovun xahişi ilə xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşara verilib). Altı ay sonra onun debet kartı mənfi 12008,60 manat göstərmişdir. Bankdan hansı səbəbə debet kartnın mənfi olmasını soruşmuş ona narahat olmaması, anlaşılmazlığı həll edəcəklərini bildirmişlər. Təxminən iki il sonra 2023-cü ilin sentyabr ayında banka dəvət olunduqda ona köçürülən vəsaitlərin bir qisminin problemli olduğu üçün banka ziyan dəydi bildirilmişdir. Qohumu Yaşar dəfələrlə ziyanın nə ilə bağlı dəydiyini və ümumiyyətlə ziyan dəymişdirsə onun əsaslarını və sübutlarını təqdim etmələrini bankdan tələb etmişdir. Hazırkı günədək problemli adlandırılan vəsaitin geri qaytarılması haqda sənədlər onlara təqdim olunmamışdır. Gah polis orqanı, gah da məhkəmə ilə təhdid nəticəsində məcbur qalaraq “borcun hissə-hissə ödənilməsinə dair” razılaşmanı imzalamışdır (xx.xx.2023 tarixli overdraft borc müqaviləsi) və müəyyən edilmiş 12008,60 manat borcun 904,90 manatını Yaşar ödəmişdir. Lakin həmin ödənişlər edilən müddətdə belə Yaşarın banka etdiyi müraciətlərə (bankın ziyana uğramasıni təsdiq edən sübutlar haqda) cavab almamışlar. Borcun əsasları, vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış barədə heç bir məlumat verilməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixində Yaşarın vəkili Kərimxan Əsədov bu mövzuda (bank tərəfindən ziyana uğramağa aid subutların təqdim olunması üçün) İddiaçı ASC-nin rəhbərliyinə rəsmi sorğu məktubu göndərmiş, bu günədək sorğuya cavab almamışlar. Bankın ziyana uğramasını sübut edən "REFUND" sənədi (vəsaitin geri qaytarılması haqda hesabdan çıxarış) onlara təqdim olunmadığına görə Yaşar ödəmələri dayandırmışdır. Overdraft borc müqaviləsinin müddəti xx.xx.2025 tarixinədək olmuşdur. xx.xx.2024-cü il tarixində bankdan onunla əlaqə saxlanılaraq borc ilə bağlı məhkəməyə veriləcəyi bildirilmişdir. Ondan başqa razılaşmanı imzalayan digər şəxslər barəsində də məhkəmələrə iddia ərizəsi verilmişdir, lakin onunla bərabər digər şəxslərə də borcun yaranmasının əsasları təqdim olunmamışdır. Bank məhrum olduğunu sübut edə bilmir. Bu sübut onun kartına mədaxil edən xarici banka 12008,60 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarışdır. Bu sənədin adı "REFUND"-dır, yəni vəsaitin geri qaytarılması. Bank məhrum olmayıbsa, o da onun hesabına varlanmamışdır. Hesab edir ki, iddia ərizəsi tam əsassızdır. Belə ki, iddianın əsasını təşkil edəcək sübut, yəni «REFUND» (vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi ilkin iddia ərizəsinə uyğun izahat verərək və ilkin iddianı müdafiə edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, xarici ölkədən onun adına olan karta pul gəlmişdir. O da həmin pulu çıxardıb bacısının həyat yoldaşına vermişdir. Lakin həmin pulun kim tərəfindən göndərildiyini bilmir. Məhkəmə ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsinə dair ******************** saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC Cavabdehlə MC World kart növünə (MC World ATB Card Debit PayPass kartın tipi) dair müqavilə imzalamışlar. Kartın müddəti 3 il təşkil edir. xx.xx.2023-cü il tarixli Borcun hissə-hissə ödənilməsi barədə Razılaşmaya əsasən borclu Cavabdeh tərəflər arasında bağlanmış ******************** saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində İddiaçı ASC qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, borclunun bank qarşısında olan borcunun məbləği 12008,6 manat təşkil edir. Borclu borc məbləğini 24 ay müddətinə aylıq 500,36 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür. İddiaçı ASC–nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdehna məxsus debet karta xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün chargeback sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq banka 11103,7 manat həcmində ziyan dəymişdir. İddiaçı ASC–nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh banka gecikdirilmiş borca dair məlumatlandırılmış, əks halda müvafiq orqanlara müraciət edilməsi bildirilmişdir. 9/386 saylı xx.xx.2025-ci il tarixli Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə görə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə təqdim edilmiş bank hesabından çıxarış məlumatlarında göstərilən təyinatlara əsasən Cavabdeh hesabına (Kart hesabına) xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək “X4, X2 States” bank tərəfindən ümumilikdə 12000 manat məbləğində vəsait daxil olmuş, Bank tərəfindən Abdullayevanın kart hesabında xx.xx.2022-ci il tarixdə 12049,6 (9037,3+3012,4) məbləğində overdraft (borc) yaradılaraq “X4, X2 States” bankına geri qaytarılmış, Bank tərəfindən Cavabdeh kart hesabında yaradılmış 12049,6 manat məbləğində overdraft borcundan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 945,9 manat ödəniş edilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə Banka hazıra 11103,7 manat borcu qalmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə görə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə açılmış hesabdan (Kart Hesabından) pul vəsaitlərinin məxaric olunması həmin xx.xx.2021-ci il tarixli müqavilənin 2.3 və 2.7-ci bəndinə uyğun olmuşdur. Bildirilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh kart hesabına “X4, X2 States” bank tərəfindən mədaxil edilmiş (gələn vəsait) 12000 manat məbləğində (3000,00+9000.00) pul vəsaiti İddiaçı ASC tərəfindən Abdullayevanın kart hesabında xx.xx.2022-ci il tarixdə overdraft (borc) yaradılaraq 3012,4 manat və 9037,2 manat olmaqla, ümumilikdə 12049,6 manat vəsait “X4, X2 States” bankına geri qaytarılmışdır. Təqdim edilmiş sənədlərə əsasən qarşı tərəf Bankın bu əməliyyat üçün charge bank sorğusu yaratması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından hazırki iş üzrə Cavabdeh “X5” ASC-nin hesabına qanuni əsas olmadan əmlak əldə ediyi, əsassız varlandığı və iddiaçının bunun nəticəsində həmin əmlakdan məhrum olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdehdən əsassız varlanma nəticəsində yaranmış olan 11103,7 manat borc, 123,71 manat ödənilmiş dövlət rüsumunun əvəzi ilkin iddia üzrə iddiaçının xeyrinə və 200 manat ekspertiza xərcinin əvəzi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh bank tərəfindən polis orqanı və ya məhkəmə ilə təhdid olunması nəticəsində məcbur olub müqavilə bağlanmasını qeyd etmiş olsa da, həmin halı sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi o, iradəsini sərbəst olaraq ifadə etməklə bankla xx.xx.2023-cü il tarixli Borcun hissə-hissə ödənilməsi barədə müqavilə bağlamış və qeyd olunan məbləğin hissə-hissə ödənilməsi barədə bankla razılıq əldə etmişdir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində yaranmış olan 11103,7 manat borc və 123,71 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC -nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının 200 (iki yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əqdin etibarsızlığı” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar