Məhkəmə qərarları › İş №e-2(028)-194/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-194/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-194/2023 25.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 3438,12 manat borcun və 54.39 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı xx.xx.2022-ci il tarixli 09/6615 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4 SMART markalı **********684 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və bu aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 896,64 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 64 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 64 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 626,52 manat, xx.xx.2022-ci tarixli akta əsasən qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 293,76 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 43 gün, həmçinin,1kub qazın dəyəri 0,12 qəpik, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 43 gün, həmçinin, 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 470,52 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 42 gün, həmçinin, 1 m3 qazın dəyəri 0,12 qəpik, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 42 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanaraq 459,48 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 30 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanaraq 345,60 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 30 gün, həmçinin,1m3 qazın dəyəri 0,12 qəpik hesablanaraq 345,60 manat, cəmi: 3,438,12 (üç min dörd yüz otuz səkkiz manat 12 qəpik) manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi Azəriqaz İstehsalat Birliyinin məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2003-cü il tarixli 3N-li qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, onun tərəfindən qaz sayğacına bir dəfə müdaxilə edilmişdir. Bundan sonra o, iddiaçı təşkilata dəfələrə müraciət edib, lakin heç bir tədbir görülməmişdir.Qeyd olunanlara əsasən iddiasının qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı Sumqayıt X4 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 09/6615 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir.Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, 12.2021-ci il tarixə Cavabdeh qalıq və aktlar üzrə 896,64 manat borcu ,08.2022-ci il tarixə Cavabdeh qalıq və aktlar üzrə 2559,18 manat, cəmi 3455,82 manat borcu var. İddiaçı ASC-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə çəkilmiş sayğaca baxış keçirilərkən özbaşına qoşulmaqla qazdan qanunsuz olaraq talaması faktları aşkar olunmuş, yerindəcə aktlaşdırmaqla rəsmiləşdirilmişdir.Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar İddiaçı ASC-nin əməkdaşları tərəfindən müvafiq foto və video çəkişlərlə qeydə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 3438,12 (üç min dörd yüz otuz səkkiz manat 12 qəpik) borc və 54,39 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar