Məhkəmə qərarları › İş №e-2(028)-20/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-20/2023

19.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-20/2023 19.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 10574,2 manat pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğinin və 71,72 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh 05 avqust 2020-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır.xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10574,20 (on min beş yüz yetmiş dörd manat iyirmi qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur.Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 10574,20 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir.Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdı. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda”.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. O, işdən 2021-ci ilin mart ayından çıxmış və təhvil-təslim etmişdir.İşdən çıxandan sonra geri qaytarılmış mallar onun borcundan çıxılmamışdır.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış departamentinin satış üzrə nümayəndəsi olmuşdur. İş materiallarında olan satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatlarından görünür ki, əsas vəzifələr bölümünün 5-ci bəndinə əsasən satış nümayəndəsi Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır. Həmin bölümünün 14-ci bəndinə əsasən satış nümayəndəsi müştərilərdən (ticarət nöqtələrində) Avrora Şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini Şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır. İş materiallarında olan Avrora firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2021-ci il tarixli 038 saylı əmrə əsasən X2 tərtib etdiyi aktdan görünür ki, maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 34585,87 manat təşkil edir. İş materiallarında olan İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarından görünür ki,İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən işçi vurduğu ziyana görə cinayət, inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq vurulmuş ziyanın məbləğini ödəməyə borcludur. İş materiallarından olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki,İddiaçı MMC ilə Cavabdeh arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan və İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, şirkətə vurduğu maddi ziyanı qısa müddətdə ödəməsi zəruridir. Borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10574,2 (on min beş yüz yetmiş dörd,2) manat pul vəsaiti, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğ və 71,72 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar