Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-298/2022 24.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh 45,44 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulması haqqında qətnamə çıxarılmasına dair ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində qoyulmuş Cavabdeh qeydiyyat ünvanı istər vətəndaşın şəxsiyyət vəsiqəsi, istərsə də DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 45, mənzil 17 kimi (şəxsiyyət vəsiqəsi: AZE********) qeyd edilmişdir.İddiaçı tərəf Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bildirir ki, iddiaçı “X2 Azərbaycan” QSC eyni iddia tələbi ilə eyni cavabdehə qarşı məhkəməyə əvvəllər də müraciət etmiş və 2(028)-248/2022 saylı 28.04.2022-ci il tarixli Qubadlı Rayon Məhkəməsinin qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.Buna baxmayaraq iddiaçı tərəf nöqsanı aradan qaldırmayaraq yenidən məhkəmə aidiyyəti qaydasını pozaraq Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-298/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-298/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver