Məhkəmə qərarları › İş №e-2(028)-491/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-491/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-491/2023 25.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi üzrə 53669,43 manat məbləğində əsas borc, 123,14 manat məbləğində faiz borcu, ümumilikdə 53792,57 manat borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 45 manat və 251,38 manat dövlət rüsumu Cavabdehdan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki mülki işin baxılması 25 sentyabr 2023-cü il tarixə, saat 10:40-a təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, hazırda bank və cavabdeh arasında ödənişlə bağlı razılıq əldə olunmuşdur. Odur ki, hazırki 2(028)-491/23 saylı mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, iddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehin məhkəmə iclasına gəlməməsini, onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərəkbelə qənaətə gəlir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanırsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbi barədə ərizəsi baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 251,38 (iki yüz əlli bir, 38) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı Rayon Maliyyə Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" ASC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 251,38 (iki yüz əlli bir, 38) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar