Məhkəmə qərarları › İş №e-2(028)-580/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-580/2025

30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-580/2025 30.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti, Cavabdeh2 qarşı qərarın, orderin, qeydiyyat vəsiqəsinin və alqı-satqı müqavilıəsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X3 verilmiş xx.xx.1986-cı il tarixli 16 nömrəli protokolun, X3 verilmiş xx.xx.1997-ci il tarixli 23266 nömrəli qeydiyyat vəsiqəsinin, X4 və Cavabdeh2 aralarında xx.xx.2024-cü il tarixdə, 4Ə-3341 reyestr nömrə ilə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini və İddiaçı ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil üzərində mülkiyyət hüququnun tanınmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia tələbinin məzmunundan bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir icraatda birləşdirilərək məhkəmə müraciət edildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsasla iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti, Cavabdeh2 qarşı qərarın, orderin, qeydiyyat vəsiqəsinin və alqı-satqı müqavilıəsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********32 saylı qəbzə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı qaytarılsın. Qərardadın rüsum hissədə icrası X2 İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar