Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-1064/2025 26.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4 İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata götürülməmişdən əvvəl İddiaçı MMC-nin nümayənədəsi həmin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, mədaxil qəbz nömrəsi ********** olan, xx.xx.2025-ci il tarixli qəbz üzrə 31.00 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş, mədaxil qəbz nömrəsi ********** olan, xx.xx.2025-ci il tarixli qəbz üzrə 31.00 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın (Bankın adı:“AZƏRPOÇT MMC PF 1”, bankın kodu: “6910111”, bankın VÖEN-i: “**********”, müxbir hesab: AZ76NABZ********************, SWİFT: "xxxx", Benefisiarın adı: X1 Cəmiyyəti, Benefisiarın İBAN-ı: AZ84AZPO********************, Benefisiarın VÖEN-i: **********). Dövlət rüsumunun qaytarılmasına dair hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-1064/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-1064/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver