Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-143/2025 01.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Üçüncü şəxslər X8 və X11 İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X12 və X16 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X12 və X16 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair İddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədən bütün miras əmlaka dair deyil, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 161 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın yarı hissəsinə (1/2 hissəsinə) dair İddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin Qusar rayon Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, Qusar rayon dövlət notariat ofisində 18 yanvar 2007-ci il tarixdə 2V-1-09 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə, üçüncü şəxs X8 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X9 mülkiyyətindədir. X19 ilə X5 17 avqust 1951-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikahından 20 yanvar 1952-ci ildə X20, 05 fevral 1957-ci ildə X21, xx xxx 1959-cu ildə İddiaçı və 21 fevral 1966-cı ildə X23 anadan olmuşdur. Qusar rayon məhkəməsinin 25 may 2006-cı il tarixli qətnaməsi ilə X19 ilə X5 arasındakı nikah pozulmuş, nikahın pozulması 28 may 2008-ci ildə Qusar rayon Qeydiyyat şöbəsində 43 nömrə ilə qeydə alınmışdır. X20 27 iyun 1999-cu ildə, X19 10 iyul 2008-ci ildə, X5 isə 16 sentyabr 2008-ci ildə vəfat etmişlər. Qusar rayon Notariat ofisinin 27 dekabr 2019-cu il tarixli X-1259 nömrəli məktubundan görünür ki, X23 və İddiaçı X19 ilə X3 vərəsələri sırasına daxildir. X11 ərizəsindən görünür ki, o, mirası nə faktiki, nə də ərizə yazmaqla qəbul etməmiş, mirasın qəbulu müddətini ötürmüşdür. X5 10 mart 2000-ci ildə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Miras əmlak bütünlüklə İddiaçı tərəfindən qəbul edilmiş və o, mirasın qəbulu müddətini ötürməmişdir. Qusar rayon Notariat Ofisinin 11 avqust 2023-cü il tarixli 939 nömrəli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olması əsası ilə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmin dövrdə Konstitusiya Məhkəməsində vərəsəliklə bağlı məsələyə baxıldığı üçün iddia qaldırılmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Şəxsi işlərilə əlaqədar olaraq məhkəmə iclaslarında iştrak edə bilmir. Odur ki,iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X23 iddianı qəbul etmiş və bildirmişdir ki, o, miras əmlakdan pay istəmir. Miras əmlakın bacısı və qardaşı arasında bölünməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X21 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0727 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201.9 kv.metr sahəsi olan fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 990087 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan 10 mart 2000-ci il tarixli vəsiyyərtnamədən görünür ki, X2 şəhəri M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X19 ilə X7 xx.xx.1951-ci ildə nikah bağlamışlar. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X19 xx.xx.2008-ci ildə ölmüşdür. İşdə olan 18 yanvar 2007-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 şəhəri M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən ümumi torpaq sahəsi 800 kv.m olan 2 mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evini, ev əşyalarını və həyətyanı torpaq sahəsini nəvəsi X13 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166.Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167.Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X9 mülkiyyətindədir. X19 ilə X5 17 avqust 1951-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikahından 20 yanvar 1952-ci ildə X20, 05 fevral 1957-ci ildə X21, xx xxx 1959-cu ildə İddiaçı və 21 fevral 1966-cı ildə X23 anadan olmuşdur. Qusar rayon məhkəməsinin 25 may 2006-cı il tarixli qətnaməsi ilə X19 ilə X5 arasındakı nikah pozulmuş, nikahın pozulması 28 may 2008-ci ildə Qusar rayaon Qeydiyyat şöbəsində 43 nömrə ilə qeydə alınmışdır. X20 27 iyun 1999-cu ildə, X19 10 iyul 2008-ci ildə, X5 isə 16 sentyabr 2008-ci ildə vəfat etmişlər. xx.xx.2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhum X19 həmin vəsiyyətnamə ilə Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən ümumi torpaq sahəsi 800 kv.m. olan 2 mərtəbəli 4 otaqlı evini, ev əşyalarını, həyətyanı torpaq sahəsi ilə birlikdə nəvəsi xx.xx.1994-cü il təvəllüdlü X13 vəsiyyət etmiş, qalan vərəsələrini miras əmlak payından məhrum etmişdir. X110 mart 2000-ci ildə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində xahiş etdiyi kimi, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbində qeyd edilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə təmin edilməsinə belə qiymət verir ki, X23 iddianı qəbul etmiş, miras əmlakdan pay istəməmiş, miras əmlakın bacısı və qardaşı arasında bölünməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, mübahisə olunan miras əmlak həm X8 oğlunun adına, həm də İddiaçı vəsiyyət edilmiş, həmin vəsiyyətnamələr qüvvədədir. Belə olan halda mübahisə olunan mirak əmlaka, həm X8, həm də İddiaçı məcburi payları mövcuddur. İddia qismən təmin edilməli, cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə, üçüncü şəxs X8 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla qismən sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə, üçüncü şəxs X8 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-143/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-143/2025
01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver