Məhkəmə qərarları › İş №e-2(029)-195/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-195/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-195/2023 16.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktın etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktın etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdeh Qusar rayon sakini Cavabdeh adına verilmiş JN-218 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. 06 oktyabr 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. İddiaçı tələbini “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktın etibarsız hesab olunmasına əsaslanmışdır. Göründüyü kimi yuxarıda göstərilən meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. İş materiallarından görünür ki, mübahisə olunan akt Qusar rayon məhkəməsinin 29 mart 2006-cı il tarixli qətnaməsi ilə verilmişdir. Həmin akt inzibati orqan tərəfindən verilmişdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktın etibarsız hesab olunması” tələbi məhkəmə qaydasında baxılmalı olmayan tələb olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh adına verilmiş JN-218 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktın etibarsız hesab olunması” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh adına verilmiş JN-218 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar