Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-218/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X18, X16, X27, X28, X19, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “çıxarış, qanun üzrə vərəsəlik şəhadətnamələri və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X18, X16, X27, X28, X19, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “çıxarış, qanun üzrə vərəsəlik şəhadətnamələri və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, X8, X21, X14, X22 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; həmin Çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin; həmin şəhadətnamələr əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; həmin Çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 3353 reyestr nömrəli alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında X15 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 5.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun ailə üzvlərinə məxsus olmuşdur.Həmin torpaq sahəsi KOD:30124018, JN:290 saylı 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə həmin şəxslərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsinin 1.20 hektar hissəsi Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 25 avgust 2006-cı il tarixli,4Ə-6-1020 nömrəli reyestirdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən ona satılmışdır. Hal-hazırda həmin müqavilə qüvvədədir və qeyd edilən torpaq sahəsi alındığı vaxtdan onun istifadəsindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, X9 vəfat etdikdən sonra, oğlu Cavabdeh2 və qardaşı oğlu Cavabdeh1 atalarının ona satdığı həmin torpaq sahəsinə dair özünün və ailə üzvlərinin adına **********04 reyestr nömrəli xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki,qeyd olunan torpaq sahəsinə "Torpağa mülkiyyət hüququna dair dövlət aktına” əsasən Cavabdeh2 və onun ailə üzvlərinin adına xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli,**********04 reyestr nömrəli çıxarış verilmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, qeyd olunan torpaq sahəsinə Cavabdeh2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın ləğv edilməsini və xx.xx.2006-cı il tarixli, 4-Ə-1020 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 1.20 ha torpaq sahəsini dövlət reyestrindən onun adına qeydiyyata alaraq çıxarışın verilməsini xahiş etmişdir. Müraciətinə DƏDRX-i xx.xx.2021-ci il tarixli,**********26 nömrəli məktubla cavab verərək bildirmişdir ki, ünvan 1ində yerləşən 1.20 ha torpaq sahəsinə Cavabdeh2 və ailə üzvlərinin adına xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” verilmiş və bu çıxarış yalnız məhkəmə qərarı ilə ləğv edildikdən sonra xx.xx.2006-cı il tarixli,4-Ə-1020 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə onun adına çıxarışın verilməsi mümkündür. Bundan sonra o, həmin çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 iyun 2022-ci il tarixli 2-1(118)-1382/2022 saylı qərarı ilə iddiası təmin edilərək xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin həmin qərarından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmişdir. Məlum olmuşdur ki, ona satılan torpaq sahəsinin mülkiyyətçilərindən olan X9 və X23 vəfat etdiyinə görə torpaq sahəsinin onlara məxsus hissələrinə vərəsəlik müəyyən olunmuş və yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında ona satılan torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə X8, 1/8 hissəsinə X21, 1/8 hissəsinə X14, 1/8 hissəsinə X22 və 3/8 hissəsinə Cavabdeh1 adlarına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(118)-1382/2022 nömrəli qərarı ləğv edilməklə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ilkin qeydiyyatın qanuniliyini ümumiyyətlə mübahisələndirməmiş, xx.xx.2019-cu il tarixdə aparılmış qeydin ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməmiş və iddiasında da həmin qeydin ləğvini xahiş etməmişdir. Bu səbəbdən kollegiya iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım etməyi məqsədəuyğun hesab etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasına baxılmalı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, iddiaçıya reyestrdəki xx.xx.2019-cu il tarixli qeydiyyatın aparılmasına əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvinə dair mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməli, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir.Bundan sonra onun tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunaraq “**********04 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi xahiş olunmuş, lakin həmin müraciətinə müsbət cavab verilmədiyinə görə həmin qeydin ləğv edilməsi öhdəliyinin həmin idarənin üzərinə qoyulması” barədə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2429/2023 saylı xx.xx.2023-cü il qərardadı ilə onun həmin iddiası da mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsi öz qərardadında aşağıdakıları qeyd etmişdir: Məhkəmə qeyd edir ki, iddiaçının 2005-ci ildə qanuni əsaslarla aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ yaransada, həmin hüququ dövlət qeydiyyatına aldırmamış, torpaq sahəsini aldığı adamın ailə üzvlərinin hərəkətləri nəticəsində hazırkı vəziyyət yaranmışdır. Göründüyü kimi hazırkı mübahisəli vəziyyət cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində deyil, iddiaçının yaranmış mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamaqla etdiyi səhlənkarlıq və üçüncü şəxslərin öz hüquqlarından sui istifadə etməsi nəticəsində yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının vəkilinin hazırda tutduğu hüquq müdafiə vasitəsi ilə iddiaçının istədiyi nəticəyə çatması üçün iddiaları uğurlu olsa belə, beş dəfə ayrı-ayrı iddialar qaldırmalıdırlar. Belə ki, iddiaçının məqsədi aldığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Bunun üçün isə həmin torpaq sahəsinə dair üç dəfə dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Bir dəfə vərəsəliklə bağlı hərəkətlər, bir dəfə isə alqı-satqı ilə bağlı hərəkətlər mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməklə, üç dəfə isə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməklə, iddialarının uğurlu olacağı halda iddiaçı istədiyi hüquqi nəticəyə çatmaq imkanı əldə etmiş olacaqdır. Halbuki, bu mübahisə bir iddia çərçivəsində mülki məhkəmə icraatı qaydasında həllini tapmalıdır. Belə ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar vərəsəlik və alqı-satqı ilə bağlı hərəkətlərlə yanaşı, həmin torpaq sahəsi ilə bağlı dövlət reyestrində aparılmış qeydlərin ləğvi də mülki məhkəmə icraatı qaydasında baxılacaq işdə tələb edilə bilər. Buna həm qüvvədə olan qanunvericilik, həm Konstitusiya Məhkəməsinin müvafiq qərarları, həm də Ali Məhkəmənin müvafiq plenum qərarı imkan verir. Beləki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyat və verilmiş müvafiq çıxarış, çıxarışın verilməsinə əsas olmuş müvafiq müqavilə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Konstitusiya məhkəməsinin mövqeyinə əsasən bu cür qeydiyyatların ləğvi zamanı məhkəmə aidiyyətinin müəyyən olunmasında əsas götürüləcək meyar iddia tələbinin hüquqi təbiətidir. Hazırda iddiaçının hüquqi marağı alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Buna maneə yaradan səbəblərin əmələ gəlməsi isə iddiaçının torpaq sahəsi aldığı şəxsin qohumlarının hərəkətləridir ki, bu da mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər, həmin şəxslərin iddiaçıya satıldığı halda torpaq sahəsinin yenidən qeydiyyata alınması ilə bağlı hərkətlərinin qanunsuz hesab edilməsi və bunun əsasında aparılmış qeydiyyatın ləğvi tələb edilə bilər, həmin iddiada eyni zamanda üçüncü şəxslərin vərəsəliklə bağlı hüquqları və təkrar qeydiyyat, eyni zamanda sonuncu mülkiyyətçinin alqı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyatın ləğvi tələb edilə bilər. Bu halda bir məhkəmə icraatı çərçivəsində mübahisə həllini tapmış olacaqdır. Bu mübahisənin bir mülki məhkəmə icraatı çərçivəsində həllini tapması isə hazırkı yaranmış vəziyyətin əsasını inzibati orqanın qanunsuz hərəkətləri yox, mülki hüquq münasibətləri təşkil etməsidir. Bununla da, Sumqayıt İnzibati Məhkəməsi hesab etmişdir ki, yaranmış vəziyyətin əsasını inzibati orqanın qanunsuz hərəkətləri yox, mülki hüquq münasibətləri təşkil etdiyi üçün, yaranmış mübahisənin bir mülki məhkəmə icraatı çərçivəsində həllini tapması yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarınada uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, yaranmış mübahisənin bir mülki məhkəmə icraatı çərçivəsində həllini tapması hüquqi müəyyənlik prinsipinə və eyni zamanda prosessual qənaət prinsipinədə uyğundur. Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadından onun tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-874/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2429/2023 saylı xx.xx.2023-cü il qərardadı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, o, özünün qanuni əsaslarla satın aldığı torpaq sahəsinə dair pozulmuş hüquqlarının bərpa olunması üçün Qusar rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Onun hazırkı iddia tələbinin hüquqi əsaslandırması ondan ibarətdir ki, məhz Cavabdeh2, Cavabdeh1 və digər cavabdehlər əvvəlcə qeydiyyat orqanına səhv və yalan məlumat verərək ona satılmış torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişlər, çıxarışda hüquq sahibləri kimi mərhum X10, X23 və ailə üzvləri göstərilmişdir. Məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qanunsuz hərəkətləri nəticəsində onun satın aldığı torpaq sahəsinə dair əmlak hüququ pozulmuşdur. Çünki, torpaq sahəsi ona satıldıqdan sonra əvvəlki mülkiyyətçilərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına artıq xitam verilmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz olduğundan və onun həmin Çıxarışda olan torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmalı olan mülkiyyət hüququnu pozduğundan etibarsız hesab edilməlidir. Həmçinin, hesab edir ki, həmin Çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin şəhadətnamələrin verildiyi torpaq sahəsi həmin şəhadətnamələr üzrə miras qoyanlar tərəfindən vəfat etməmişdən uzun müddət əvvəl ona satılmış və torpaq sahəsi satıldığı vaxtdan həmin şəxslərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilmişdir. Ona görə də, həmin torpaq sahəsi həmin şəxslərin miras kütləsinə daxil edilə bilməzdi. Göründüyü kimi, Qusar rayon notariat ofisinin verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V- 440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri də mülki və torpaq qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuz və əsassızdır, həmçinin onun qanunla qorunan mənafeyi pozulmaqla verilmişdir. Bu səbəbdən də, hesab edir ki, həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Bundan başqa, hesab edir ki, Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanunsuz və əsassızdır, həmin Çıxarışın verildiyi torpaq sahəsinə həmin şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi, çünki yuxarıda qeyd etdiyi kimi həmin şəxslərin mülkiyyət hüquqlarına torpaq sahəsi ona satıldığı vaxtdan xitam verilmişdir. Bu səbəbdən də, həmin Çıxarış da etibarsız hesab edilməlidir. Bundan başqa, işə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ona satılmış 1.20 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-3353 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X19 satılmış, daha sonra isə sonuncunun adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsini o, 1.20 hektar torpaq sahəsinə dair adına müvafiq Çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdən, daha sonra isə həmin idarəyə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra həyata keçirilmişdir.Yəni, alqı-satqı əməliyyatı üçün tələb olunan Forma-1 arayışı verilərkən arayışı verən hüquqların dövlət qeydiyyatı orqanının 1.20 hektar torpaq sahəsinə dair onunla mərhum Cəmaləddin Umarovun arasında alqı-satqı müqaviləsinin bağlandığı barədə məlumatı olmuşdur. Başqa sözlə, onun torpaq sahəsinə dair qanunsuz verilmiş çıxarışlarla bağlı etirazı və tələbi qeydiyyat orqanına təqdim edilmişdi. Odur ki, hesab edir ki, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-3353 reyestr nömrəli alqı-satqı müqaviləsi də mülki və torpaq məcəlləsinin tələbləri pozulmaqla bağlanmış, torpaq sahəsinə dair sərəncam verən şəxslərin həmin torpaq sahəsinə sərəncam hüquqları olmamışdır. Ona görə də, hesab edir ki, həmin alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X15 adına verilmiş xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində göstərir ki, JN290 KOD 30124018 saylı 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarla 5.80 ha torpaq sahəsi X4 və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş və mülkiyyətlərindədir. Eyni zamanda alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, 16 iyun 1998-ci il tarixli torpaq sahəsinin alqı-satqısıdır. İddiaçının mübahisələndirdiyi 1.20 ha torpaq sahəsi 5.80 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı mübahisəli torpaq sahəsinin alqı-satqısını xatırlamadığı kimi onun yerləşdiyi yeri və koordinatlarını göstərə bilməmişdir. Bununla da öz iddiasını sübut edə bilməmişdir. İddiaçının ancaq alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim etməsi, qalan sənədlərin ancaq surətlərinin məhkəməyə təqdim etməsi onun başqa bir əqdi pərdələmək kimi başa düşülür. Belə bir alqı-satqı müqaviləsi əsl həqiqətdə olmamış, ailə üzvlərinin xəbəri olmamışdır. Bundan əlavə iddiaçı xx.xx.2021-ci il tarixində DƏDRX-nə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə **********26 saylı cavab məktubunu almış və məktubun məzmununu dəyişərək məhz “Məhkəmə qərarı ilə çıxarış ləğv edildikdən sonra, çıxarışın verilməsi mümkündür” cümləsi əlavə edilmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə birinci dəfə 2-1(118)-1382/2022 saylı xx.xx.2022-ci il və 2- 1(118)-2429/2023 saylı xx.xx.2023-cü il tarixli müraciətlərində də, DƏDRX-dən alınan bu arayışın surətindən istifadə etmiş, və bugünkü iddia ərizəsinə adı gedən arayışın surətini təqdim etmişdir. Notariat işində olan imzalar zahirən həqiqi imzalardan aşırımlı dərəcədə fərqləndiyi səbəbindən xətşünaslıq ekspertizasının keçirilməsi saxtakarlığın və DƏDRX-nın imtina məktubunun məzmununda bilərəkdən və məqsədyönlü hərəkət və hərəkətsizliyə hüquqi qiymət verilməsi üçün prokurorluğa məlumat verilməlidir. Göründüyü kimi iddiaçının əlində olan alqı-satqı müqaviləsi 2006-cı ildən saxta olduğundan rəsmiləşdirilmədiyindən və başqalarına aid olan torpaq sahəsinə iddia etməsi absurtdur. Yuxarıda göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 26 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iddia ərizəsi ilə əlaqədar məhkəmə hazırlıq iclaslarında bütün halları araşdırıb qiymət verilmiş, təqdim olunmuş sübutların mötəbərliyi ilə əlaqədar, iki dəfə Sumqayıt İnzibati məhkəməsində işə baxılıb, birinci dəfə uğurlu olub, sonra vərəsəlik haqqında şəhadətnamələrin ləğvinə birbaşa rayon məhkəmələrində baxıldığına görə ləğv olunub. Bununla bağlı rəsmi sənədlər, qətnamələr, qərarlar məhkəməyə təqdim olunub. Onun tərəfindən rəsmi qaydada notariusda təsdiq olunmuş alqı-satqı müqaviləsi mübahisələndirilməyib. 2021-ci ildə məhkəmələrdə baxılıb, həmin alqı-satqı müqaviləsindən qarşı tərəfin xəbəri olmuş, heç bir tələbi və iddiası olmamışdır. 2019-cu ildə artıq tərəflər arasında torpaq sahəsinə görə narazılıqlar yaranmışdır, iddiaçı zənn etmişdir ki, alqı-satqı müqaviləsi varsa torpaq onundur, 2019-cu ildə iddiaçıya məlum olub ki, qarşı tərəf çıxarış çıxardıb. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 26 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə dediklərini təsdiq etmiş və bildirmişdir ki, o, həmin torpaq sahəsini 2006-cı ildə X3 alqı-satqı yolu ilə almışdır. Həmin torpağı o vaxtın pul ilə, yəni səkkiz paçka şirvana almışdır. Birinci həmin torpaq sahəsindən ot çalmış, sonra buğda, arpa əkmiş, orada ona məxsus 60 sot torpaq da olub, əkindən qazanc götürürdü. Çıxarış çıxartmalı olduğunu bilmirdi, sonradan bələdiyyədən ona torpaq sahəsinə çıxarış çıxartmalı olduğu bildirilmiş, o, elə bilmişdir ki notariusun təsdiq etdiyi yer onundur. 2019-cu ildə o, çıxarış çıxartmağa gedəndə həmin torpaq sahəsinin başqa şəxsin adında olduğunu demişlər. O, birinci qarşı tərəfin evinə getmiş və onlara “Sizin adınıza çıxarış var, sizin zəhmət haqqı nədisə, çıxarışın alınması ilə əlaqədar nə xərc çəkmisizsə mən ödəyim, gedək torpağı mənim adıma keçirdək” demişdir. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 26 aprel 2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər X14, X8, X21, X22 etibarnamə üzrə nümayəndəsi həmçinin iş üzrə Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsi onlara məxsusdur, onlar həmin torpağı satmamışlar, onun bu işdən xəbəri yoxdur. O, torpağı Sərxana satmışdır. Həmin torpaq sahəsindən əvvəllər dayıları istifadə edib, sonradan o, istifadə etmişdir. Mübahisəli torpaq sahəsi Marmalatın torpağına qonşudur. Həmin torpağa dair sənəd onda olub, o, bu haqda icra nümayəndəsinə və bələdiyyəyə də demişdir. Torpağı babası satdığını o bilmir. Marmalatın əlinə sənəd necə düşübsə onun xəbəri yoxdur, Camaləddin babasıdır, torpağı necə satıbsa bilmir. O, bu haqda heç nə bilmir, əgər bilsəydi həmin torpağı Sərxana satmazdı. Babasının həmin torpağı satmasından xəbəri olmayıb, 2006-cı ildə onun 14 yaşı var idi, onu notariusa aparmayıblar, o, heç bir yerə imza etməmişdir. O, torpağı Sərxana satmış, torpağı satanda məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 26 aprel 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X26 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, həmin torpaq sahəsini Cavabdeh1 10000 manata almışdır. Niyaməddin ona həmin torpağı yerində göstərmiş, onun Marmalat ilə mübahisə olduğunu bilmirdi, torpağı alandan sonra mübahisə olduğunu bilmişdir. Əvvəldən onların aralarında torpaq mübahisə olduğunu bilsəydi həmin torpağı o almazdı. Torpaq sahəsinə dair çıxarış var idi, çıxarışda olan şəxslərin Niyaməddinə etibarnamələr də var idi, alqı-satqını Qusar şəhərində etmişlər, alqı-satqıda etibarnamə ilə Niyaməddin iştirak edib. Sonra o, reyestrdən öz adına çıxarış almış, çıxarış alanda həmin torpaq sahəsinin üzərinə həbs qoyulmamış, hər hansı bir məhdudiyyət olmamışdır. Torpağa dair mübahisə olduğunu bilsəydi o, həmin torpağı almazdı. O, torpağı almamışdan əvvəl Marmalatı tanımırdı. O, torpağı alanda məhkəmə söhbəti heç yox idi. Niyaməddin ona torpağa dair çıxarış göstərmiş, onlar notariusa gedib alqı-satqı etmişlər. Torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğunu bilmirdi. O, torpağı almamışdan əvvəl Marmalat ilə görüşməmişdir. O, torpağa baxmağa gedəndə sahə boş idi. Həmin torpağı o almış, həmin torpaq sahəsi ona məxsusdur. İddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X18, X16, X27, X28, X19, AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofislərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan JN:290 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə X4, X6, Cavabdeh2, X29, X32, X11, Cavabdeh1 və X22 adların ünvan 1 ərazisindən 5.80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 25 avqust 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X1 rayon torpaq şöbəsindən verilmiş JN:290 KOD 30124018 saylı 16 iyun 1998-ci il tarixli Dövlət aktına əsasən ona məxsus olan ünvan 1 ərazisində yerləşən 1.20 ha torpaq sahəsini İddiaçı 1600 (min altı yüz) manata satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 1.20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1, X5, X12, Cavabdeh2,X17,X27,X18 və X28 payları ümumi birgə olmaqla məxsusdur. İşdə olan 20 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X7 vərəsəsi Cavabdeh1 xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.20 ha olan torpaq sahəsindən X12 məxsus olan 1/1 hissədə pay almışdır. İşdə olan 20 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh1 xx.xx.2019-cu il tarixdə X5 verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.20 ha olan torpaq sahəsindən X5 məxsus olan 1/1 hissədə pay almışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 1.20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X17, 1/8 hissədə X27, 1/8 hissədə X18, 1/8 hissədə X28 və 3/8 hissədə Cavabdeh1 məxsusdur. İşdə olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, X31, X35, X30, X36 və Cavabdeh1 ünvan 2i ünvanında yerləşən 1.20 ha torpaq sahəsini X20 5200 (beş min iki yüz) manat satmışlar. İşdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 1.20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X20 məxsusdur. İşdə olan AZ-İ 990038 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2006-cı il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan AZ-İ 216469 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan AZ-İ 571023 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunda göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2, X8, X21, X14, X22 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; həmin Çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin; həmin şəhadətnamələr əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində hesab edir ki, Cavabdeh1 İddiaçı ilə onun babası X9 arasında olan alqı-satqı müqaviləsindən xəbərdar olmamışdır. Cavabdeh1 izahatında bildirmişdir ki, həmin alqı satqıdan məlumatı olmamışdır. Həmin alqı satqı müqaviləsinin tarixinə və Cavabdeh1 yaşına nəzərdə saldıqda məhkəmə Cavabdeh1 izahatını inandırıcı hesab edir. Cavadeh qanunvericiliyin tələbinə uyğun olaraq vərəsəlik şəhadətamələri əsasında həmin torpaq sahəsinə çıxarış çıxartmışdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatda da bildirdiyi kimi Cavabdeh1 mübahisəli torpağın babası X9 tərəfindən İddiaçı satıldığından xəbərdar olmamışdır. Bu halda Cavabdeh1 qanunvericiliyin heç bir tələbini pozmamış, əksinə qanunvericiliyin tələblərinə uyğun olaraq öz adına çıxarış çıxartmışdır. Həmçinin, Cavabdeh2 bildirmişdir ki, həmin torpaq sahəsindən əvvəllər dayıları, sonra özü istifadə etmişdir. Belə olan halda da Cavabdeh2 həmin torpaq sahəsinin satılmasına razı olmasına dair sonradan da hərəkətlər də etməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş Qusar rayon, X2 Marmalat Hacıkərim qızı 25 avqust 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasında 1.20 ha torpaq sahəsini hal-hazıra kimi İddiaçı tərəfindən ödənilməsinə dair arayışına belə qiymət verir ki, həmin arayışda qeyd olunur ki, vergilər ödənilir, torpaqdan istifadə olunması qeyd edilmir, torpaqdan istifadə qeyd edilməsi göstərilmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 həmin torpaq sahəsinin satılmasından məlumatlı olmamışdır. Həmin torpaq sahəsindən əvvəllər dayıları, sonra özü istifadə etmiş, belə olan halda da Cavabdeh2 həmin torpaq sahəsinin satılmasına razı olmasına dair sonradan da hərəkətlər də etməmişdir. Məhkəmə iddia tələbinin 07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 3353 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X15 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi hissəsində hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, öz adına çıxarış çıxartmış və həmin çıxarış əsasında mübahisəli torpağı X19 satmışdır. Öz növbəsində X26 vicdanlı alıcı olmuş, X3 mübahisəli torpaq sahəsini aldığı zaman həmin torpaq sahəsinin mübahisəli olduğunu bilməmiş, həmin torpaq sahəsindən istifadə etmiş və alqı-satqı nəticəsində öz adına çıxarış çıxartmışdır. X26 aldığı torpaq sahəsinə görə pul da ödəmişdir. Əgər, X26 torpaq sahəsinin mübahisə olunduğunu bilsə idi məhkəmə onu vicdanlı alıcı kimi qəbul etməzdi, hazır kı halda isə X26 vicdanlılığın əksini təsdiq edən hər hansı hal aşkar olunmamışdır. Şəxs torpaq almaq üçün əraziyə getmiş, aldıqdan sonra əkin işləri həyata keçirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh X26 mübahisəli torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair sərəncam verən şəxslərin, həmin vaxt bu hüquqa malik olduğundan çıxarış ləğv edilmədiyindən, əmlakı əldə edən cavabdeh X15 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığından, sonuncu vicdanlı alıcı kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X18, X16, X27, X28, X19, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “çıxarış, qanun üzrə vərəsəlik şəhadətnamələri və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X18, X16, X27, X28, X19, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “çıxarış, qanun üzrə vərəsəlik şəhadətnamələri və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV