Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-235/2024 11.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçıMMC-nin Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçıMMC-nin Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Üzdənoba kəndində yerləşən 68.4544 ha, **********91 reyestr nömrəli torpaq sahəsinin zəbt olunmuş 2.32 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, o cümlədən həmin torpaq sahəsinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclaslarının keçirilməsi xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə təyin edilsə də, iddiaçı məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Agrarco”MMC-nin etibarnamə üzrə nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən – iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki,Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin qərarın 9.2-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizəilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçıMMC-nin Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra Agrarco”MMC-yə geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçıMMC-yə elektron qaydada məlumat verilməsinə, həmçinin nümayəndəyə SMS bildiriş göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən və işə əvvəlcədən onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmədiyindən, həmçinin Cavabdeh çağırış vərəqəsinin verilməsinə baxmayaraq cavabdehin, məhkəmə iclasına gəlmədiyindən və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb xahiş etmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçıMMC-nin Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçıMMC-nin Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra Agrarco”MMC-yə geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-235/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-235/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver