Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-235/2025 06.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi avtoqəza nəticəsində 10 gün işləmədiyinə görə qazana biləcəyi 500 manat maddi zərərin, avtomaşın təmirdə olduğuna görə bir ay ərzində iş yerinə taksi ilə gedib gəlməyə görə 300 manat pulun, müalicələrə xərclənmiş 500 manat pulun və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və hazırki iddia ərizəsinə görə tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu pulunun, habelə hüquqi yardıma görə ödənilmiş 320 manat pulun, cəmi 3712 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciə edərək, Cavabdeh xx.xx.2024-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın qalıq hissəsi olan 3089 manat pulun və digər məsrəflərə görə 322 manat pulun, cəmi 3411 manat pulun və habelə ödənilmiş 55 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 29 iyul 2024-cü il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi oğluna məxsus “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərinin M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olduğu zaman “Toyota Prado” markalı avtomaşın stop işarəsini gözləmədən idarə etdiyi maşını vurmuşdur. Hadisə anidən baş verdikdən sonra özünə gəldikdə görmüşdür ki, bir neçə vətəndaş ona köməklik edir, idarə etdiyi maşının mühərrikindən ağ tüstü çıxır. Vətəndaşların köməyi ilə maşından çıxarılmış və hadisə yerinə polislər gəlmişlər. Oradan onu xəstəxanaya aparmışlar. Faktla əlaqədar Quba RPŞ-nin TB-nin təhqiqat bölməsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Heydər Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində stop işarəsini gözləmədən idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Nəticədə baş beyin silkələnməsi ilə müşaiyyət olunan başın sol alın nahiyəsində yumşaq toxumanın əziyi və qançırı, sol bazunun aşağı 1/3-nin qançırı, sol saidin yuxarı 1/3-nin bayır səthində sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞ-nin TB-nin təhqiqatçısı Pənah İbrahimovun xx.xx.2024-cü il tarixli qərarında da göstərildiyi kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətləri almış və idarə etdiyi “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına 7535 manat ziyan dəymişdir. Aldığı xəsarətlərdən müalicələr almışdır və 10 gün işləyə bilməmişdir. Özü reklam çapları ilə məşğul olur, gündəlik qazancı 40-50 manat olur. 10 gün işləmədiyinə görə 500 manat maddi ziyana düşmüşdür. Avtomaşın təmirdə olduğuna görə bir ay ərzində iş yerinə taksi ilə gedib gəlməyə məcbur olmuşdur və taksiyə gündəlik 10 manat pul vermişdir. Nəticədə 300 manat izafi xərcə düşmüşdür. Yolnəqliyyat hadisəsi nəticəsində mənəvi sarstıntı və iztirablar keçirmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxtdan xeyli keçsə də, hələ də özünü tam sağlam hiss etmir. Müalicələrinə, iynə dərmanlarıma 500 manatdan artıq pul xərclənilib. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Dəymiş mənəvi ziyanı 2000 manat dəyərləndirir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 özünün iddiasınıonulaəsaslandırmışdır ki,nəqliyyat vasitəsinin AD № 789668 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyətində 2015-ci il istehsalı “ChevroletCruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Həmin avtomaşını etibarnamə ilə idarə etmək üçün atası İddiaçı Məhəmməd oğluna vermişdir.Atası 29 iyul 2024-cü il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi ona məxsus “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərinin M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olduğu zaman “Toyota Prado” markalı avtomaşın stop işarəsini gözləmədən idarə etdiyi maşını vurmuşdur. Faktla əlaqədar Quba RPŞ-nin TB-nin təhqiqat bölməsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Heydər Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində stop işarəsini gözləmədən atasının idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qııba RPŞ-nin TB- nin təhqiqatçısı Pənah İbrahimovunxx.xx.2024-cü il tarixli qərarında dagöstərildiyi kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına 7535 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə müstəqil sığorta eksperti tərəfindən verilmiş rəyə əsasən avtomaşına 7535 manat ziyan dəymişdir. Avtomaşın cavabdeh tərəfindən vurulduqdan sonra onun duracağa daşınmasına görə 20 manat, 11 gün duracaqda qaldığından hər günə 2 manat hesabı ilə 22 manat, avtomaşının təmir üçün evakuvator vasitəsilə servizə aparılmasına 130 manat, müstəqil ekspertin rəy verməsinə görə 150 manat ödəniş etmişdir.Avtomaşına dəymiş ziyandan 4446 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Dəymiş ziyanın qalıq hissəsi olan 3089 manat cavabdeh tərəfindən ödənilməli olsa da, habelə digər məsrəflər cavabdeh tərəfindən ödənilməli olsa da, bu vaxta qədər cavabdeh həmin vəsaitləri ödəməmişdir.Avtoqəza nəticəsində atasının səhhətinə dəymiş ziyanla əlaqədar məhkəmədə tərəfindən iddia qaldırılmışdır.Cavabdehin təqsirli olması Quba RPŞ-nin TBnin təhqiqatçısının 29 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə,habelə Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)- 680/2024 saylı qərarı ilə təsdiqini tapır. Qeyd olunan qərarla cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, iddianı qəbul etmir, hesab edir ki, iddia qanunsuz və əsassızdır.Belə ki, o, 29 iyul 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Toyota Prado” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində İddiaçı etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Faktla əlaqədar Quba RPŞ-nin TB-nin təhqiqat bölməsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, o, stop işarəsini gözləmədən iddiaçının idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. İddiaçının aldığı xəsarət yüngül dərəcəli xəsarət olduğuna görə Quba RPŞ-nin TB-nin təhqiqatçısı Pənah İbrahimovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, daha sonra barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Quba rayon məhkəməsinə göndərilmişdir.Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-680/2024 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir.Bildirir ki, onun idarə etdiyi nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" ASC tərəfindən iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərər araşdırılmış və xx.xx.2024-cü il tarixli yekun akta əsasən zərər 5260 manat müəyyən edilmişdir.Həmin akta əsasən isə həmin sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pul ödənilmişdir. İddiaçı həmin pulu qəbul etmiş, eyni zamanda sığorta şirkətinin yekun ziyan aktı ilə razılaşmışdır. Sığorta şirkəti tərəfindən iddiaçıya xəsarətlə bağlı dəymiş zərərə görə də pul ödənilmişdir.İddiaçı iddia tələbində ondan 10 gün işləmədiyinə görə 500 manat, bir ay ərzində taksi ilə gedib gəlməyinə görə 300 manat, müalicələrinə xərclənmiş 500 manat, mənəvi zərərə görə 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 92 manat, hüquqi yardıma görə 320 manat pul tələb edir.Bildirir ki, iddiaçıya dəymiş xəsarətlə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya kompensasiya ödənilmiş və bu, onun müalicələrinə çəkdiyi xərcləri əhatə etmişdir. Ona görə də, iddiaçının bu barədə ondan pul tələb etməsi əsassızdır. İddiaçının 10 gün işləmədiyinə görə ondan pul tələb etməsi halı ilə bağlı hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Onun taksi xidmətindən istifadə etməsinin zəruriliyi də əsaslandırılmamış, həmçinin bununla bağlı da hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mənəvi zərər tələbinə gəldikdə isə qeyd olunan inzibati xəta qəsdən deyil, ehtiyatsızlıqdan törədilən inzibati xətadır, həmin xətaya görə cərimə olunmuş, eyni zamanda iddiaçıya dəymiş maddi ziyan, o cümlədən xəsarətlə bağlı sağlamlığına vurulan zərərin əvəzi sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Ona görə də, iddiaçının ondan yenidən ziyan tələb etməsi əsassızdır. Ona görə də, iddia rədd edilməlidir.İddiaçı Cavabdeh, yəni ona qarşı “dəymiş zərərin əvəzinin ödənilməsinə dair” iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə ilaslarına gələ bilmir, işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli Quba RPŞ-dən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 01 iyul 2024-cü il tarixli 18-1-56/2o-38xx-xx-2984/2024 saylı “Quba rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi ““Quba rayon Mərkəzi Xəstəxanası” X5 X8 şöbəsinə “Sol bazunun aşağı 1/3-nin,sol saidin yuxarı 1/3-nin yumşaq toxumalarının əzilməsi” diqanozu ilə ambulator müalicədə olmuşdur. İş materiallarında olan ƏN-Vİ 367299 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X3 99ZV918 dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE markalı minik avtomobilini İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. İşdə olan 09 iyul 2024-cü il tarixli 425055 saylı "xxxx" MMC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, chevrolet cruze markalı avtomobilin saxlanması üçün 42 AZN vəsait ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 55 manat pul vəsaiti köçürülmüşdür. İşdə olan 19 mart 2025-ci il tarixli 179 saylı “Azərbaycan Sənayə Sığorta şirkəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə olunmuş qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ‘Toyota Land-Cruiser Prado” markalı, 90ZB767 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı, 99GD518 dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, 99ZV918 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş İddiaçı Məhəmməd oğlunun sağlamlığına dəymiş zərərlə bağlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında 750 (yeddi yüz əlli) manat və “Chevrolet Cruze” markalı, 99ZV918 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4446,32 (dörd min dörd yüz qırx altı manat, 32 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşd olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Vəkillər bürosunun hesabına 320 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 92 manat məbləğində pul ödənilmişdir. İşdə olan Müstəqil sığorta şirkəti eksperti X4 tərəfindən verilmiş müstəqil ekspert rəyinin surətindən görünür ki, CHEVROLET CRUZE markalı, 99ZV 918 dövlət qeydiyyat nişanlı avtomobilin təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri 7535 manat məbləğindədir. İşdə olan xx.xx.2024-cü il tarixli 3(0297)-680/2024 saylı Quba rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alnmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iddiaçı 29.07.224-cü il tarixdə törətdiyi avtoqəza nəticəsində avtomaşın təmirdə olduğuna görə 1 ay ərzində iş yerinə taksi ilə gedib gəlməyinə görə 300 manat və müalicəyə xərclənmiş 500 manat pula dair hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, avtoqəza nəticəsində 10 gün işləmədiyinə görə qazana biləcəyi 500 manat maddi zərər hissəsində iddiaçı məhkəməyə 970186, 970188, 970190, 970189, 970187, 970180, 970181, 970179, 970178, 970177, 970176, 970185, 970182, 970183, 970184 saylı qəbzlər təqdim etmişdir. Məhkəmə həmin qəbzləri mötəbər sübut kimi qəbul etmir.Belə ki, iddiaçı məhkəməyə həmin mədaxil qəbzlərin mötəbərliyini sübut edəcək, iddiaçı ilə alıcılar arasında hər hansı bir müqavilə və ya gəlirlərinə dair vergi bəyannaməsi kimi sənədlər məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı 29 iyul 2024-cü il tarixdə baş vermiş avtoqəza nəticəsində 01 iyul 2024-cü il tarixli 18-1-56/2-o-38xx-xx-2984/2024 saylı “Quba rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş arayışından da göründüyü kimi iddiaçının sol bazunun aşağı 1/3-nin,sol saidin yuxarı 1/3-nin yumşaq toxumalarının əzilməsi” diqanozu ilə ambulator müalicədə olmuşdur. Məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia qismən təmin olunmalı və mənəvi zərərin əvəzi 300 manat müəyyən olunmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair hissədə 92 manat dövlət rüsumunun tutulması hissəsində hesab edir ki, iddia 620 manat hissəsində təmin olunduğundan, Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi avtoqəza nəticəsində mənəvi zərərin əvəzi olaraq 300 manat pulun və hazırki iddia ərizəsinə görə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu pulunun, habelə hüquqi yardıma görə ödənilmiş 320 manat pul, cəmi 650 (altı yüz əlli) manat pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası üzrə avtomaşının təmir üçün evakuvator vasitəsilə servizə aparılmasına 130 manat, müstəqil ekspertin rəy verməsinə görə 150 manat ödənişlərin ona qaytarılmasına dair məhkəməyə sübut təqdim etmədiyindən bu hissədə iddia əsassızdır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasına dair hissədə hesab edir ki, xx.xx.2024-cü il tarixdə müstəqil sığorta eksperti tərəfindən verilmiş rəyə əsasən avtomaşına 7535 manat ziyan dəymişdir. Avtomaşına dəymiş ziyandan 4446 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Dəymiş ziyanın qalıq hissəsi olan 3089 manat cavabdeh tərəfindən ödənilməli olsa da, habelə digər məsrəflər cavabdeh tərəfindən ödənilməli olsa da, bu vaxta qədər cavabdeh həmin vəsaitləri ödəməmişdir. Həmin avtomaşın cavabdeh tərəfindən vurulduqdan sonra onun duracağa daşınmasına görə 20 manat, 11 gün duracaqda qaldığından hər günə 2 manat hesabı ilə 22 manat ödəniş edilməsi işə əlavə olunmuş qəbz ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın qalıq hissəsi olan 3089 manat pulun və digər məsrəflərə görə 42 manat pul, cəmi 3131 (üç min yüz otuz bir) manat alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair hissədə iddia mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin xeyrinə qismən təmin olunduğundan 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi avtoqəza nəticəsində mənəvi zərərin əvəzi olaraq 300 manat və 30 manat dövlət rüsumu, habelə hüquqi yardıma görə ödənilmiş 320 manat, cəmi 650 (altı yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2024-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın qalıq hissəsi olan 3089 manat, digər məsrəflərə görə 42 manat pul, cəmi 3131 (üç min yüz otuz bir) manat alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilsin. İddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-235/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-235/2025
06.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver