Məhkəmə qərarları › İş №e-2(029)-360/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-360/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-360/2023 20.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə inşa edilmiş ünvan 1 ünvanda yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, nikahı xx.xx.1998-ci il tarixində rəsmi qeyd etdirməklə mülki işə cavabdeh qismində cəlb edilmiş X2 ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.1999-ci il təvvəlüdlü Könül, xx.xx.2001-ci il təvvəlüdlü Elnur və xx.xx.2008-ci i təvvəlüdlü Amil adlı uşaqqları anadan olmuşdur. Cavabdeh xx.xx.1998-ci il tarixində Qusar şəhəri, Qurtuluş küçəsi-8 saylı evə gəlin köçmüşdür. xx.xx.2002-ci il tarixində dəyişmə müqaviləsinə əsasən ünvan 2 ünvandan fərdi ev inşa etmək məqsədi ilə 4 sot həyətyanı torpaq sahəsini alaraq ev inşa etməyə başlamış, 2006-cı ildə evi inşa etdikdən sonra ailəsilə birlikdə qeyd edilmiş ünvana köçmüşdür. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün 5 aydır ki, ər arvad kimi bir yerdə yaşamırlar. Bağlanılmış nikah Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.1998-ci il tarixli,17 saylı akt qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Qeyd edilmiş yaşayış evi birgə nikah dövründə inşa edilmişdir. Cavabdeh 28 may 2022-ci ildən etibarən heç bir hüquqverici əsas olmadan onu evə buraxmamışdır. Odur ki, məcbur olmuşdur ki,məhkəmə müdafiəsindən istifadə etsin. Cavabdeh 14 dekabr 2022-ci il tarixində keçirilən mediasiya sessiyasına gəlməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxs yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə,hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır.Odur ki,evə,özbaşına tikintiyə və digər kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birinci şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi,şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum etmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcudur,yəni köçmək istədiyi evdə yaşamış və müəyyən müddətə yaşadığı evdən qanunsuz olaraq məhrum olmuşdur. Yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra onun həmin evə qayıtmağına və yaşamağına cavabdeh tərəfindən imkan verilməməsi əslində məhrum olunma hesab olunur. Məhrum etmə o,halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxartma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun, cavabdehin belə bir hüququnun olmadığı üçün məhrum etmə qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixində rəsmi qeyd etdirməklə cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların üç uşaqları olmuşdur. İddiaçı xx.xx.2002-ci il tarixdə dəyişmə müqaviləsinə əsasən ünvan 2 ünvandan fərdi ev inşa etmək məqsədi ilə 4 sot həyətyanı torpaq sahəsi alıb ev inşa etmişdir. 2006-cı ildə evi inşa etdikdən sonra ailəsi ilə birlikdə həmin evə köçüb. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulub. Yaşadığı ev birgə nikah dövründə inşa edilib. Cavabdeh iddiaçını evə buraxmır. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən,heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Yəni,şəxs yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir, maddənin mənasına görə,hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır.Odur ki,evə,özbaşına tikintiyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birinci şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi,şəxs yaşadığı evdən məhrum edilibmi;üçüncüsü,məhrum etmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcudur,yəni köçmək istədiyi evdə yaşamış və müəyyən müddətə yaşadığı evdən qanunsuz olaraq məhrum olmuşdur.Yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmağına və yaşamağına cavabdeh tərəfindən imkan verilməməsi əslində məhrum olunma hesab olunur.Məhrum etmə o,halda qanuni ola bilər ki,məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxartma,evə buraxılmama vəs.)yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun, cavabdehin belə bir hüququnun olmadığı üçün məhrum etmə qanunsuz hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən xüsusatları və nümayəndəsi və vəkili Vəkil dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, mübahisəli evə dair mülkiyyəti təsdiq edən heç bir sənədi yoxdur. Həmin evin kimin adında olması məlum deyil və evin mövcud olmasını da bilmir, cavabdeh ona bu barədə heç nə deməyib. Hazırda cavabdehin harada yaşadığını bilmir. Bələdiyyənin arayışı əsas deyildir, mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. Cavabdeh 1998-ci ildə gəlin köçüb. Mübahisəli evin birgə nikahda olduğu vaxtda tikdiyini qəbul etmir, həmin evin nə vaxt tikildiyini bilmir. Tərəflər nikaha daxil olduqdan sonra kirayələrdə də qala bilərdi. Ola bilsin ki, həmin ev başqa şəxsə məxsus olsun. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixdə Qusar rayon Notariat ofisindən verilmiş 22 iyun 2002-ci il tarixli dəyişmə müqaviləsinin surətindən görünür ki, İddiaçı Qusar rayon XDSnın rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 27.8 nömrəli qərarına əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən 600 kv/metr torpaq sahəsində yerləşən bünövrəsi atılmış yarımçıq tikilini vətəndaş X1 Qusar şəhəri L.Nemət küçəsində yerləşən 400 kv/metr torpaq sahəsindəki 1.90sm hündürlüyündə olan yarımçıq tikili ilə dəyişmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 28 noyabr 2022-ci il tarixli 168 saylı çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh nikahları Quba rayon Vladimirovka İƏD üzrə icra nümayəndəliyində xx.xx.1998-ci il tarixdə 17 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra cavabdeh İsmayılova soyadını qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı nikahı xx.xx.1998-ci il tarixində rəsmi qeyd etdirməklə mülki cavabdeh qismində Cavabdeh ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.1999-ci il təvvəlüdlü Könül, xx.xx.2001-ci il təvvəlüdlü Elnur və xx.xx.2008-ci i təvvəlüdlü Amil adlı uşaqları anadan olmuşdur. Cavabdeh xx.xx.1998-ci il tarixində Qusar şəhəri, Qurtuluş küçəsi-8 saylı evə gəlin köçmüşdür. İddiaçı xx.xx.2002-ci il tarixində dəyişmə müqaviləsinə əsasən ünvan 2 ünvandan fərdi ev inşa etmək məqsədi ilə 4 sot həyətyanı torpaq sahəsini alaraq ev inşa etməyə başlamış, 2006-cı ildə evi inşa etdikdən sonra ailəsilə birlikdə qeyd edilmiş ünvana köçmüşdür. Bununla da, həmin fərdi yaşayış evinə dair həmin şəxslərin birgə mülkiyyət hüquqları vardır. Bağlanılmış nikah Qusar rayon məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 28 may 2022-ci ildən etibarən heç bir hüquqverici əsas olmadan onu evə buraxmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının mübahisəli evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmadığı və ona məxsus əmlakın həmin evə yerləşdirildiyi müəyyən edilməsi ona dəlalət edir ki, iddiaçının köçdüyü evdə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və tərəflərin birgə nikah dövründə tikilərək yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının cavabdehlə arasında olan nikahın pozulmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı birgə nikah dövründə inşa edilmiş ünvan 4 ünvanda yerləşən evinə dair istifadə hüquqları müdafiə olunmalı, onun cavabdeh tərəfindən pozulmuş həmin hüquqları bərpa edilməli və həmin şəxs həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı birgə nikah dövründə inşa edilmiş ünvan 5 ünvanda yerləşən evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar