Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-376/2023 08.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, Qusar rayonunun Urva Oba kəndində yerləşən 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq istifadə etdiyi 0,50 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Urva Oba kəndində İddiaçı xüsusi mülkiyyətində 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Cavabdeh İddiaçı qonşuluğunda yaşayır və İddiaçı cavabdehin anası Həsənağayeva Tamah yaxşı tanıyırdı, həm də qohumdurlar. Belə ki, Həsənağayeva Tamalın nəvəsi İddiaçı oğlunun gəlinidir. Cavabdeh anası Həsənağayeva Tamal 2012-ci ildə ondan xahiş etmişdir ki, İddiaçı məxsus yuxarıda qeyd edilən torpaq sahəsindən 30- 40 sot torpaq sahəsini müvəqqəti istifadə etmək, bostan-tərəvəz bitkilərini əkmək üçün onun və ailəsi ilə birlikdə onunla bir evdə yaşayan oğlu, iş üzrə Cavabdeh istifadəsinə versin. Həsənağayeva Tamalın onunla qonşu-qohum olmalarını, münasibətlərinin yaxşı olmasını, həm də həmin torpaqdan iddiaçının özünün istifadə etmədiyini nəzərə alaraq İddiaçı 30-40 sot torpaq sahəsini müvəqqəti istifadə etmək, bostan-tərəvəz bitkilərini əkmək üçün onların istifadəsinə verməyə razılıq vermişdir. O vaxtdan yuxarıda qeyd edilən iddiaçının mülkiyyətində olan 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təxminən 0,45-0,50 ha hissəsindən Həsənağayeva Tamal və ailəsi ilə birlikdə onunla bir evdə yaşayan oğlu, iş üzrə Cavabdeh istifadə edirlər. Onlar bu illər ərzində həmin torpaq sahəsində bostan-tərəvəz bitkilərini əkmişlər. 2020-ci ildə Həsənağayeva Tamal iddiaçının evinə gəlib bildirdi ki, onun oğlu, iş üzrə Cavabdeh arvadı Həsənağayeva Arzu onu evindən çıxarır və buna görə də Dağıstana köçür. Həsənağayeva Tamal iddiaçıya bildirmişdir ki, artıq həmin torpaq ona lazım deyil və bundan sonra həmin torpaqdan Cavabdeh istifadə etməsinə razılıq verib-verməməyi onun ixtiyarına buraxmışdır. Həmin torpaq sahəsini Həsənağayeva Tamalın və onun oğlu, iş üzrə Cavabdeh istifadəsinə yalnız Həsənağayeva Tamala görə, iddiaçı ilə olan yaxşı münasibətlərinə görə verilmişdir. İddiaçı ona görə də qərara gəlmişdir ki, həmin torpaq sahəsini Cavabdeh istifadəsindən geri götürsün. Ona görə də iddiaçı Cavabdeh torpaq sahəsini ona geri qaytarıb torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin onun tərəfindən iddiaçıdan satın alındığını bildirərək torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Lakin İddiaçı həmin torpaq sahəsini cavabdehə satmamış və ya ondan hər hansı məbləğdə pul almamışdır. Bu məsələ ilə əlaqədar o, bir neçə dəfə Cavabdeh anası X1 xəbər göndərərək cavabdehi başa salmasını, iddiaçıya məxsus torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Lakin cavabdeh anasının da sözünə baxmamış və iddiaçıya torpaq sahəsindən çıxmamışdır. Sonradan Cavabdeh anası Həsənağayeva Tamal vəfat etmiş və bu məsələni onunla həll edə bilməmişdir. Son 2 ildə Cavabdeh həmin torpaq sahəsində müxtəlif meyvə ağaclarını da əkmişdir və torpaq sahəsindən çıxmaq istəmir. Ona görə də Cavabdeh iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçının qonşuluğunda yaşayır. Cavabdehin anası Tamal 2012-ci ildə iddiaçıdan xahiş etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsindən 30-40 sot torpaq sahəsini müvəqqəti istifadə etsin. Tamalın iddiaçı ilə qonşu-qohum olması, münasibətlərin yaxşı olmasını, həm də həmin torpaqdan iddiaçının istifadə etmədiyini nəzərə alaraq torpaq sahəsini müvəqqəti istifadə etmək üçün razılıq vermişdir. 2020-ci ildə Tamal iddiaçıya özünün Dağıstana köçdüyünü, artıq həmin torpaq ona lazım olmadığını və bundan sonra həmin torpaqdan Cavabdeh istifadə etməsinə razılıq verib-verməməyi iddiaçının ixtiyarına buraxdı. İddiaçı cavabdehə torpaq sahəsini geri qaytarıb torpaq sahəsindən çıxmasını xahiş edib, lakin cavabdeh həmin torpaq sahəsinin satın alındığını bildirərək torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Həmin torpaq sahəsinə Züleyxanın mülkiyyət hüquqları DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur və texniki pasprot tərtib olunub. Torpaq sahəsi heç kimə satılmayıb, cavabdehin anası həmin torpaq sahəsindən istifadə etmək üçün götürüb. Cavabdeh həmin torpaq sahəsində bostan bitkiləri əkib, axırıncı iki üç ildə isə bir iki ağac əkib. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Züleyxa gündə iki üç dəfə onlara gələrək pul istəyirdi, o da, doqquz “paçka şirvan” verib həmin torpaq sahəsini almışdır. İddiaçı keçən ilin avqust ayında ona həmin torpaq sahəsində çıxmasını tələb etmiş, o da iddiaçıya verdiyi pulu geri tələb etmiş və iddiaçıdan əkdiyi ağacların böyüdüyünü demişdir. Həmin ərazidə dəqiq nə qədər torpaq sahəsi olduğunu bilmir, təqribən 45 sot olar. Züleyxanın pulu olmadığından həmin torpaq sahəsini o, almışdır. Züleyxa ilə aralarında yazılı müqavilə olmamış, iddiaçı onun qonşusu olmuş, həm də qohumu olduğuna görə aralarında şifahi razılaşma olmuş, aralarında olan münasibətə inanaraq müqaviləni şifahi şəkildə bağlamış, yazılı qaydada müqavilə bağlamamışdır. Həmin torpaq sahəsi sənədlə, qanunla iddiaçıya məxsusdur və ona məxsus olduğunu bilir və bunu təsdiq edir. O, iddiaçıya məxsus 45 sot torpaq sahəsindən istifadə edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Urva kəndində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2012-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Urva kəndində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha hissəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir və bununla da, iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Cavabdeh istifadə etdiyi torpaq sahəsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, belə bir sənədinin olmadığını bildirmiş, həmin torpaq sahəsinin çıxarış üzrə İddiaçı aid olduğunu bildiyini bildirmişdir. Həmin torpaq sahəsinin cavabdehə satılması barədə də məhkəməyə sübut təqdim olunmamışdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Urva kəndində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Qusar rayonunun Urva Oba kəndində yerləşən 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq istifadə etdiyi 0,50 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-376/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-376/2023
08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver