Məhkəmə qərarları › İş №e-2(029)-377/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-377/2024

16.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-377/2024 16.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon Qeydiyyat şöbəsinin rəisi X1 iştirakı ilə, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə və Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə, Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəçi İddiaçı mərhum X2 qızı və birinci dərəcəli vərəsəsi olması faktı müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 nümayəndəsi olduğu Maraqlı şəxs2 qardaşıdır və ondan qalan miras əmlakı qəbul etmişdir. Lakin məhkəmənin qərardadı ilə şəhadətnamənin verilməsi qadağan edildiyindən vərəsəlik hüquqi haqqında şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. Ərizəçinin və eyni zamanda mərhumun kifayət qədər zamanları olmuşdur ki, atalığın müəyyən edilməsi məsələsini həll etsinlər. Lakin bunu nə ərizəçi nə də mərhum etməmişdir. Yəni, ərizəçinin X3 qızı olması mübahisəlidir və bu nümayəndəsi olduğu şəxsin maraqlarına toxunur. Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi tanınması və ərizəçi İddiaçı, maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə və Qusar rayon Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin rəisi X4 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xitmətlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayədəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Bununla da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisə vardır və ona görə də, hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə Hal-hazırda məhkəməyə daxil olmuş ərizədən görünür ki, mərhum X5, Maraqlı şəxs2 qardaşıdır və ondan qalan miras əmlakı qəbul etmişdir. Lakin məhkəmənin qərardadı ilə şəhadətnamənin verilməsi qadağan edildiyindən vərəsəlik hüquqi haqqında şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. Ərizəçinin və eyni zamanda mərhumun kifayət qədər zamanları olmuşdur ki, atalığın müəyyən edilməsi məsələsini həll etsinlər. Lakin bunu nə ərizəçi nə də mərhum etməmişdir. Yəni, ərizəçinin X3 qızı olması mübahisəlidir və bu nümayəndəsi olduğu şəxsin maraqlarına toxunur. Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi tanınması və ərizəçi İddiaçı, maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə və Qusar rayon Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsin xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə və Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi mübahisə olduğundan ərizə baxılmamış saxlanmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264, 267-268, 306.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə, Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar