Məhkəmə qərarları › İş №e-2(029)-46/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-46/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-46/2023 19.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində əkilmiş ağacların cavabdehin hesabına çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində əkilmiş ağacların cavabdehin hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğundan iddia ərizəsini baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində əkilmiş ağacların cavabdehin hesabına çıxarılması” tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçıetibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində əkilmiş ağacların cavabdehin hesabına çıxarılması” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıetibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində əkilmiş ağacların cavabdehin hesabına çıxarılması” tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar