Məhkəmə qərarları › İş №e-2(029)-624/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-624/2022

27.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-624/2022 27.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətində və icarəsində olan torpaqların istifadəsinə görə cavabdehdən 50.000 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətində və icarəsində olan torpaqların istifadəsinə görə cavabdehdən 50.000 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin dəftərxana müdirinin 24.05.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı hazırkı elektron iddia ərizəsi və ona əlavə olunmuş sənədlər həmin tarixdə onun tərəfindən qəbul edilmiş və məhkəmənin elektron kabinetində avtomatik olaraq 2(029)- 624/2022 saylı iş nömrəsini almışdır. Lakin, iddia ərizəsini və ona əlavə edilən sənədləri çap edərkən müəyyən etmişdir ki, iddia ərizəsinə eyni zamanda İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətində və icarəsində olan torpaqların istifadəsinə görə cavabdehdən 50.000 manat məbləğində pulun alınması tələbinə dair məhkəməyə 12 aprel 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə 2(029)-497/2022 saylı 15.04.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi də əlavə olunmuşdur. Bununla da, hazırkı iddia ərizəsi məhkəmənin elektron sistemində mülki iş kimi qeydiyyatdan keçsə də, əslində həmin iddia ərizəsi 2(029)-497/2022 saylı 15.04.2022-ci il tarixli qərardaddan şikayət verilməsi müddətinin bərpasına dair ərizəyə əlavə olunmuş sənəd kimi verilmişdir. Halbuki, sözügedən ərizə elektron kabinet vasitəsi ilə 2(029)-497/2022 saylı iş üzrə şikayət bölümünə verilməli olduğu halda, iddia bölməsinə göndərilmiş və mülki iş kimi qəbul edilmişdir. 2(029)-497/2022 saylı 15.04.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətinin bərpasına dair ərizə məhkəmədə qeydiyyatdan keçməklə həmin ərizəyə məhkəmə iclasında baxılması 02 iyun 2022-ci il tarixə saat 14:10-a təyin edilmişdir. Bununla da, hazırkı iddia ərizəsi əvvəllər məhkəmədə olmuş eyni məzmunlu iddia ərizəsinin geri qaytarılması qərardadından şikayət vermə müddətinin bərpasına dair ərizəyə əlavə olunmuş sənəd kimi qeydiyyatdan keçməli olduğu halda, səhvən ayrıca mülki iş kimi qeydiyyatdan keçmişdir. Ona görə də, məhkəmədə eyni məzmunlu 2(029)- 497/2022 saylı mülki iş olduğuna və hazırkı iddia ərizəsi məhkəmədə səhvən mülki iş kimi qeydiyyatdan keçdiyinə görə həmin iddia ərizəsinə ayrıca mülki iş kimi baxıla bilməz. Bundan başqa, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində İddiaçı qeydiyyat ünvanı ünvan 1 60 mənzil 44 ünvanda yaşadığı qeyd edilmiş, cavabdehin qeydiyyat ünvanı isə ünvan 2zırkı iddia ərazi aidiyyəti üzrə Qusar rayon məhkəməsinə deyil, cavabdehin qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər məhkəməsinə verilməlidir. Həmçinin, Qusar rayon məhkəməsinin elektron məhkəmə portalından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Sumqayıt şəhərində qeydiyyatdadır. İddia ərizəsində Cavabdeh faktiki olaraq Qusar rayonu Mucuq kəndində yaşadığı göstərilsə də, bu barədə hər hansı sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Ona görə də, hesab edirəm ki, həmin iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar