Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-651/2024 19.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X36 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-Vəkil, Cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, X15, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, bu sənəd əsasında verilmis çıxarışın ləğv edilməsi, miras əmlakına payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11- 10301 reyestrdə qeydə alınan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmis çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh2, X15, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsinə əlavə ilə (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlikdən sonra verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı tam payının müəyyən edilməsi, cavabdehlər X19, Cavabdeh3, X22 və Cavabdeh5 Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X16 və X17 arasında Qusar rayon qeydiyyat şöbəsində nikah haqqında 02 mart 1982-cü il tarixdə 11 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Babayeva soyadı Talıbova soyadı olmuşdur. Qusar rayon PŞ Qeydiyyat və ŞV Şöbəsi tərəfindən verilmiş sənəddən məlumdur ki, X3 İmran Əmirmət oğlunun atasıdır. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci ildə vəfat edən xx.xx.1956-cı il təvəllüdlü mərhum X7, xx.xx.1960-cı il təvəllüdlü Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının və xx.xx.1957-ci il təvəllüdlü X8 ailə üzvləri barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar şəhəri, Mehman Həsrətov küçəsi 5 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X16 03 iyun 2018-ci ildə ölmüşdür. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X18 14 noyabr 2021-ci ildə ölmüşdür. X7 03 iyun 2018ci ildə ölməsindən sonra vərəsəlik işinin açılması barədə vəkil sorğusuna Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vərəsəlik işi Qusar rayon Notariat ofisində rəsmiləşdiyindən sorğu aidiyyəti üzrə Qusar rayon Notariat ofisinə göndərilmişdir. Qusar rayon Qeydiyyat şöbəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2018-ci il tarixli 2V-440, xx.xx.2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərini göndərmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X7 adına dövlət reyestrində dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsi, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. X18 atası X6 miras qalan əmlaklardan vərəsəlik payını verəcəyini bildirmişdir. O, ölkə xaricində olduğu üçün onun vədinə inanmışdır. Sonradan eşitmişdir ki, ona atasından heç bir pay verilməmişdir. Vərəsəlik payını dəqiqləşdirmək üçün hüquqi yardım almış və vəkil sorğuları nəticəsində məlum olmuşdur ki, vərəsələr barəsində yanlış məlumat verilmiş və notariat ofisi bununla belə öz təşəbbüsü ilə vərəsələrin dairəsini müəyyənləşdirməmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qusar Rayon Notariat Kontoruna verdiyi xx.xx.2018-ci il tarixli X1 aşağıdakı vərəsələrinin olduğu qeyd edilmişdir:
1. X20 ı - h/yoldaşı,
2. Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı - 1982-ci il,
3. Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı - 1983-cü il,
4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı - 1985-ci il,
5. Cavabdeh5 - 1988-ci il. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2018-ci il tarixdə X7 vərəsələrinin olması barədə Arayış versə də, vəkil sorğusuna 22 dekabr 2023-cü il tarixli cavab məktubunda həmin şəxslər və İddiaçı barəsində heç bir məlumat verməmişdir. Qusar Rayon Notariat X2 ölümündən sonra onun vərəsələrinin dairəsini araşdırmamış və Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bir-birinə zidd arayışını əsas tutmaqla vaxtından əvvəl vərəsəlik müəyyən etmişdir və həmin vərəsələrə İddiaçı onlara məlum olmayan səbəbdən daxil edilməmişdir. Vərəsəlik işi materiallarında olan və notariat qaydasında təsdiq olunan ərizələrdən görünür ki, Cavabdeh3 (AZE№ 18497631, Səyyar ASAN7 - xx.xx.2018), X22 (AZE№ 17399396, Qusar RPŞ - xx.xx.2018), Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı (AZE № ********, Qusar RPŞ - xx.xx.2017) və Cavabdeh5 xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X6 miras qalmış əmlakların onlara çatan payı, məcburi payı nə faktiki, nə də ki ərizə ilə müraciət edərək qəbul etməmişlər, qəmul etmirlər, payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Ərizələrdən göründüyü kimi, cavabdehlər X19, Cavabdeh3, X22 və Cavabdeh5 paydan imtina etsələr də, Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməmişdir. Bundan başqa vəkil sorğusu ilə Qusar rayon qeydiyyat şöbəsindən əldə etdikləri Arayışdan məlum olur ki, X18 14 noyabr 2021-ci il tarixində vəfat etmişdir. X8 X16 ilə nikahı 02 mart 1982-ci il tarixində qeydə alınmışdır. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ARAYİŞİNDAN məlum olmuşdur ki, ünvan 3 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur, lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Bundan başqa Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının X16 ilə xx.xx.1979-cu ildə daxil olduqları bigə nikahlarından Quba rayon qeydiyyat şöbəsindən xx.xx.1997-ci il tarixində alınmış Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş İddiaçı anadan olmuşdur, onun atası X16, anası isə Talıbova (Quliyeva) Rəhilə Həsrət qızıdır. Vərəsəlik işinin materiallarında X8 notariat ofisinə verdiyi ərizələri vardır və həmin ərizələrdə mərhum X7 vərəsələrinin olmamasını bildirməklə faktiki olaraq vərəsə İddiaçı bildirməmişdir və notariat ofisi öz təşəbbüsü ilə mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmişdir. Cavabdeh X22 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi onun atası X10 məxsus olmuşdur. X34 03 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlaklar, o cümlədən həmin fərdi yaşayış evi onun qanun üzrə birinci dərəcəli vərəsəsi olan X5 tərəfindən qəbul edilmiş və adına 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X32 mirası onun qəbul edilməsinin formal üsulu ilə qəbul etmiş, bu barədə qanunla müəyyən edilmiş müddət daxilində notariat orqanına ərizə vermişdir. Lakin, İddiaçı mərhum X34un birinci dərəcəli vərəsəsi olsa da, mirası hər hansı üsulla, yəni formal və ya faktiki üsulla qəbul etməmiş, mirasa dair uzun müddət susmuşdur. Halbuki, mərhum atası vəfat etdiyi vaxtdan İddiaçı bu barədə məlumatı olmuş, bununla da o, miras açıldığı andan vərəsəliyə çağırıldığını yaxşı bilmişdir. İddiaçı mirası qəbul etməsi barədə nə notariat orqanına müraciət etməmiş, nə də mirası faktiki üsulla qəbul etməmiş, bu istiqamətdə hər hansı hərəkətlər etməmişdir. Həmin şəxs mərhum atasına məxsus olmuş evdə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamamış, evin idarə olunmasında hər hansı şəkildə iştirak etməmişdir. X4 adma verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qeyd etdiyim fərdi yaşayış evi anamın mülkiyyətinə keçmiş, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla müvafiq Çıxarışla rəsmiləşdirilmişdir. X5 14 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun mirasına dair qanun üzrə vərəsəlik müəyyən olunmuş və həmin ev qanun üzrə vərəsəlik qaydasında mənim mülkiyyətimə keçmiş, mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, atam Əmirmət Talıbov 03 iyun 2018-ci il tarixdə vəfat etmiş, bununla da miras həmin vaxt açılmış, vərəsələrin vərəsəlik hüquqları həmin vaxtdan yaranmışdır. Ona görə də, hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunarkən həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarına istinad olunmalıdır. Həmin maddi hüquq normalarının tələblərinə əsasən isə İddiaçı özünün vərəslik hüququnu itirmiş və buna görə də, hazırkı iddianı qaldırmaq hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, miras qoyan mərhum atam Əmirmət Talıbovun mirası artıq onun mərhum X32nın mülkiyyətinə keçmiş və vəfatından sonra onun da mirasına dair vərəsəlik müəyyən olunmuş və qeyd olunan fərdi yaşayış evi mərhum anasının mirası kimi qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Bu, isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı iddiasının hüquqi əsası yoxdur və iddia rədd olunmalıdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, işin mübahisəsiz halları var və həmin hallar ondan ibarətdir ki, X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etdiyi tarixə Qusar şəhəri Sabir küçəsində yerləşən fərdi yaşayış evi və ** BE *** dövlət nömrə nişanlı VAZ-21063 minik markalı nəqliyyat vasitəsi olmuşdur. Mərhumun vəfatından sonra onun həyat yoldaşı X18 vərəsəliklə bağlı Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin notariusda vərəsəlik işi açılmış, vərəsəlik işi açılan zaman Zibeydə Talıbova tərəfindən notariusa ərizə verilmişdir ki, mərhum X7 onun özündən və dörd qızından başqa vərəsələri yoxdur. Notarius da ərizəni qəbul etmiş, lakin vərəsələrin dairəsinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı hərəkət aparmamışdır. Bununla da vərəsəlik işinin etibarsız sayılması əsasları yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, X7 oğlu İddiaçıdur və hazırda o, sağdır. İddiaçı iddia qaldırılan vaxtadək miras qalmış əmlaklardan imtina etməmişdir. Onun payı açıq qalmışdır. Bu vərəsəliklə bağlı payın alınması və s. vahid məhkəmə təcrübəsi yaranmışdır. Əvvəl vərəsə 6 ay ərzində vərəsə müraciət etməli idi və müraciət etmirdisə imtina kimi qiymətləndirilirdi. Lakin, məhkəmə təcrübəsi yaranandan sonra vərəsə paydan imtina etmirsə vərəsə istədiyi vaxt payını tələb edə bilər. İddiaçı da bu hüququndan istifadə edərək miras payının tələb edilməsi üçün müraciət etmişdir. Həmçinin, sorğu əsasında notariat ofisindən əldə edilmiş ərizələrdən də görünür ki, X16 vəfat etdikdən sonra onun qızları Cavabdeh2, Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı , Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı və Cavabdeh5 atalarından qalmış miras əmlaklardan imtina etmişlər. Bununla bağlı həmin şəxslərin ərizələri var və notarial təsdiq olunmuşdur. Həmin şəxslər paydan imtina etdiklərindən onların heç bir pay və hüquqları yoxdur. Bu səbəbdən də iddia tələbində eyni zamanda onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər. Bir halda ki, onlar paydan imtina etmişlər və fərqli ünvanlarda yaşayır, onda onların istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X22 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəf vaxtında mirasını tələb etməmisdir. İddiaçı miras tələb etmək üçün haqqı yoxdur. İmran həmin evdə qeydiyyatda olmamış, baba evində qeydiyyatda olmuş, sonradan isə atasının evinə qeydiyyata düşüb. Onlar həmin evi 08 yanvar 2024-cü il tarixdə 10000 manata satmışlar. Əvvəllər anasının imkanı olmamış və anası maşını satıb atasına qəbir daşı qoymuşdur. Maşın köhnə maşın oılmuş və onu 800 manata satmışlar. Anası xəstə olmuş və anasının borcuna görə evi satıb anasının borcunu vermişlər. İmran adlı ögey qardaşı var, lakin o, atası ilə küsülü olmuşdur. Notariusda onlardan İmran barədə heç nə soruşmamışlar və onlar da İmran barədə heç nə deməmişlər. Orada atası və anasının övladları kimi yalnız onların, yəni bacıların adları çıxmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X19 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, atası vəfat etdikdən sonra ev anasına qalmışdır. Bundan sonra sözü gedən ev anasının adına keçmiş və bununla bağlı da onlar mirasın analarının adına keçməsi ilə bağlı ərizə vermişlər. Yəni mirası anası qəbul etdiyindən onun xeyrinə imtina etmişlər. Anası da vəfat etməmişdən əvvəl öz mirasını digər iki bacısına vəsiyyət etmişdir. Həmçinin, İddiaçı 25 ildir ki, Rusiya Federasiyasındadır, həmin ölkənin vətəndaşıdır. O, (iddiaçı) nə atası, nə də anası öləndə Azərbaycna gəlməmiş, keçirilən yasda iştirak etməmişdir. İmran atası ilə küsülü olmuş və münasibətləri yaxşı olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X21 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Məlahətin dedikləri ilə razıdır. Atası vəfat edəndən sonra ondan qalmış miras əmlakın anasının adına rəsmləşdirilməsi ilə bağlı razılıqlarını vermişlər. Anası isə vəfat etməmişdən əvvəl öz mirasını notariusda ona və bacısına pay vermişdir. Onlar notariusa gedəndə bilmişlər ki, anası Zibeydə həmin əmlakları onlara pay qoyub. Atası vəfat edəndən sonra İmran mirasını anasından tələb edə bilərdi, indi onlardan tələb edə bilməz. Bundan başqa, İmran ümumiyyətlə onlarla yaşamamışdır. Onlar analarından qalmış əmlakdan imtina etməmişlər. O, öz payını bacısına vermiş və ona görə də çıxarışda onun adı qeyd olunub. Hal-hazırda ünvan 5 ünvanda yerləşən ev Ədilənin adınadır.Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İşdə olan ABN 435269 saylı xx.xx.2013-cü il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-21063 markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 718 saylı arayışdan görünür ki, X16 ilə X9 nikahları haqqında 02 mart 1982-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Arvada Talıbova soyadı verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 719 saylı arayışdan görünür ki, X16 03 iyun 2018-ci ildə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2065 saylı arayışdan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X16 vəfat etdiyi günədək Qusar şəhəri M.Həsrətov (M.Ə.Sabir) küçəsi 5 saylı evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır:
1. X18-həyat yoldaşı
2. Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı
3. Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı
4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı
5. Cavabdeh5 İşdə olan İddiaçı aid doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X11r. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli 2V-440 reyestr nömrəli və 05 dekabr 2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrıə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci ildə ölmüş X7 miras əmlakı olan VAZ-21063 minik markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 6 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi həmin şəxsin vərəsəsi olan X12 verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, iddiaçının atası X7 mülkiyyətində ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, VAZ- 21063 minik markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobilin olması, Əmirmət Talıbovun xx.xx.2018-ci il tarixdə vəfat etməsi və həmin vaxtdan həmin şəxsin mirasının açıldığı işin mübahisə edilməyən faktiki hallarıdır. İddiaçı tərəfin hüquqi əsası ondan ibarətdir ki, hazırda formalaşmış məhkəmə praktikasına əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən və hazırda qüvvədə olan normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mühabisəyə şamil olunması əsaslı deyil. Belə ki, yuxarıda göstərildiyi kimi miras qoyan X16 xx.xx.2018-ci il tarixdə vəfat etməklə onun mirası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı qəbul olunmamışdan uzun müddət əvvəl, yəni xx.xx.2018-ci il tarixdə açılmışdır. Ona görə də, hazırkı mübahisəyə Mülki Məcəllənin miras açılan vaxt, yəni xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin miras qoyan Əmirmət Talıbovun mirası açılan vaxt qüvvədə olmuş 1246-cı maddəsində göstərilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, Mülki Məcəllənin miras qoyan Əmirmət Talıbovun mirası açılan vaxt qüvvədə olmuş, vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməli idi. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmirdi. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına belə bir ərizə verməmiş, miras qoyan Əmirmət Talıbovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı mirası faktiki olaraq qəbul etməsi, həmin mirasa yiyələnməsi, miras kütləsinə daxil olan əmlakların idarə olunmasında hər hansı şəkildə iştirak etməsi, yəni miras kütləsinə daxil olan fərdi yaşayış evinə köçməklə orada yaşaması və s. barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, həmin hallar məhkəmə tədqiqatı zamanı müəyyən olunmamışdır. İddiaçı tərəfindən nümayəndəsinə verilmiş etibarnamə ilə də müəyyən olunur ki, həmin şəxs Rusiya Federasiyasının vətəndaşı olmaqla daimi olaraq orada yaşayır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı miras qoyan Əmirmət Talıbovun mirasının onun qəbul edilməsinin hər hansı üsulu ilə vaxtında qəbul etmədiyindən onun vərəsəlik hüququ itirilmiş və ona görə də, həmin şəxsin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ (vərəsəlik hüququ) mövcud deyildir. Bundan başqa, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət nəzərdə tutulmuşdur (MM-in 1272-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe belə olmuşdur ki, “...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı məlum mirasa dair vərəsəliyin müəyyən olunmasını və mirasın Zibeydə Talıbovanın tərəfindən qəbul edildiyini mirasa dair vərəsəlik müəyyən olunan zaman bilsə də, uzun müddət mirasın qəbulu ilə bağlı hər hansı mübahisə açmamış və Zibeyda Talıbovanın vəfat etdiyi vaxtadək, yəni 14 noyabr 2021-ci il tarixədək həmin şəxsə qarşı heç bir tələb, o cümlədən həmin şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbini irəli sürməmişdir. Bununla da, qeyd olunan kəsici müddət həmin şəxsin tərəfindən ötürülməklə o, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması tələbini irəli sürmək üçün subyektiv hüququnu itirmişdir. Eyni zamanda məhkəmə iddiaçının cavabdehlərin ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbini müzakirə edərək hesab edir ki, yuxarıda sadalanan əsaslara görə iddiaçının həmin iddia tələbi də əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X15, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh2, X15, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ANAR QASİMOV