Məhkəmə qərarları › İş №e-2(029)-68/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-68/2023

12.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-68/2023 12.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsaoğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dairmülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsindən çıxarılması və 100 manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırda iddia tələbini dəqiqləşdirərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018- ci il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsindən çıxarılması və 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 02 iyun 2018-ci il tarixdə Qusar rayon notariat kontorunda təsdiq olunmaqla AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsi satın almışdır. Daha sonra isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Qusar rayonu, Balaqusar kəndi ərazisində yerləşən 0,1952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu cavabdehin hüquqazidd əməlləri nəticəsində həyata keçirə bilmir. Belə ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və cavabdeh İddiaçı həmin torpaq sahəsi üzrərində mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. İddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz şəkildə zəbt etməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qusar Rayon Polis Şöbəsi tərəfindən 23 aprel 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, araşdırma zamanı 22 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin mütəxəssisi dəvət olunaraq hal şahidlərinin iştirakı ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həqiqətən də həmin torpaq sahəsinin ********** nömrəli çıxarışla İddiaçı məxsus olması bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı cavabdehdən qanunsuz heç bir şey tələb etmir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilməsinə son qoyulmasını və həmin torpaq sahəsinin İddiaçı qaytarılmasını tələb edir. Bu tələblərimi dəfələrlə cavabdehin özünə də bildirmişdir. Lakin cavabdeh öz hərəkətləri ilə heç bir hüquqi əsas olmadan İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəni davam etdirməkləİddiaçı bütün insani təkliflərinin üzərindən xətt çəkmişdir. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında Qusar rayonu, Balaqusar kəndində 0,1952 ha torpaq sahəsini satın alıb. Daha sonra isə həmin torpaq sahəsinə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alıb. Cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilib. İddiaçı bununla bağlı Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Qusar Rayon Polis Şöbəsi tərəfindən cinayət işinin başlanması rədd edilib. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyulmasını bildirib, lakin cavabdeh öz hərəkətləri davam etdirmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən Qusar rayonu, Balaqusar kəndi ərazisində yerləşən 0,1952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdeh həmin torpaq sahəsindən çıxmaq istəmir. Qusar rayon məhkəməsinin qərarına əsasən ekspertiza təyin edilmiş, ekspertizanın rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan seriya RX ******* olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Bala Qusar kəndində yerləşən 0.1952 ha kənd təsərrüftı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan ******* AN-İ saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu Bala Qusar kəndi ərazisində yerləşən 0.1952 ha olan torpaq sahəsini İddiaçı 2000 manat müqabilində satmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus Qusar rayonu, Bala Qusar kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri şimal-qərb tərəfdən 156.96 metr, şimal-şərq tərəfdən 12.77 metr, cənub-şərq tərəfdən 157.1 metr və cənub-qərb tərəfdən isə 12.78 metr təşkil edir, həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir, lakin elekton kadastr uçot məlumat bazasına uyğundur, həmin torpaq sahəsi bütövlükdə yəni 0.20 ha olmaqla Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli 10/605 nömrəli ekspert rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus Qusar rayonu, Balaqusar kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri şimal-qərb tərəfdən 156.96 metr, şimal-şərq tərəfdən 12.77 metr, cənub-şərq tərəfdən 157.1 metr və cənub-qərb tərəfdən isə 12.78 metr təşkil edir, həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir, lakin elekton kadastr uçot məlumat bazasına uyğundur, həmin torpaq sahəsi bütövlükdə yəni 0.20 ha olmaqla Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli 10/605 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 28 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 403 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Quba ASAN Vəkil Bürosunun rəhbəri Vəkil hüquqi yardımın göstərilməsi üçün 50 manat ödəmişdir. İşdə olan 28 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 695 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Quba ASAN Vəkil Bürosunun rəhbəri Vəkil hüquqi yardımın göstərilməsi üçün 350 manat ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********85 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 mart 2023-cü il tarixli 10/605 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 20 iyul 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Balaqusar kəndi ərazisində yerləşən 0.1952 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə dair pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumuvə hüquqi yardəm haqqında müqaviləyə əsasən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul Cavabdehtutularaq İddiaçı ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 mart 2023cü il tarixli 10/605 saylı rəy üzrə ekspertiza xərci 50 (əlli) manattəşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələr aradan qaldırılsın, Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 mart 2023cü il tarixli 10/605 saylı rəyi üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar