Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-691/2024 05.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 2139.76 (iki min yüz otuz doqquz manat yetmiş altı qəpik) manat əsas borcun tutulması, ödənilmiş 41.40 (qırx bir manat qırx qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddianı onunla əsaslandırmışdır ki,iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Borcluya təqdim edilmiş ödəniş kart hesabı üzrə mənfi (overdraft) yaranmışdır. Bununlada xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Tam kart müqaviləsinin şərtlərinin kobud şəkildə pozmuşdur. Borclu özünə aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Borclu Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim olunmuş ödəniş kart hesabından (********************)sistemdə baş vermiş xətadan istifadə edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 2189.80 manat məbləğində ona məxsus olmayan vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin məbləğdən cəmi 50.04 manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 2139.76 manat əsas borcu mövcuddur. İddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 41.40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddidanı müdafiə etmiş və iddia ərizəsindəki xüsustları təsdiq edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş, iddia ərizəsində göstərilənlərə və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Quba Filialından verilmiş əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində ümumilikdə 2189.80 manat məbləğində pulu nəğdləşdirmiş, xx.xx.2024-cü il tarixdə 0.04 qəpik, xx.xx.2024-cü il tarixdə 50 manat hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinməsi bank kartına üçün nəğd ödəniş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli BPM**********05 saylı tam kart müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən sonuncuya ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2. Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Borcluya təqdim edilmiş ödəniş kart hesabı üzrə mənfi (overdraft) yaranmışdır. Bununlada xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Tam kart müqaviləsinin şərtlərinin kobud şəkildə pozmuşdur. Borclu özünə aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Borclu Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim olunmuş ödəniş kart hesabından (********************)sistemdə baş vermiş xətadan istifadə edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 2189.80 manat məbləğində ona məxsus olmayan vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin məbləğdən cəmi 50.04 manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Həmçinin məhkəmə iclasında Cavabdeh həmin halları etiraf etmişdir. Məhkəmə cavabdehin izahatını iddiaçının tələbini etiraf etməsi faktı kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Odur ki, məhkəmə hesab edirki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 2139.76 (iki min yüz otuz doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul keçirilməlidir. İddia təmin olunduğu üçün "xxxx" ASC tərəfindən ödənilmiş 41.40 (qırx bir manat qırx qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 2139.76 (iki min yüz otuz doqquz manat yetmiş altı qəpik) manat əsas borc, ödənilmiş 41.40 (qırx bir manat qırx qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV