Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-71/2025 16.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı torpaq sahəsindən çəkilmiş qaz xəttinin çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı torpaq sahəsindən çəkilmiş qaz xəttinin çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun mülkiyyətində olan və Qusar rayonu Hil kəndində yerləşən 0,07 ha torpaq sahəsindən çəkilmiş qaz xəttinin öz vəsaiti hesabına çıxarılması və ona həmin torpaq sahəsindən istifadə etməyinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçının anası Mikayılova Zərifə Ospat qızı Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş xx.xx.20128-ci il tarixli Daşınmaz əmlakın bağışlanmasına dair müqaviləyə əsasən Qusar rayonu Hil kəndində 0,07 ha torpaq sahəsini ona (iddiaçıya) hədiyyə etmiş və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin plan və ölçüsü hazırlanmış və ona ayrılan torpaq sahəsinin koordinatları da həmin sənədə daxil edilmişdir. Bu torpaq sahəsi uzun illər onun anasının istifadəsində olmuş və cavabdeh orqan tərəfindən həmin torpaq sahəsi üzərindən ana qaz xətti çəkilmişdir. Bu qaz xətti mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə əngəl yaratdığı üçün o, həmin qaz xəttinin çıxarılması və başqa yerdən çəkilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin ona məsələ ilə bağlı Asan Xidmət Mərkəzinə müracitət etməli olduğunu bildirmişlər. O, xx.xx.2024-cü ildə bu məsələ ilə bağlı müraciət etdikdə isə ona bildirilmişdir ki, xəttin yerinin dəyişdirilməsi ilə bağlı smeta tərtib olunmalı və onun tərəfindən ödəniş etdikdən sonra xəttin yerinin dəyişdirilməsi işi bağlı iş aparılacaqdır. Bu da təxminən 1500 manat təşkil edir. Halbuki, cavabdeh həmin qaz xəttini bu ərazidən sonradan çəkmiş, həmin torpaq sahəsinin kimin mülkiyyətində olmasını apraşdırmamış, indi də bu səhvi duzəltmək və onun torpaq sahəsini boşaltmaq əvəzinə ondan pul tələb edir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, buna görə də həmin qaz xətti onun öz vəsaiti hesabına çıxarılmalı və ona torpaq sahəsindən istifadəyə yaradılmış maneə aradan qaldırılmalıdır. Cavabdeh nümayəndəsi X5 məhkəməyə iddia tələbinə etiraz göndərib iddia tələbinin əsassız olmasına dair etirazı onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 560 saylı və xx.xx.2024-cü il tarixli 3-48-30KA/2-6xx-xx/2024 saylı arxiv arayışlarının biri digərinə ziddir. Bu arayışların birində X3 adına olan torpaq sahəsi 0,18 hektar, digər arayışda isə 0.07 hektar göstərilmişdir. İkincisi, həmin arayışlarda X3 adına olan torpaq sahəsinin məhz qaz xəttinin keçdiyi ərazidə yerləşməsi barədə heç bir məlumat öz əksini tapmamılşdır. Yəni, X3 adına olan torpaq sahəsinin olması o anlama gəlmir ki, həmin torpaq sahəsi 1991-ci ildə çəkilmiş qaz xəttinin keçdiyi ərazidə yerləşir. Üçüncüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidmnəti DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinə dair məlumatın verilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-14786/2024 saylı məktubunda qeyd olunur ki, X4 Qusar rayon Dövlət Arxivi 738 nömrəli xx.xx.2014-cü il tarixli arxiv arayışı əsasında **********02 reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Sonradan vərəsəlik şəhadətnaməsi əsasında Mikayılova Zərifə Ospat qızına **********02 reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Belə çıxır ki, eyni tarixli, eyni nömrəli X1 Qusar rayon Dövlət Arxivinin 738 nömrəli xx.xx.2014-cü il tarixli arxiv arayışı əsasında, Mikayılova Zərifə Ospat qızına isə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Bu hal məhkəməyə təqdim olunmuş sübutun qeyri-mötəbər olduğunu təsdiq edir. Dördüncüsü, bəhs edilən torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. Bu çıxarışlar veriləndə Azərbaycan Respublikası İqtisadiyyat Nazirıliyi yanında ƏMD Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, mütəxəssis rəyi tərtib edilmişdir. Bu çıxarışların hər ikisi mübahisə predmeti olan qaz xətti çəkiləndən çox sonra verilmişdir. Sual yaranır: mütəxəssislər torpaq sahəsinə baxış keçirən zaman orada olan (əgər orada olubsa) qaz xəttini niyə görməyiblər, görüblərsə niyə bu barədə İdarəyə məlumat verməyiblər. Ona görə də, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlər iddia tələbinin təmin edilməsi üçün sübut əhəmiyyəti kəsb etmir. Məhkəmə tərəfindən həmin sənədlər əsassız sayılmalı və sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməmiş və izahatında göstərdi ki, təyin olunmuş ekspertiza zamanı müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsindən qaz borusu keçir. Həmin qaz borusu çəkilən zaman iddiaçının hasarı mövcud olmamış, hasar sonradan inşa olunmuşdur. Ona görə də, həmin qaz borusu iddiaçının hesabına kənara çıxarıla bilməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Hil kəndi ərazisində yerləşən 0.07 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 aprel 2025-ci il tarixli 3-21-3-34/24269/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Hil kəndində yerləşən 0.07 ha torpaq sahəsindən (mülkiyyət hissəsindən) uzunluğu 20.13 metr olmaqla 89 mm-lik (diametri), aşağı təzyiqli küçə qaz xətti keçir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2025-ci il tarixli 10/3028 saylı ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Hil kəndində yerləşən 0.07 ha torpaq sahəsindən (mülkiyyət hissəsindən) uzunluğu 20.13 metr olmaqla 89 mm-lik (diametri), aşağı təzyiqli küçə qaz xətti keçir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 10/3027 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, Qusar rayonu Hil kəndi ərazisində yerləşən 0.07 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsindən Cavabdehnə aid uzunluğu 20.13 metr olmaqla 89 mm-lik (diametri), aşağı təzyiqli küçə qaz xətti keçir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, daşınmaz əmlakın reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsas götürülməklə səbəbindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən İddiaçı öz əmlakından istifadəyə törədilən maneələrə son qoyulmasını, qaz xəttinin çıxarılmasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin maneələri aradan qaldırmağa borcludur. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus torpaq sahəsinə dair mövcud olmuş hüquqmüəyyənedici sənədlərin ziddiyyətli olması, həmçinin iddiaçının torpaq sahəsindən keçən küçə qaz xəttinin məhz iddiaçının hesabına çıxarılmalı olması ilə bağlı etirazını müzakirə edərək qeyd edir ki, məlum qaz xəttinin keçdiyi torpaq sahəsinin hal-hazırkı mülkiyyətçisi İddiaçıdır və torpaq sahəsinə dair həmin şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq Çıxarışla rəsmiləşdirilmişdir. Həmin Çıxarış qüvvədədir, mübahisələndirilməmiş və belə olan halda həmin Çıxarış üzrə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətə törədilən maneənin aradan qaldırılmasını tələb etmək hüququ mülkiyyətçinin müstəsna hüququ olmaqla hər hansı qeyd-şərtlə şərtləndirilməmişdir. Bu baxımdan qaz xəttinin çıxarılmasının iddiaçının üzərinə qoyulması mülkiyyət hüququnun mahiyyətinə zidd olmaqla iddiaçının həmin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə cavabdeh tərəfin həmin etirazının dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan, Qusar rayonu Hil kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair iddiaçının istifadə hüququna törədilən maneələr aradan qaldırılsın. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Qusar rayonu Hil kəndində yerləşən 0,07 ha torpaq sahəsindən çəkilmiş uzunluğu 20.13 metr olmaqla 89 mm-lik (diametri) aşağı təzyiqli küçə qaz xətti Cavabdeh öz hesabına çıxarılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-71/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-71/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver