Məhkəmə qərarları › İş №e-2(029)-719/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-719/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-719/2024 29.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, X17 və X18 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 vəkili Vəkil2 Çərkəz oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinə və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, X17 və X18 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat ofisində onunla Qusar rayonu, Samur bələdiyyəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, həmin mübahisəli 17 ha torpaq sahəsinə verilmiş mülkiyyəti təsdiq edən çıxarış ləğv edilərək, əvvəlki vəziyyətinə gətirilib, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində onun adına qeydə alınması, torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X37 və İddiaçı ilə Qusar rayonunun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsi saxta olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı onunla əsaslandırmışdır ki, mərhum yoldaşı birgə nikahda olduğu dövrdə Qusar rayonu, Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsi əldə etmişdir. Bu barədə ona mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. Daha sonra cavabdehlərdən Qusar rayon, Samur bələdiyyəsi onlara təklif etmişdir ki, o, həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlasın, Bələdiyyə isə əvəzində ona həmin torpaq sahəsinin kateqoriyasına uyğun 20 ha torpaq sahəsi versin. Mərhum yoldaşı bununla razılaşda və onunda iştirakı ilə aralarında bu barədə müqavilə bağlanılmışdır. Daha sonra yoldaşının səhhətində çətinliklər olduğu üçün bu öhdəlikləri faktiki icra edə bilməmişdir. Mərhum yoldaşının vəfat etdikdən sonra 2022-ci il tarixdə o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün ona məxsus həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamışdır. Samur bələdiyyəsi isə 2024-cü ilin may ayına qədər öz öhdəliyini yerinə yetirməli və ona 20 ha torpaq sahəsi verməli idi. Lakin hazırki vaxtadək cavabdeh müqavilə öhdəliklərini icra etmir. Aralarında bağlanan müqavilədə ona belə bir hüquq verilmişdir ki, əgər ikinci tərəf öz öhdəliklərini yerinə yetirməsə o, bağışlama müqaviləsini ləğv edə, mülkiyyət sənədini əvvəlki vəziyyətinə qaytara və dəymiş zərərin əvəzini(əldən çıxmış fayda daxil olmaqla) Samur Bələdiyyəsindən tələb edə bilər. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Meysəri kənd sakini İddiaçı Qusar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Samur bələdiyyəsinin başqa yerdə 20 ha ərazini ona verəcəyi haqda öhdəliyini icra etməməsi səbəbindən 08 iyun 2022-ci il tarixdə Qusar rayon notariat ofisində 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması haqqında müqavilənin etibarsız hesab edilməsini, Samur bələdiyyəsinə bağışladığı torpağın qanunsuz sahiblikdən geri tələb edilməsini və 17 ha torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənəd verilməsini xahiş etmişdir.İddiaçı ərizəsində Samur bələdiyyəsi ilə onun mərhum əri X37 arasında bağlanmış 27 noyabr 2019-cu il tarix öhdəlik müqaviləsinə istinad etmiş və qeyd etmişdir ki, 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsi onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməmişdir.İddiaçının sübut kimi istinad etdiyi 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsinin onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürməsi haqda müqavilə saxta olması səbəbindən heç bir hüquqi nəticə doğura bilməz və aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir:Samur bələdiyyəsinin 2019-cu ilə aid iclas protokollarının qeydiyyatı kitabında 27 noyabr 2019-cu il tarixdə belə müqavilənin müzakirəsinin keçirilməsi haqda heç bir qeydiyyat olmamış, məhkəməyə iddiaçı və ya əri tərəfindən hər hansı müraciət olunmamışdır. Qeydiyyat kitabından görünür ki, bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu il tarixdə keçirilmiş (bələdiyyə sədri X23 olmuşdur) və orada İddiaçı və ya ərinin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması, bunun qarşılığında bələdiyyənin başqa ərazidə bağışlayana 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda məsələ müzakirə edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəməyə təqdim edilən hökmü ilə sübut edilmişdir ki, İddiaçı həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlanmasına görə bələdiyyənin başqa yerdə 20 ha ərazini qaytarmağı haqda öhdəlik götürməsi haqda iddia ərizəsinə əlavə edilmiş 27 noyabr 2019-cu il tarixli 01 saylı öhdəlik müqaviləsi saxtadır.Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-1(105)- 28/2021 №-li qərardadından görünür ki, iddiaçı X24 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair ərizəsini geri götürdüyündən iş üzrə icraata xitam verilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-636/2020 №-li qərarı ləğv edilmişdir.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü ilə müəyyən edilmişdir ki, Qusar rayonunun Samur qəsəbəsində yerləşən və 120.000 manat dəyərində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şamaxı rayonu Meysəri kəndində yaşayan X25 (iddiaçının yaxın qohumudur) adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq məhkum X20 tərəfindən saxta sənəd tərtib edilməklə ələ keçirilərək ona məxsus olmuş və cinayət işi üzrə onun Samur bələdiyyəsinə vurmuş olduğu 120 min manat həcmində ziyanın bərpası üçün natura qaydasında Samur bələdiyyəsinə bağışlanmışdır.Məhkəmənin hökmündə də qeyd edilmişdir ki, təqsirləndirilən Cavanşir Əvəzov torpaq sahəsini sənədləri saxtalaşdırarkən Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 №-li qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmişdir.Digər tərəfdən, dəyəri 120.000 manat olan 17 ha torpaq sahəsini iddiaçının necə əldə etməsi, hansı məbləğdə pul ödəməsi, hansı səbəbdən bələdiyyəyə əvəzsiz bağışlaması, bağışlamanı notarial qaydada həyata keçirsə də, öhdəlik müqaviləsini notarial qaydada təsdiq etdirməməsi, bağışlamadan 2 il keçdikdən sonra torpağın qaytarılması haqda iddia qaldırması kimi şübhəli məqamlar da diqqətə alınmalıdır.17 ha torpaq sahəsini Samur Bələdiyyəsinə qaytarma məhkum C.Əvəzovun Samur bələdiyyəsinə vurduğu 120 min manat ziyanı ödəməsi kimi qiymətləndirilərək ona törətdiyi cinayət əməlinə görə şərti cəzanın verilməsinə səbəb olmuşdur. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 etirazı onunla əsaslandırmışdır ki, qarşılıqlı idda ərizəsinə nəzər yetirilsə həmin ərizədə əqdin etibarsiz sayılması barədə məhkəməyə heç bir əsas və dəlil gətirilməmişdir. Əqdin etibarsızlığı əqd formasında həyata keçirilən hərəkətlərin hüquqi fakt xarakteri daşımaması deməkdir. Etibarsız əqdin etibarsızlığının nəticələrindən başqa heç bir hüquqi nəticəsi yoxdur. Belə bir əməliyyat bağlandığı andan etibarsızdır.Hüquq normalarına uyğun gəlməyən əqdlər, iddianın məhkəməyə verilməsindən və ya məhkəmə tərəfindən etibarsız sayılmasından asılı olmayaraq, özlüyündə etibarsız sayılır. İstənilən maraqlı şəxs belə əqdlərin etibarsızlığının nəticələrinin tətbiqini tələb edə bilər. Mübahisəli və etibarsız əqdlər əqdin məhkəmə tərəfindən etibarsız sayılmasının zəruriliyi meyarına görə fərqləndirilir. Müəyyən qüsurları olduqda, yəni qanunla müəyyən edilmiş etibarlılıq meyarlarına cavab vermədikdə əqd etibarsız sayılır. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mübahisələndirdiyi əqdin qanunla müəyyən edilmiş hansı etibarlılıq meyarına cavab verməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, buna görədə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Samur bələdiyyəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılınası tələbinə dair iddiası saxta sübutlara istinad edilməklə verildiyindən, habelə Azərbaycan Respublikası CPMnin 142 və MPM-nin 82-ci maddəsinin tələblərinə zidd olmaqla qanunsuz olduğundan mümkün sayıla bilməz və icraata qəbulundan imtina edilməlidir:Azərbaycan Respublikası CPM-nin142-ci maddəsinə əsasən preyudisiya daha əvvəl baxılan iş üzrə sübut etmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.Sübut etməkdən azad olmanın əsaslarını müəyyən edən Azərbavcan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bıı hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.İddiaçı Saımır bələdiyyəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası üzrə iddianın predmeti olan 120.000 manat dəyərində 17 hektar torpaq sahəsinin saxta sənədlər əsasında dələduzluq etməklə Xaçmaz Reqional Ədliyyə idarəsinin sabiq rəisi X20 tərəfindən ələ keçirilməsi, ziyanın ödəniliməsi üçün həmin iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmış Samur Bələdiyyəsinin sədri Elnarə Ayibova ilə barışıq əldə edilməsi, vurulmuş ziyanın natura qaydasında Samur bələdiyyəsinə qaytarılması və bu səbəbə görə təqsirləndirilən şəxsə şərti məhkum etmə tətbiq edilməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiq edilmişdir.Həmin hökmə əsasən X20 178.3.2. 20. 178.4. 193- 1.3.2. 32.3, 294.1,308.1,320.1,320.2. 326.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir.X19 ona görə məhkum edilmişdir ki, o,vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli və xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd etmiş, vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla təkrarən saxtalaşdırmış və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs və qeyriləri vasitəsilə sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təkrarən təşkil etmiş və həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, vahid niyyətlə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədi tamah məqsədi ilə təkrarən talayıb gizlətməklə məhv etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə külli miqdarda pul vəsaitini vahid niyyətlə təkrarən leqallaşdırmışdır. Belə ki, o, 2018-ci ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional ədliyyə idarəsinin rəisi vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə nazirinin 08.10. 2007-ci il tarixli 38-T əmri ilə təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 2, 6, 8-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmış və bələdiyyələrə metodiki köməklik göstərmək və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, bələdiyyələr haqqında qanunvericilik aktları barədə bələdiyyələri məlumatlandırmaq, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar aparmaq və sair kimi fəaliyyəti həyata keçirən Regional idarənin rəisi olaraq, həmin Əsasnamənin 18-ci bəndinə əsasən səlahiyyətləri daxilində icrası məcburi olan sərəncam və yazılı göstərişlər vermək, onların icrasını təşkil etmək və Regional idarədə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edilməsinin icrasına nəzarəti həyata keçirmək, Regional idarənin işini təşkil etmək və onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək kimi səlahiyyətləri həyata keçirən vəzifə şəxs olaraq öz qulluq mövqeyindən, yəni qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrini tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırıb başqalarının adına rəsmləşdirilməklə ələ keçirmək, həmin saxta sənədlərdən bilə-bilə istifadə edib mülki iş üzrə işdə iştirak edən şəxs və nümayəndə tərəfindən sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təşkil etməklə əldə olunan məhkəmə qərarlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib hüquqi nəticələr doğuran torpaq sahələrinə aid çıxarışlar almaqla ələ keçirmək məqsədilə dostu X12 və qevriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, bunun üçün o, əvvəlcə Samur bələdiyyəsinin özündən əvvəlki dövrlərdə araşdırma zərurəti ilə əlaqədar Xaçmaz Regional idarəsinə nəzarət qaydasında götürülərək idarədə yoxlanılan və orada saxlanılan 2000-2005-ci il dövrləri əhatə edən arxiv sənədlərini qulluq mövqeyindən istifadə edərək Xaçmaz şəhəri Heydər Əliyev prospekti 17 ünvanında yerləşən rəhbərlik etdiyi idarənin inzibati binasındakı xidməti otağına gətirdib, 2018-ci ilin təxminən mart ayında istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda Qusar rayonu Samur bələdiyyəsinin rəsmi sənəd hesab edilən 01.12,2005-ci il tarixli 15 nömrəli protokolunun orijinalını tamah məqsədi ilə talayıb gizlətməklə məhv etdikdən sonra, qabaqcadan əlbir olduğu X12və qeyriləri ilə birlikdə hazırladıqları cinayətkar plana uyğun olaraq tərtib etdikləri eyni tarixli və nömrəli yeni protokolun məzmununa bilə-bilə yalan məlumatlar, yəni həmin protokol əsasında digər məsələlərlə yanaşı, guya Samur bələdiyyəsi ərazisindəkənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə suvarılan ərazidə əmisi X17 17 ha atasının bibisi oğlu X29 85 ha və yaxın münasibətdə olduğu dostu və cinayətkar qrupun üzvü X7 30.66 hatorpaq sahəsinin ayrılması ilə bağlı qeydlər daxil edib protokolu və həmin protokol əsasında ayrı-ayrı dövlət qurumları və Samur bələdiyyəsi tərəfindən verilməsi görüntüsü yaradan, o cümlədən qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 30.66 ha torpaq sahəsinin Hənifə Allahverdiyevə satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarını, həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 28 noyabr 2005-ci il tarixli 680 nömrəli rəyini, torpaq sahəsinin alqı-satqısına dair Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN 0046 KOD 30102018 nömrəli dövlət aktını, qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 17 hatorpaq sahəsinin Ziyadxan Zeynalova satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarını, Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktın, X5 əlyazma xətti ilə tərtib olunmuş həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyini və qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 85 ha torpaq sahəsinin Şahlar Səfərova satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci iltarixli 15 nömrəli qərarın, həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyini, Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktını, habelə 85, 17 və 30.66 ha torpaq sahələri üzrə Qusar rayonu Samur bələdiyyəsinin üzərində "Azərbaycan Respublikası Qusar rayonu Samur bələdiyyəsi” sözləri yazılmış dairəvi möhürünü əslindən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin adından tərtib edilmiş sənədlərdə isə üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi” sözləri yazılmış əsli ilə eynilik təşkil etməyən dairəvi möhürlərdən istifadə etməklə istintaqa məlum olmayan üsulla saxtalaşdırmış, bundan sonra saxtalaşdırılmış arxiv sənədlərini 2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Qusar rayon Dövlət Arxivinə təhvil verilməsinə nail olduqdan sonra, cinayətkar planın davamı olaraq öz tapşırığı əsasında sürücüsü və atasının dayısı nəvəsi X9 Allahverdiyevin adından Qusar rayonu Dövlət Arxivinə xx.xx.2018-ci il tarixdə müraciət edərək, iclas protokolunda guya ona ayrılmış torpaq sahəsini öz admarəsmləşdirilməklə çıxarışın alınması məqsədilə həmin saxtalaşdırılmış rəsmi sənədlərin təsdiq olunmuş surətlərini istifadə etmək üçün əldə edərək. 06 iyun 2019- cu il tarixdə Xaçmaz şəhəri Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə 19 iyun 2019-cu il tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Hənifə Allahverdiyev tərəfindən 17 sentyabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmiş, məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə iş üzrə işdə iştirak edən Hənifə Allahverdiyev vasitəsi ilə arxiv idarəsindən surətlərini aldıqları saxta sənədlərlə birlikdə Samur bələdiyyəsinin sədri Elnarə Ayibovanın adından tərtib edilərək istintaqla müəyyən edilməyən şəxs tərəfindən imzalanmış,özü tərəfindən əlyazma rəqəmləri daxil edilmiş və Samur bələdiyyəsinin möhürü ilə təsdiq olunaraq Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış “vətəndaş Hənifə Allahverdiyevə çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur” məzmunlu 10 mart 2020-ci il tarixli 17 №-li və Samur bələdiyyəsinin sədri AlbinaMuradxanovanın imzası və möhürü ilə təsdiq olunaraq Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 №-li qərarla vətəndaş Hənifə Allahverdiyevə satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur'' məzmunlu 05 avqust 2019-cu il tarixli 105 №-li və 13 yanvar 2020-ci il tarixli 03 №-li bilə-bilə yalan məlumatlar daxil edilmiş məktublarını da məhkəməyə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2-1(118)-174/2020 No-li qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərarın qəbul edilməsinə və həmin qərarın Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmasına nail olsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021ci il tarixli 2-1(102)- 904/2021 №-li qərarı ilə iddia təmin edilməyərək yenidən baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə qaytarılarkən mülki işə yenidən baxan sonuncu məhkəmənin 16 dekabr 2021-ci il tarixli 2-1(105)-529/2021 No-li qərarı ilə mülki iddia təmin edilmədiyindən Hənifə Allahverdiyevin admarəsmiləşdirilmiş dəyəri 122.640 manat təşkil edən Qusar rayonu Yeni Tahircal kəndində (Samur Bələdiyyəsinin ərazisinə daxil olsa da həmin kəndin ərazisində yerləşmişdir) yerləşməklə dövlət mülkiyyətinə məxsus 30.66 ha torpaq sahəsini ələ keçirməyə cəhd etmiş, əməllərinin davamı olaraq Qusar rayonu Samur bələdiyyəsinin ərazisində yerləşən 17 ha torpaq sahəsinin əmisi Ziyadxan Zeynalovun adına rəsmləşdirilməklə çıxarışın alınması məqsədilə, saxtalaşdırılmaqla özlərində saxladıqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin toıpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktını tanışı X13 vasitəsi ilə 17 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə eyni tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında Ziyadxan Zeynalovun adından 17 sentyabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə mülki iddianın verilməsini təmin etmiş, məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə iş üzrə işdə iştirak edən Ziyadxan Zeynalov vasitəsi ilə qeyd olunan xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və Samur bələdiyyəsinin sədri AlbinaMuradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 No-li qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur”məzmunlu 05 avqust 2019-cu il tarixli 103 No-li biləbilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2-1 (085)-1671 /2019 No-li qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərar qəbul edildikdən sonra, qeyd olunan məhkəmənin qərarı əsasında Zeynalov ZiyadxanBalay oğlunun adına 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05 noyabr 2019-cu il tarixli ********** No-li reyestr çıxarışı alıb, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 17 ha torpaq sahəsinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə, həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlədib torpaq sahəsindən istifadə etmək məqsədilə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirmək üçün Quba ‘'ASAN Xidmət” Mərkəzində 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 No-lialqı-satqı müqaviləsi əsasında Qusar rayonu, Samur qəsəbəsində yerləşməklə bələdiyyə mülkiyyətində olan, dəyəri 120.000 manat təşkil edən torpaq sahəsinin gııya 17.000 manat məbləğində pula öz qohumu X1 yaratmaqla 20 noyabr 2019-cu il tarixdə **********79 No-li çıxarış əsasında torpaq sahəsinin Sərdar Şirinovun adına sənədləşdirərək külli miqdar təşkil edən 120.000 manat dəyərində Samur Bələdiyyəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş,əməlinin davamı olaraq Qusar rayonu Samur bələdiyyəsinin ərazisində yerləşən 85 ha torpaq sahəsinin qohumu - əmisi Şahlar Səfərovun adına rəsmiləşdirilməklə çıxarışın alınması məqsədilə, saxtalaşdırılmaqla özlərində saxladıqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktını Şahlar Səfərov vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhəri Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə eyni tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında qohumu Şahlar Səfərov adından 17 dekabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə mülki'iddianınverilməsini təmin etmiş. Məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs vasitəsi ilə torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktı ilə birlikdə Samur bələdiyyəsinin sədri AlbinaMuradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan“həmin torpaq sahəsi bələdiyyə tərəfındənOl dekabr 2005-ci il tarixli 15 No-li qərarla vətəndaş Şahlar Səfərova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur" məzmunlu 05 avqust 2019-cu il tarixli 104 No-li və Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın adından hazırlanmaqla əlyazma mətni özü tərəfindən icra edilərək Samur bələdiyyəsinin dairəvi möhürü ilə təsdiq edilmiş 13 yanvar 2020-ci il tarixli 02 No-li bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubların məhkəməyə təqdim edilməsini təmin etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-636/2020 No-li qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərarın qəbul edilməsinə nail olsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-1(105)-28/202 No-li qərarı ilə iddia təmin edilmədiyindən Şahlar Səfərovun admarəsmiləşdirilmiş dəyəri 340.000 manat təşkil edən Qusar rayonu Samur qəsəbəsində yerləşməklə dövlət mülkiyyətinə məxsus 85 ha torpaq sahəsini ələ keçirməyə cəhd etməklə, həmin əməlləri ilə vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Samur bələdiyyəsinin külli miqdar təşkil edən 120.000 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmiş, lakin vahid niyyətlə cəmi 132.66 ha torpağı Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-1(105)- 28/202 No-li və 16 dekabr 2021-ci il tarixli 2-1(105)-529/2021 №-li qərarları əsasında mülki iddialar təmin edilmədiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin - dövlət və Qusar rayonunun Samur bələdiyyəsinin mülkiyyətində olan 582.640 manat dəyərində o cümlədən, dövlətin mülkiyyətində olan 462.640 manat dəyərində olan 15.66 ha torpaq sahəsini və Sumurbələdiyyəsininin mülkiyyətində olan 120.000 manat dəyərində olan 17 ha torpaq sahələrini ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə cəhd etmiş, tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və vahid niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə- bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədi tamah məqsədi ilə talayıb gizlətməklə məhv etmiş, vahid niyyətlə mülki iş üzrə işdə iştirak edən şəxs və qeyriləri vasitəsilə sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təşkil etmiş və həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə kiilli miqdarda əmlakı vahid niyyətlə leqallaşdırmışdır. Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2-1(105)- 38/2021 №-li qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (Cild 6, i.v. 228-233)Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2-1(105)- 529/2021 nömrəli qərarından görünür ki, torpaq sahəsi JN 0046 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşdiyindən Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020ci il tarixli 2-1(118)-174/2020 №-li qərarı ləğv edilmiş və Hənifə Allahverdiyevin iddiası təmin edilməmişdir. (Cild 7, i.v. 17-33)Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubundan görünür ki, Qusar rayonu Saınur qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 2019cu il ərzində orta hesabla 40 manat civarında dəyişmişdir. (Cild 12, i.v. 56)Cinayət işinin materiallarında olan və məhkəmədə dan olunaraq təqdqiq edilən 17 sentyabr 2019-cu il tarixli ərizədən görünür ki, (iülməmmədovŞirxan Yadigar oğlu nümayəndəsi olduğu Zeynalov ZiyadxanBalay oğluna məxsus Samur kəndi ərazisində yerləşən 17 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış verilməsini xahiş etmişdir. (Cild 11. i.v. 213)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli Zeynalov ZiyadxanBalay oğlunun nümayəndəsi X8 ünvanlanmış məktubdan görünür ki, JN 0059 KOD 30102005 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmadığından ona ayrılmış torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. (Cild 7, i.v. 45) 17 sentyabr 2019-cu il tarixli iddia ərizəsindən görünür ki, Ziyadxan Zeynalov tərəfindən JN 0059 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə öhdəlik qoyulması Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. (Cild 7, i.v. 35-37)Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2-1(085)- 1671/2019 №-li qərarından görünür ki, JN 0059 KOD 3011)2018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Ziyadxan Zeynalovun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur. (Cild 7. i.v. 63-67)Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005ci il tarixli 15 nömrəli protokoluna, Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarına. Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktına. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktına və həmin torpaq sahəsinin satılması barədə Dövlət T orpaq və Xəritəçəkmə Komitəsinin Qusar ravon şöbəsinin rəyinə əsasən Qusar rayonu Samur bələd iy \ əsinə məxsus 17 ha torpaq sahəsi guya Zeynalov ZiyadxanBalay oğluna satılmışdır. (Cild 2, i.v. 74-79, 115-118. 119, 120, 121)05 noyabr 2019-cu il tarixli ********** №-li daşınmaz əmlakın dövlət revestrindən çıxarışdan görünür ki. Qusar rayonunun Samur qəsəbəsində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zeynalov ZiyadxanBalay oğlununadına rəsmiləşdirilmişdir. (C ild 7. i.v. 70)Quba regional "ASAN Xidmət” Mərkəzinin notariusunda bağlanmış 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 №-li alqı-satqı müqaviləsindən görünür ki, Zeynalov ZiyadxanBalay oğlunun səlahiyyətli nümayəndəsi X4 rayonunun Samur qəsəbəsində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 17.000 manata X3. (Cild 2. i.v. 111-113) 20 noyabr 2019-cu il tarixdə **********79 №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki,Qusar rayonunun Sam ur qəsəbəsində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25 adına rəsmiləşdirilmişdir.(Cild 2. i.v. 108)Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli) i yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********868 nömrəli məktubundan görünür ki. Qusar rayonu Samıır qəsəbəsi ərazisində yerləşən 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 2019-cu ilin noyabr ayı ərzində orta hesabla 120.000 manat dəyərində olmuşdur.(Cild 10, i.v. 34- 35)20 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, Səfəro\ X42 qəsəbəsi ərazisində yerləşən 85 ha kənd təsərüfatıtəyinatlı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış verilməsini xahiş etmişdir. (Cild 11. i.v. 187)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli X29 ünvanlanmış məktubdan görünür ki, JN 0061 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmadığından ona ayrılmış torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. (Cild 7, i.v. 84)17 dekabr 2019-cu il tarixli iddia ərizəsindən görüniir ki, Şahlar Səfərov tərəfindən JN 0061 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə öhdəlik qoyulması Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. (Cild 7, i.v. 81-83)Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)- 636/2020 №-li qərarından görünür ki. JN 0061 KOD 30İO2018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Şahlar Səfərovun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur. (Cild 7, i.v. 105-110)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********96 saylı Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığıapellyasiya şikayətindən görünür ki. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-636/2020 №-li qərarının ləğv edilməsi xahiş edilmişdir. (Cild 7, i.v. 112-1 14)Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ei il tarixli 2-1(105)- 28/2021 №-li qərardadından görünür ki,iddiaçı X24cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dö\lət Xidməti yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair düvlət aktı əsasında toıpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair ərizəsini geri götürdüyündən iş üzrə icraata xitam verilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-636/2020 №-li qərarı ləğv edilmişdir. (Cild 7. i.v. 147-149)Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli protokoluna, Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-u il tarixli 15 nömrəli qərarına, həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinə. Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktına və Dövlət Toıpaq və Xəriləçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktına guya Qusar rayonu Samur bələdiyyəsinə məxsus 85 ha torpaq sahəsi X2. (Cild 2, i.v. 7 1-79; Cild 9. i.v. 227,

228. 229. 230-233) Beləliklə də, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü ilə müəyyən edilmişdir ki. Qusar rayonunun Sanııır qəsəbəsində yerləşən və 120.000 manat dəyərində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şamaxı rnunMeysəıi kəndində yaşayan X25 (iddiaçının yaxın qohumudur) admarəsmiləşdirilmiş olsa da. faktiki olaraq məhkum X20 tərəfindən saxla sənəd tərtib edilməklə ələ keçirilərək ona məxsus olmuş və cinayət işi üzrə onun Samur bələdiyyəsinə vurmuş olduğu 120 min manat həcmində ziyanın bərpası üçün natura qaydasında Samur bələdiyyəsinə bağışlanmışdır.Cinayət işinin materialları və məhkəmə lıökınü ilə sübut edilmişdir ki. İddiaçı həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlanmasına görə bələdiyyənin başqa yerdə 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda iddia ərizəsinə əlavə edilmiş 27 noyabr 2019-cu il tarixli 01 saylı öhdəlik müqaviləsi saxtadır.Bu hal onunla təsdiq olunur ki, 2019-cıı ilə aid Samur bələdiyyəsinin iclas protokollarının qeydiyyatı kitabında 27 noyabr 2019-cu il tarixdə belə müqavilənin müzakirəsinin keçirilməsi haqda heç bir qeydiyyat yoxdur. Qeydiyyat kitabından görünür ki, bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu İ tarixdə keçirilmiş (bələdiyyə sədri MuradxanovaAlbinalidik qızı olmuşdun və orada İddiaçı 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması, bunun qarşılığında bələdiyyənin başqa ərazidə bağışlayana 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda məsələ müzakirə edilməmişdir.Məhkəmənin hökmündə də qeyd edilmişdir ki, təqsirləndirilən Cavanşir Əvəzov torpaq sahəsini sənədləri saxtalaşdırarkən Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 №-li qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəm ğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 No-li bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmişdir.Digər tərəfdən, dəyəri 120.000 manat olan 17 ha torpaq sahəsini iddiaçının necə əldə etməsi, hansı məbləğdə pul ödəməsi, hansı səbəbdən bələdiyyəyə əvəzsiz bağışlaması, bağışlamanı notarial qaydada həyata keçirsə də. öhdəlik müqaviləsini notarial qaydada təsdiq etdirməməsi, bağışlamadan 2 il keçdikdən sonra torpağın qaytarılınası haqda iddia qaldırması kimi şübhəli məqamlar da diqqətə alınmalıdır.17 ha torpaq sahəsini Samur Bələdiyyəsinə qaytarma məhkum C.Əvəzovun Samur bələdiyyəsinə vurduğu 120 min manat ziyanı ödəməsi kimi qiymətləndirilərək ona törətdiyi cinayət əməlinə görə şərli cəzanın verilməsinə səbəb olduğundan hazırkı iddianı Samur bələdiyyəsinə təkrarən ziyan vurmağa cəhd kimi qiymətləndiririk və həmin iş üzrə ona ləyin edilmiş şərti cəzanın ləğv edilməklə cəzasının ağırlaşdın İması üçün məhkəmə hökmündən apcllyasiya şikayəti vermək məcburiyyətindəyik.Göstərilənlərə əsasən, hazırkı iddia saxla sübutlara istinad edilməklə əsl olmayan şəxs tərəfindən verildiyindən. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələblərini pozduğundan mümkünsüz hesab edilməli və rədd edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və qarşılıqlı iddaya etirazını müdafiə etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin sədri X26 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və etiraz ərizəsini müdafiə etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin sədri X11 vəkili Vəkil2 Çərkəz oğlu ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və etiraz ərizəsini müdafiə etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X18 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2015-2020-ci ilin əvvəllərinə qədər Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Qusar rayon məhkəməsinin icraatında olan İddiaçı Samur bələdiyyəsinə qarşı iddiası ilə bağlı bildirir ki, həqiqətən X37 və onun həyat yoldaşı İddiaçı arasında Samur bələdiyyəsi ilə xx.xx.2019-cu il tarixli, 01 saylı öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X37 və onun həyat yoldaşı İddiaçı birgə nigah dövründə əldə etdikləri Sərdar Şirinovun adına olan Qusar rayonu Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Qusar rayonu Samur bələdiyyəsinə bağışlamağı, bələdiyyə isə onun əvəzində xx.xx.2024-cü il tarixədək 20 ha torpaq sahəsini X37 və ya onun həyat yoldaşı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilədəki onun ad və soyadının qarşısındakı imza ona məxsusdur. Müqavilədəki möhür bələdiyyənin möhürüdür.Əlavə olaraq bildirir ki, 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində o, bələdiyyə üzvü seçilmədiyi üçün müqavilənin şərtlərinə əməl edə bilməmişdir. 2020-ci ildə bələdiyyə sədri seçilmiş şəxs xx.xx.2019-cu il tarixli, 01 saylı öhdəlik müqaviləsini əsas tutaraq 17 ha torpaq sahəsini bağışlama müqaviləsi əsasında Samur bələdiyyəsinin mülkiyyətinə keçirmişdir. Məhkəməyə gələ bilmədiyinə görə izahatını yazılı şəkildə təqdim edir. Xahiş edir nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, o, 2005-ci ildə Qusar rayonu Samur Bələdiyyəsindən 17 ha torpaq sahəsi almışdır. Sonradan həmin torpaq sahəsini X25 mülkiyyətinə satmışdır. X21 dediyinə görə o, həmin torpaq sahəsini Samur Bələdiyyəsinə qaytarıb, əvəzinə 20 ha torpaq sahəsi alacaq. Məhkəməyə gələ bilmədiyinə görə izahatını yazılı şəkildə təqdim edir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki,ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X38 ƏMDX yanında DƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reeyestrindən çıxarışa əsasən verilmiş 17 ha torpaq sahəsini Qusar rayonu Samur Bələdiyyəsinə bağışlamışdır. Həmin müqaviləni Qusar rayonu Samur bələdiyyəsi tərəfindən həmin Bələdiyyənin adından X26 imza etmişdir. İşdə olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 rayonu Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini X30 17000 (on yeddi min) manata satmışdır. İşdə olan 01 saylı tərəflər arasında öhdəlik müqaviləsinin surətindən görünür ki, Birinci tərəf X37 və İddiaçı birgə nikah dövründə əldə eldikləri Qusar rayonu, Samur qəsəbəsində yerləşməklə mülkiyyət hüququ ilə onlara məxsus olan 17 ha torpaq sahəsini Qusar rayonu, Samur bələdiyyəsinə bağışlamağı öhdəsinə götürür.İkinci tərəf Qusar rayonu, Samur Bələdiyyəsi həmin bağışlanan 17 ha torpaq sahəsinin əvəzinə birinci tərəfə Qusar rayonu, Samur qəsəbəsində yerləşən bağışlanan torpaq sahəsinin kateqoriyasına uyğun olan 20 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixədək birinci tərəfin mülkiyyətinə verməsini öhdəsinə götürür.Birinci tərəf 17 ha torpaq sahəsini ikinci tərəfə bağışladıqdan sonra, ikinci tərəf öz öhdəliyini yerinə yetirmədikdə bağışlama müqaviləsinin ləğv olunmasına, bağışlama müqaviləsindən əmələ gələn bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə və dəymiş zərərin əvəzinin ödənilməsinə (əldən çıxmış fayda daxil olmaqla) ikinci tərəfin yəni Qusar rayonu, Samur Bələdiyyəsinin heç bir etirazı olmayacaq. İşdə olan 20 iyun 2024-cü il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 105/2024 saylı (elektron versiyada) hökmündən görünür ki, Qusar rayonu Samur bələdiyyəsinin ərazisində yerləşən 17 ha torpaq sahəsinin əmisi Ziyadxan Zeynalovun adına rəsmləşdirilməklə çıxarışın alınması məqsədilə, saxtalaşdırılmaqla özlərində saxladıqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktını tanışı X13 vasitəsi ilə 17 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə eyni tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında Ziyadxan Zeynalovun adından 17 sentyabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə mülki iddianın verilməsini təmin etmiş, məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə iş üzrə işdə iştirak edən Ziyadxan Zeynalov vasitəsi ilə qeyd olunan xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan "həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 №-li qərarla vətəndaş Ziyadxan Zeynalova satılmışdır. İşdə olan Samur Bələdiyyəsinə məxsus 2019-cu il tarixli çıxan sənədlərin qeydiyyat kitablarından, 2019-cu il tarixli iclas protokollarının qeydiyyat kitablarından görünür ki, sözü gedən torpaq sahəsinin satılması, müzakirəsi haqqında heç bir qeyd həmin kitablarda aşkar edilməmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

1. Torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.

3. Torpaq sahəsinin bağışlanması qaydaları Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Üçüncü şəxslərin məhkəməyə ünvanladığı X15 ərizəsini və X16 teleqramını məhkəmə inandırıcı və mötəbər hesab etmir. İddiaçı iddia tələbinin hüquqi əsası ondan ibarətdir ki, Qusar rayonu Samur Bələdiyyəsi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən öz öhdəsinə götürmüşdür ki, İddiaçı ilə X37 birgə nikah dövründə əldə etdikləri 17 ha torpaq sahəsini bələdiyyəyə bağışlandıqdan sonra həmin torpaq sahəsinin müqabilində bələdiyyə öz mülkiyyətində olan 20 ha torpaq sahəsini İddiaçı ilə X25 mülkiyyətinə verəcəkdir. Ona görə də, hesab edir ki, öhdəlik müqaviləsində bələdiyyənin öz öhdəliyini yerinə yetirmədiyi halda bağışlama müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulduğundan və Qusar rayonu Samur bələdiyyəsi öz öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı ilə cavabdeh Qusar rayonu Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki,İddiaçı ilə cavabdeh Qusar rayonu Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsində həmin müqavilənin hər hansı şərtlə bağlandığı, o cümlədən bələdiyyənin İddiaçı qarşısında hər hansı öhdəlik götürməsi qeyd olunmamışdır. Bundan başqa, həmin müqavilə bağlanan anda Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, bağışlama əqdinin istər məzmunu, istərsə də, forması ilə bağlı nəzərdə tutulan bütün tələblərə əməl olunmuşdur. Həmin müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı ilə, müqaviləni imzalayan şəxslərin iradə ifadəsinin bildirilməsi ilə, vahidliyinin mövcudluğu ilə, əqdin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır.Bununla da, bağışlama əqdinin etibarsız hesab olunması üçün Mülki Məcəllə ilə müəyyən olunmuş hansı əsas mövcud deyil. Məhkəmənin qənaətinə görə İddiaçı iddia tələbi əsassızdır və ona görə də, rədd edilməlidir. Məhkəmə Qusar rayonu Samur bələdiyyəsinin qarşılıqlı iddia tələbini müzakirə edərək qeyd edir ki, İddiaçı istinad etdiyi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması barədə Qusar rayonu Samur bələdiyyəsinin iclas protokollarında və digər arxiv sənədlərində heç bir məlumat aşkar olunmamış, bununla bağlı İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması ilə bağlı bələdiyyədə müzakirə aparılması ilə iclas protokollarında öz əksini tapmamışdır. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması zəruri edən iclas protokolunun gündəliyinə də daxil edilməsi öz əksini tapmamışdır. Məlum haldır ki, bələdiyyələrin hər bir hərəkəti iclas prokotolunda əks olunmalıdır, lakin sözü gedən xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi ilə bağlı 2019-cu il tarixli iclas protokollarında əks olunmamışdır. Bütün bunlar isə belə qənaətə gəlməyə əsas verir ki, həmin öhdəlik müqaviləsi mötəbər olmamaqla Mülki Məcəllənin tələblərinə ziddir. Odur ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə Qusar rayonu Samur bələdiyyəsinin dəlilləri ilə razılaşaraq hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Əgər xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediəcəkdir. Hazırkı halda məhkəmə də tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatalara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehə qarşı irəli sürülmüş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması barədə iddiası əsassızdır, həmin ilkin iddia rədd edilməlidir. X37 və İddiaçı ilə Qusar rayonun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsi Mülki Məcəllənin tələblərinə zidd olduğundan qarşılıqlı iddia tələbi əsaslıdır və ona görə də təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. X37 və İddiaçı ilə Qusar rayonun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar