Məhkəmə qərarları › İş №e-2(029)-80/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-80/2025

19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-80/2025 19.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X7, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh ,Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus Qusar rayonu, Avaran kəndində yerləşən, ümumi sahəsi 82 ha təşkil etdiyi torpaq sahəsinin 1.68 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, o cümlədən həmin torpaq sahəsinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu, Avaran kəndində yerləşən 82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********28 reyestr nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin 1.68 ha hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsinin boşaldılması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış, iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etdirir. Cavabdeh iddia tələbinə etiraz edərək müvafiq ərizəni məhkəməyə göndərmiş və mövqeyini onunla əsaslandırılmışdır ki, Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən mübahisəli 1,68 ha torpaq sahəsinin 1,22 ha sahəsini JN-109 KOD 30103018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Avaran kənd sakini X3 və onun ailə üzvlərindən, 0,56 ha torpaq sahəsini isə JN-108 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Avaran kənd sakini X2 və onun ailə üzvlərindən almışdır. Beləliklə də, əldə etdiyi vaxtdan 1,68 ha (1,22+0,56) torpaq sahəsi qanuni sahibliyik və istifadə edir. O, həmin torpaq sahələrinə dair adına çıxarış almaq istəyəndə isə ona məlum olmuşdur ki, daşınmaz əmlak digər şəxsin adına qeydiyyata alınmışdır. Lakin, JN-108 KOD ********* saylı və JN-109 KOD 30103018 saylı torpaqlara dair dövlət aktının nüsxələri əvvəlki mülkiyyətçilər tərəfindən ona təhvil verildiyi halda və hazırda da özündə olduğu halda mübahisəli daşınmaz əmlakın başqa şəxsə satılması qeyri-mümkündür. Dövlət Notariat Arxivindən isə müraciətinə cavab olaraq bildirmişlər ki, 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqavilələrin ləğvi və ya dəyişdirilməsi barədə arxivə məlumat daxil olmamışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi 1,68 ha torpaq sahəsi onun tərəfindən qanunsuz zəbt edilməmiş və buna görə iddia əsassız olduğun görə rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X8 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində 82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, sonradan həmin torpaq sahəsinin bir hissəsi başqa şəxslərə verilmiş və yeni Çıxarış alınmışdır. Həmin torpaq sahəsi hərrac vasitəsi ilə "xxxx" MMC-dən 2017ci ildə alınmışdır. Həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi İddiaçı MMC-dir. Cavabdeh isə həmin torpaq sahəsinin 1.68 hektar hissəsini qanunsuz istifadə edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqavilələr əsasında əldə etmiş, alqı-satqı həyata keçirilməmişdən əvvəl torpaq sahələrinə baxış keçirmiş, lakin hər hansı üçüncü şəxslərin torpaq sahəsinə aidiyyatını müəyyən etməmişdir. Hüquqlarını yaxşı bilmədiyinə görə alqısatqı nəticəsində əldə olunmuş torpaq sahələrinə dair hüquqlarını qeydiyyatdan keçirə bilməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil iddianı qəbul etməmiş və izahatında iddiaya verilmiş etiraz ərizəsində, eləcə də Cavabdeh məhkəmə iclasında göstərdiyi xüsusatlara istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq olunmuş Qusar rayon Dövlət Notariat Kontorunda bağlanan 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh 1,68 ha torpaq sahəsinin 1,22 ha sahəsini JN-109 KOD 30103018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Avaran kənd sakini X3 və onun ailə üzvlərindən, 0,56 ha torpaq sahəsini isə JN-108 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Avaran kənd sakini X2 və onun ailə üzvlərindən almışdır. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 fevral 2025-ci il tarixli 3-21-3-24/2-2201/2025 saylı məktubundan görünür ki, arxiv məlumatlarında Qusar rayonu Avaran kəndində yerləşən torpaq sahəsinə verilmiş JN-109 nömrəli dövlət aktının 1,220,83 ha hissəsinin hazırki mülkiyyətçisi "xxxx" MMC-dir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 aprel 2025-ci il tarixli 3-21-3-34/2-4270/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 82 hektar torpaq sahəsi İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə əsasən **********58 reyestr nömrəli çıxarışla əvəz olunaraq İddiaçı MMC-nin mülkiyyətinə aid olmaqla 21.26 hektar təşkil edir. Cavabdeh həmin torpaq sahəsinin 1.12 hektar hissəsini satın aldığını qeyd edilmişdir, həmin torpaq sahəsi faktiki naturada 1.85 hektar ölçüdə təşkil edir. KOD 30103018 JN-109 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətində və Cavabdeh tərəfindən həmin şəxslərdən satın alınmış 1.12 hektar torpaq sahəsi ilə İddiaçı MMC-nin mülkiyyətində aid **********58 reyestr nömrəli 21.26 hektar torpaq sahəsi ilə bütövlükdə 1.12 hektar ölçüdə olmaqla üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2025-ci il tarixli 10/3027 saylı ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 82 hektar torpaq sahəsi xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə əsasən **********58 reyestr nömrəli çıxarışla əvəz olunaraq 21.26 hektar təşkil edir. Cavabdeh həmin torpaq sahəsinin 1.12 hektar hissəsini satın aldığını qeyd edilmişdir, həmin torpaq sahəsinin faktiki naturada 1.85 hektar ölçüdə təşkil etdiyi müəyyən edilmişdir. KOD 30103018 JN-109 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətində və Cavabdeh tərəfindən həmin şəxslərdən satın alınmış 1.12 hektar torpaq sahəsi ilə İddiaçı MMC-nin mülkiyyətinə aid **********58 reyestr nömrəli 21.26 hektar torpaq sahəsi ilə bütövlükdə 1.12 hektar ölçüdə üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 10/3027 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 10 (yüz) manatdır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin Cavabdeh tərəfindən KOD 30103018 JN-109 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinin satın aldığı 1.12 hektar torpaq sahəsi ilə İddiaçı MMC-nin mülkiyyətinə aid **********58 reyestr nömrəli 21.26 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, daşınmaz əmlakın reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsas götürülməklə səbəbindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən iddiaçı "xxxx" MMC öz əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, cavabdeh isə həmin zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmağa borcludur. Məhkəmə cavabdeh tərəfin həmin torpaq sahəsini digər şəxsdən notarial alqı-satqı müqaviləsi əsasında satın alması və ona görə də, torpaq sahəsindən istifadə etməsinin qanuni olması ilə bağlı etirazını müzakirə edərək qeyd edir ki, həmin şəxs qeyd olunan torpaq sahəsini notarial alqı-satqı müqaviləsi əsasında satın alsa da, onun həmin müqavilə əsasında əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və onun istifadə etdiyi torpaq sahəsinin hal-hazırkı mülkiyyətçisi İddiaçı MMCdir və torpaq sahəsinə dair həmin MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq Çıxarışla rəsmiləşdirilmişdir. Həmin Çıxarış qüvvədədir, mübahisələndirilməmiş və belə olan halda həmin Çıxarış üzrə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmə cavabdeh tərəfin həmin etirazının dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməlidir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu Avaran kəndində yerləşən ümumi sahəsi 82 ha təşkil edən, **********28 reyestr nömrəli torpaq sahəsinin 1.68 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN ********** , Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar