Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-806/2025 03.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 1986-cı il tarixdə vəfat etmiş X4 miras qalmış, 85 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış və texniki pasport verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə 17 avqust 2021-ci il tarixdə ölmüş X3 vəfatından sonra onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlaklardan vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Məmmədova Sona (Sonya) Əlməmməd qızından ünvan 1 ünvanında yerləşən 85 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış və texniki pasport verilmiş fərdi yaşayış evi miras qalmışdır. O, xx.xx.1974-cü ildə X6 ilə nikaha daxil olaraq qeyd edilən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan bu günə kimi də həmin fərdi yaşayış evində yaşayır. Miras qoyan X9 21 dekabr 1986-cı ildə vəfat etmiş və onun ölümündən miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sonra X2 ilə birlikdə yaşayıb mirası faktiki qəbul etmişdir. Övladları olan üçüncü şəxslər X10, Maraqlı şəxs1 və Maraqlı şəxs3 qeyd edilən evdə doğularaq boyabaşa çatmışlar və miras əmlakın onun adına rəsmiləşməsinə heç bir etirazları yoxdur. X2 17 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra da o, Sona Məmmədovadan əri Məmməd Məmmədova, ərindən isə ona miras qalmış fərdi yaşayış evində yaşayaraq miras əmlakı faktiki qəbul etmişdir. Onun qeyd edilən evdə yaşamağının və həmin miras əmlakı qəbul etməsi ev kitabındakı qeydlər, o cümlədən şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanının həmin ev olması və hal-hazıra kimi də həmin evdə yaşaması ilə təsdiq olunur. Hal-hazırda X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon notariat ofisinə müraciət etmişdir. Lakin, həmin qurumdan ona əsassız şəkildə imtina cavabı verilmişdir ki, mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Halbuki o, notariat orqanına ən əsas sübut kimi ev kitabının əslini, özünün şəxsiyyət vəsiqəsini, eləcə də miras əmlakla bağlı "xxxx" ASC tərəfindən göstərilən kommunal xidmətlərdə abonent kimi hələ də mərhum əri Məmməd Məmmədovun adının qeyd edildiyini, eləcə də İcra nümayəndəliyinin arayışını, kommunal xidmətlərlə bağlı ödəniş qəbzlərini təqdim etmiş və həmin süburlarla onun və mərhum əri Məmməd Məmmədovun mirası faktiki qəbul etməyi təsdiq olunurdu. Qeyd edilənlərə baxmayaraq notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, miras əmlakı faktiki olaraq o, qəbul etdiyi üçün onun vərəsəlik hüququ tanınmalı, miras əmlakdan tam pay müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahatında onun vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iddianın təmin edilməsinə etiraz etmədiklərini, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Cavabdeh Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iddiaçı tərəfin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 686 nömrəli “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-8282/2024 saylı məktubdan görünür ki, X5 adına ünvan 4 ünvanda 85 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmiş fərdi yaşayış evi inşa edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. İşdə olan AA 071632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Məmməd Ağahüseyn oğlunun anasıdır. İşdə olan AZ 319147 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 06 aprel 1974-cü ildə evlənmişlər və Səyyarə Nəbiyeva “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 186461 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 avqust 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, onlar iddiaçının vərəsəlik hüququnun tanınması, miras əmlaka dair tam payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsinə etiraz etmirlər. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli 1195 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibəti Azərbaycan Respubliksının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Sona Məmmədova 21 dekabr 1986-cı il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Ona görə də, hazırkı işin hallarına həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, İddiaçı miras qoyan X8 Məmmədovun arvadıdır. Miras qoyan Sona Məmmədova vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ onun oğlu olan Məmməd Məmmədova mənsub olmuş, həmin şəxs həmin əmlakları faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş, ailəsi ilə birlikdə miras əmlak olan evdə yaşamışdır. Məmməd Məmmədov vəfat etdikdən sonra isə miras qoyan Sona Məmmədovanın miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək hüququ irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə keçmişdir. Odur ki, hazırda miras qoyan Sona Məmmədovanın yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün İddiaçı subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda iddiaçının övladları olan iş üzrə üçüncü şəxslərə mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər, bu barədə ərizələr vermişlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, İddiaçı uzun müddətdir ki, miras qoyan Sona Məmmədovanın miras kütləsinə daxil olan, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla və həmin evdə qeydiyyatda olmaqla miras əmlaka faktiki sahiblik edir və ondan istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı miras qoyan Sona Məmmədovanın miras əmlakını mirasın qəbul edilməsini faktiki üsulu ilə qəbul etmişdir. Ona görə də Qusar rayon Notariat Ofisinin həmin əmlakların İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmədiyi barədə mövqeyi qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia əsaslıdır, təmin edilməli, 21 dekabr 1986-cı il tarixdə vəfat etmiş X4 miras qalmış, 85 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış və texniki pasport verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmalı, həmin miras əmlaklar vərəsəlik qaydasında İddiaçı tam mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 21 dekabr 1986-cı il tarixdə vəfat etmiş X4 miras qalmış, 85 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış və texniki pasport verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın, həmin miras əmlaklar vərəsəlik qaydasında İddiaçı tam mülkiyyətinə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-806/2025
Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(029)-806/2025
03.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver