Məhkəmə qərarları › İş №e-2(029)-811/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-811/2023

22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-811/2023 22.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş yolun açılması və maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsi hasarının cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi və tikinti materiallarının qalıqlarının ərazidən çıxarılması, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş yolun açılması və maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsi hasarının cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi və tikinti materiallarının qalıqlarının ərazidən çıxarılması, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-in 108.1, 108.1.1-ci maddələrinə əsasən Mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi iki nəfər şəxs tərəfindən verilmiş və həmin iddia qiymətləndirilməyən iddialara aiddir. Həmin iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, iddia ərizəsi iki nəfər şəxs tərəfindən verildiyi halda və bununla da hər iki şəxs tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, yalnız bir nəfər şəxs üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla da, ərizə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.5, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar