Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-825/2022 21.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış 21 sentyabr 2022-ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, o, hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddianı geri götürmək qərarına gəlmişdir. O, hüquqlarını təmsil etdiyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddia ərizəsini geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı məhkəmə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 19318) dövlət rüsumu İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı məhkəmə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 19318) dövlət rüsumu İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-825/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-825/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver