Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-88/2024 10.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona çatası 11000 (on bir min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, bir müddət tanıdığı Cavabdeh 21 yanvar 2023-cü ildə atasının əməliyyat olunması üçün ondan 11000 manat borc pul istəmiş, o, da ona inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu iyun-iyul aylarında qaytarılmasına söz vermişdir. Cavabdeh razılaşmaya əməl etməmiş və aldığı pulu vaxtında qaytarmamışdır. O, Cavabdeh verdiyi borcu tələb etsə də, cavabdeh hər dəfə söz verməsinə baxmayaraq öhdəliyini icra etməmiş, sonradan isə onunla ümumiyyətlə bu haqda danışmaq istəmədiyini bildirmişdir. O, Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu verməsə onu məhkəməyə verəcək, lakin yenə müsbət nəticə olmamışdır. Pulunu ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 11000 manat pulu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, cavabdehin məhkəmədə gətirdiyi dəlilləri isə əsassız hesab etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, hərbi hissədə hərbçi işləyir. Onun iddiaçıya cəmi 1400 manat məbləğində borcu vardır və həmin borcu mart ayına kimi qaytaracaqdır. İddiaçı ona 400 manat pul vermiş, qalan pulu isə ona iş yoldaşı İsa adlı şəxs vermişdir. O, İsa vasitəsi ilə 10 ay ərzində iddiaçıya hər ay 170-175 manat məbləğində pul göndərmişdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, əvvəllər tanıdığı İddiaçı 11000 manat pul aldığını etiraf edir. Beləliklə də işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri yaranmış və qarşılıqlı razılaşmaya əsasən Cavabdeh İddiaçı aldığı 11000 manat pulun ödənilməsini üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehin ona pul borclu olmasını sübut etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh X1 borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, ona qarşı irəli sürülmüş borcun qaytarılmasına dair iddia əsaslıdır. Bu baxımdan məhkəmə cavabdehin borcun bir hissəsinin qaytardığına dair dəlillərlə razılaşmayaraq qeyd edir ki, o, (cavabdeh) bu halı məhkəmədə sübüta yetirə bilməmişdir. İşin bu hallarını nəzərə alaraq sübut etmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddianın əsassız olduğuna dair gətirdiyi dəlillərə münasibətdə məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 11000 manat məbləğində borc tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-88/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-88/2024
10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver