Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-89/2024 21.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı2, İddiaçıların nümayəndəsi-vəkil Nümayəndə İsax oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X1 qarşı zəbt olunmuş yolun açılması və maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsi hasarının sökülməsi və tikinti materialları qalıqlarının ərazidən çıxarılması tələbinə dair iddiaları üzrə mülki işə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X1 qarşı zəbt olunmuş yolun açılması və maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsi hasarının sökülməsi və tikinti materialları qalıqlarının ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə İsax oğlu məhkəməyə ərizə təqdim edərək işə baxılmasını tələb etmədiyini göstərmiş, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmniş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanması barədə ərizə verildiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçıların nümayəndəsi-vəkil X5 tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbz üzrə 100.00 manat və ********** nömrəli, xx.xx.2023cü il tarixli qəbz üzrə 100.00 manat, cəmi 200 manat məbləğində dövlət rüsumu X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt olunmuş yolun açılması və maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsi hasarının sökülməsi və tikinti materialları qalıqlarının ərazidən çıxarılması tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıların nümayəndəsi-vəkil X5 tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbz üzrə 100.00 manat və ********** nömrəli, xx.xx.2023cü il tarixli qəbz üzrə 100.00 manat, cəmi 200 manat məbləğində dövlət rüsumu X3 qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-89/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-89/2024
21.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver