Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-892/2022 24.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclası 24 noyabr 2022-ci il tarixə saat 10:30-a təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə baxılmasını tələb etmədiyini göstərmiş, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən Dövlət rüsumu (məhkəmə ödənişi) kimi "xxxx" ASC-nin Qusar filialına ödənilmiş qəbz nömrəsi 11960 olan xx.xx.2022-ci il tarixli qəbz üzrə 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, bu səbəbdən də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən Dövlət rüsumu (məhkəmə ödənişi) kimi "xxxx" ASC-nin Qusar filialına ödənilmiş qəbz nömrəsi 11960 olan xx.xx.2022-ci il tarixli qəbz üzrə 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Adil Vəliyev
Məhkəmə qərarları › İş №e-2(029)-892/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-892/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver