Məhkəmə qərarları › İş №e-2(029)-896/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-896/2025

03.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-896/2025 03.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X7-Xaçmaz Regional Təhsil İdarəsinin nümayənsədi Nümayəndə2 Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbin direktoru X1 iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Quba- Xaçmaz Regional Təhsil İdarəsinə və Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbinə, üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə qarşı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Quba- Xaçmaz Regional Təhsil İdarəsinə, Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbinə, üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə qarşı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, Tofiq İsmayılov adına 6 №-li tam orta məktəbi direktorunun 30 iyun 2025-ci il tarixli 69№-li əmrinin ləğv olunması, iddiaçının işə bərpa edilməsi, işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi və ilkin Mediasiya Sessiyasının tətbiqi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra "İddiaçı") əmək müqaviləsi əsasında 04 mart 1991-ci il tarixindən 30 iyun 2025-ci il tarixinədək Qusar şəhəri, Tofiq İsmayılov adına 6№-li tam orta məktəbinin ingilis dili müəllimi vəsifəsində işləmişdir."Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan qaydanın aşağıdakı bəndlərinə əsasən: Sertifikatlaşdırma Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı hər 2 (iki) gözündə yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq müalicə alır, əvvəllər ikinci qrup əlil və 13 aprel 2021-ci il tarixindən isə müddətsiz olaraq gözdən əlilliyi olan şəxs, üçüncü qrup əlillik dərəcəsi ona təyin edilmişdir. İddiaçı 22 iyun 2024-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Buna səbəb isə imtahanın keçirildiyi tarixdə iddiaçının Rusiya Federasiyasının Moskva şəhərində gözlərinin müalicəsi ilə əlaqədar orada olmasıdır. İddiaçı qərəzli olaraq imtahanın keçirildiyi tarixlərdə xaricə ölkəyə müalicəsi ilə əlaqədar getməmişdir. Belə ki, iddiaçı müalicə ilə bağlı getməli olduğu Rusiya Federasiyasına uçuş biletini 11 aprel 2024-cü il tarixində, öncədən almış və həmin tarixdə isə sertifikatlaşdırma imtahanının keçirilməsi vaxtı dəqiq müəyyən olumamışdır. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 3.13-cü bəndinə əsasən əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. İddiaçı "üçüncü qrup" gözdən əlildir sözügedən əlverişli şəraitin nədən ibarət olması, onun iddiaçıya niyə görə tətbiq olunmaması və digər təhsilverənlərlə ümumi qaydada imtahana cəlb edilməsidə ona qarşı olan qərəzin əyani sübutudur. Qeyd olunan qaydaların 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təhsilverənlərin 20 iyun 2025-ci il tarixində təkrar sertifikatlaşdırma imtahanı keçirilmişdir. Yuxarıda qeyd olunan qaydaların 3.14-cü bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı qeyd olunan imtahandan 28 (iyirmi səkkiz) bal toplayaraq nəzərdə tutulmuş keçid balını toplaya bilməmişdir. Nəticədə iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixində 69 № li əmrlə işəgötürən tərəfindən xitam verilmişdir. Təkrar sertifikatlaşdırma imtahanı keçirildiyi tarixdə, yəni 20 iyun 2025-ci il tarixində nəzərə alsaq ki, iddiaçı xx xxxx 1965-ci tarixində anadan olmuşdur və artıq onun 60 (altmış) yaşı tamam olmuşdur. Təhsil haqqında Azərbaycan Respublikası qanununun 36-2.3-1-ci maddəsinə və Ümumi təhsil haqqında Azərbaycan Respublikası qanununun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü nəzərdə tutulmuşdur. Burada "sertifikatlaşdırma" dedikdə həm birinci həmdə təkrar sertifikatlşadırma imtahanları nəzərdə tutulur. Yəni 60 (altmış) yaşı tamam olmuş təhsilverənlərin sertifikatlaşdırmanın hər hansı mərhələsində iştirakı "könüllü" xarakter daşıyır. Qanunun normasından da göründüyü kimi, iddiaçı sertifikatlaşdırma imtahanına 60 (altmış) yaşının tamam olması ilə əlaqədar cəlb olunmamalı olduğu təqdirdə məcburi şəkildə cəlb edilmişdir. Belə ki, iddiaçıya onun şəxsi kabineti vasitəsilə bildiriş göndərilərək təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olduğu diqqətinə çatdırılmışdır. İddiaçının təkrar sertifikatlaşdırma imtahanında hər hansı formada iştirak etməsi, onun sözügedən imtahanda könüllü iştirak etməsi anlamına gəlmir. Dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2023-cü il 20 oktyabr tarixli Qərarı). İddiaçının sözügedən imtahanda həqiqətəndə "könüllü" iştirak etməsinə dair müəyyən şübhələr mövcuddur. İddiaçı "üçüncü qrup" gözdən əlildir, həm ölkə daxilində həmdə ölkə xaricində (Rusiya, İran və.s) bir neçə dəfə müayinə və müalicə almışdır. Aşağıda qeyd olunan hallara görə hesab edir ki, iddiaçının təkrar sertifikatlaşdırma imtahanında "könüllü" iştirak etməsi tamamilə reallıqdan uzaq və əsassızdır:Təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmək kimi fürsəti varsa (yaş meyarı) niyə özünün karyerasını, əmək fəaliyyətini və maddi qazanc (əmək haqqı) əldə etmək imkanını sual altına salsın?Məlum olduğu kimi iddiaçı "üçüncü qrup" gözdən əlildir. Təkrar sertifikatlaşdırma imtahanı isə kifayət qədər diqqət və gözlə müşahidə etmək qabiliyyəti tələb edir. İddiaçının isə bu halını "könüllü"şəkildə göz ardı etməsi qeyri-mümkündür. İddiaçının təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olmasına dair onun şəxsi kabinetinə göndərilmiş bildiriş. Göründüyü kimi iddiaçının təkrar sertifikatlaşdırma imtahanında "könüllü" iştirak etməsi deyil məhz məcburi, işəgötürənin təsiri ilə iştirak etməsi halı işin faktiki hallarından açıq-aşkar bəlli olur. Təkrar sertifikatlaşdırma imtahanında iddiaçının guya "könüllü" iştirak edib keçid balını toplaya bilməməsi halı, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası deyil, məhz bəhanəsi kimi çıxış etmişdir. Əgər işəgötürən həqiqətən iddiaçının təkrar sertifikatlaşdırma imtahanında onun iştirak etməsini "könüllü"lük prinsipi əsasında həyata keçirmişsə, bu zaman iddiaçının qeyd olunan imtahanda iştirak etmək iradə ifadəsini bildirən sübutları məhkəməyə təqdim etməlidir. Qusar şəhəri, Tofiq İsmayılov adına 6 № -li tam orta məktəbi direktorunun 30 iyun 2025-ci il tarixli 69 № li əmri qanunsuz, əsassız olduğundan ləğv olunmalı və "iddiaçı"nın aşağıdakı pozulmuş hüquqlarının təmin olunması və çəkdiyi xərclərin ona ödənilməsi barəsində yekun məhkəmə aktı qəbul edilməlidir : İşə bərpa olunmalı, Məcburi boşdayanma dövrü üçün işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək ödənilməli olan, lakin ödənilməyən əmək haqqının ona ödənilməsi, ilkin Mediasiya Sessiyasında (İMS) iştirak etməsilə əlaqədar ödənilmiş 60 (altmış) manat mediasiya xərci. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X7-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi etiraz ərizəsini onunla əsalandırmışdır ki, İddiaçı Qusar şəhəri Tofik İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsində çalışmışdır.İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına əsasən 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak edərək 28 bal toplamaqla, təkrar sertifikatlaşdırmadan keçməmişdir.Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmrinə əsasən 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Qusar şəhəri Tofik İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 69 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.İddiaçı ərizədə qeyd edir ki, hər 2 (iki) gözündə yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq müalicə alır, əvvəllər ikinci qrup əlil və 13 aprel 2021 -ci il tarixindən isə müddətsiz olaraq gözdən əlilliyi olan şəxs, üçüncü qrup əlillik dərəcəsi ona təyin edilmişdir. İddiaçı 22 iyun 2024-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Buna səbəb isə imtahanın keçirildiyi tarixdə iddiaçının Rusiya Federasiyasının Moskva şəhərində gözlərinin müalicəsi ilə əlaqədar orada olmasıdır. İddiaçı qərəzli olaraq imtahanın keçirildiyi tarixlərdə xaricə ölkəyə müalicəsi ilə əlaqədar getməmişdir. Belə ki, iddiaçı müalicə ilə bağlı getməli olduğu Rusiya Federasiyasına uçuş biletini 11 aprel 2024-cü il tarixində, öncədən almış və həmin tarixdə isə sertifikatlaşdırma imtahanının keçirilməsi vaxtı dəqiq müəyyən olmamışdır. Eyni zamanda xüsusi olaraq vurğulamaqda fayda var ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 3.13-cü bəndinə əsasən əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Nəzərə alsaq ki, iddiaçı “üçüncü qrup” gözdən əlildir sözügedən əlverişli şəraitin nədən ibarət olması, onun iddiaçıya niyə görə tətbiq olunmaması və digər təhsilverənlərlə ümumi qaydada imtahana cəlb edilməsidə ona qarşı olan qərəzin əyani sübutudur.2024-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” (bundan sonra mətndə QAYDA) əsasında keçirilən sertifikatlaşdırmada iştirak etməmişdir. QAYDADA aşağıdakılar qeyd edilmişdir:Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:hamilə qadınlar;uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.Göründüyü kimi, QAYDA ilə sertifikatlaşdırmadan ümumiyyətlə keçirilməyən təhsilverənlərin dairəsi konkret müəyyən edilmişdir ki, həmin şəxslərə xəstəlik vərəqəsi müddətində olan təhsilverənlər aid edilməmişdir.Lakin QAYDANİN 5.2-ci bəndi ilə xəsətəlik vərəqəsi müddətində olan təhsilverənlərə bir dəfə xüsusi güzəşt müəyyən edilərək qeyd edilmişdir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qusar şəhəri Tofik İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi X3 ərizəsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməli olduğu halda iştirak etməmiş və ölkə xaricində olması barədə heç bir məlumat verməmişdir. Dəfələrlə zəng olunmasına baxmayaraq əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olduğu zaman bildirmişdir ki, “mənim hüququm vardır ki, birinci sertifikasiya imtahanında iştirak etməyim, ikinci sertifikasiya imtahanında iştirak edim”. Məktəb rəhbərliyinə xarici ölkədə olması barədə və xarici ölkədə müalicə alması ilə əlaqədar məlumat verilməmişdir.İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, təkrar sertifikatlaşdırma imtahanı keçirildiyi tarixdə, yəni 20 iyun 2025-ci il tarixində nəzərə alsaq ki, iddiaçı xx xxxx 1965-ci tarixində anadan olmuşdur və artıq onun 60 (altmış) yaşı tamam olmuşdur. Təhsil haqqında Azərbaycan Respublikası qanununun 36-2.3-1-ci maddəsinə və Ümumi təhsil haqqında Azərbaycan Respublikası qanununun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü nəzərdə tutulmuşdur. Burada “sertifikatlaşdırma” dedikdə həm birinci həmdə təkrar sertifikatlşadırma imtahanları nəzərdə tutulur. Yəni 60 (altmış) yaşı tamam olmuş təhsilverənlərin sertifikatlaşdırmanın hər hansı mərhələsində iştirakı “könüllü” xarakter daşıyır. Qanunun normasından da göründüyü kimi, iddiaçı sertifikatlaşdırma imtahanına 60 (altmış) yaşının tamam olması ilə əlaqədar cəlb olunmamalı olduğu təqdirdə məcburi şəkildə cəlb edilmişdir. Belə ki, iddiaçıya onun şəxsi kabineti vasitəsilə bildiriş göndərilərək təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olduğu diqqətinə çatdırılmışdır. İddiaçının təkrar sertifikatlaşdırma imtahanında hər hansı formada iştirak etməsi, onun sözügedən imtahanda könüllü iştirak etməsi anlamına gəlmir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə tənzimlənir.Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.Göründüyü kimi, qanunverici sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla “təkrar sertifikatlaşdırma”da iştirak etmək imkanını tanıyır. Təkrar sertifikatlaşdırmada Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi isə sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası'na əsasən 20 iyun 2025- ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak edərək keçid balını təşkil edən 30-dan az, yəni 28 bal toplamaqla, təkrar sertifikatlaşdırmadan keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur.İddiaçı iddiasında dəlil kimi qeyd etmişdir ki, 2024-cü ildə birinci sertifikasiya imtahanında xəstəlik səbəbindən iştirak etməmişdir. Təkrar sertifikasiya imtahanında isə 60 yaşı tamam olmuş, həmin imtahanda iştirakı Qaydalara görə könüllü olmalı imiş. İddiaçı sertifikatlaşdırma imtahanına 60 (altmış) yaşının tamam olması ilə əlaqədar cəlb olunmamalı olduğu təqdirdə məcburi şəkildə cəlb edilmişdir.İddiaçı yaşla bağlı, yəni təkrar sertifikatlaşdırmada iştirakının məcburi olmaması ilə bağlı dəlili aşağıda qeyd olunanlara görə əsassızdır.Göründüyü kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyən “Təhsil haqqında” Qanun, “Ümumi təhsil haqqında” Qanun, Əmək Məcəlləsi və Qaydaya əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il iş yeri saxlanılır, növbəti imtahan isə “təkrar sertifikatlaşdırma”dır. Yəni qanunvericilikdə “təkrar” sertifikatlaşdırma ayrıca institut və imtahan növü kimi müəyyən olunub. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin iş yerinin bir il saxlanılmasına dair hüquq isə onların təkrar sertifikatlaşdırmada iştirak etməsi öhdəliyi ilə şərtlənib.Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “İşdən çıxarılma əmrinin ləğvi, işə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iddiaçı 60 yaşı olduğuna görə sertifikatlaşdırmaya cəlb edilməməlidir. Bundan başqa iddiaçını məcburi imtahana cəlb ediblər. Sertifikatlaşdırmaya təxminən bir ay qalmış sertifikatlaşdırmada iştirak etməsi ilə bağlı təhsil verənlərin şəxsi kabinetlərinə bildirişlər göndərilir. İddiaçı sertifikatlaşdırmaya könüllü getməyib, əgər sertifikatlaşdırmada iştirak etməsəydi əmək müqaviləsinə xitam veriləcəkdi. İddiaçı sertifikatlaşdırmada iştirak edib, 30 bal keçid bal olub, 28 bal topladığına görə əmək müqaviləsinə xitam verilib. İmtahana iddiaçı getməsəydi yenə əmək müqaviləsinə xitam verəcəkdi. 60 yaşı tamam olanlar üçün imtahanda iştirak edib-etməməyin könüllü olması barədə iddiaçının məlumatlı olub-olub barədə məhkəməyə məlumat verə bilmir, iddiaçının həmin halın, yəni imtahanda iştirak etməyin könüllü olub-olmaması bilib-bilməsini barədə məlumat verə bilmir. Könüllü iştirak etmək istəyirsə cavabeh tərəf iddiaçıdan ərizə almalı idi. Qeyd olunanları nəzərə alaraq iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X7-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əsasən sertifikatlaşdırma iki mərhələdən ibarət olur, test və müsahibə mərhələsindən ibarət olur. Sertifikatlaşdırma iki mərhələdə keçirilir, birinci mərhələdə 30 bal toplayanlar uğur qazanır, 30 baldan az toplayanlar il ərzində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmaya cəlb olunur. Təkrar sertifikatlaşdırmada uğur qazanmayanlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işə götürən tərəfindən ləğv edilir. İddiaçının 59 yaşı olanda üzürlü səbəbə görə imtahanda iştirak edə bilməyib, 60 yaşında olanda təkrar sertifikatlaşdırmada iştirak edib, lakin uğur qazana bilməyib. Məhkəmə iclasında cavabdeh Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbin direktoru X2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, iddiaçıya rəsmi olaraq sertifikatlaşdırmada iştirakı ilə bağlı heç nə deməmişdir. İddiaçı ona sertifikatlaşdırmada iştirak etmək istəməməsi barədə heç nə deməyib. İddiaçı məcbur şəkildə heç kim deməyib ki, imtahanda iştirak etməlisən. İddiaçı imtahanda iştirak etməsi ilə bağlı ona narazalığını bildirməyib. Üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Qusar şəhəri 6 nömrəli məktəbə ixtisası üzrə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 69 saylı Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümumitəhsil məktəbindən verilmiş əmrdən çıxarışdan görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Qusar şəhəri Tofik İsmayılov adına 6 nömrəli tam orta ümütəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılması əmr edilmişdir. Bunun üçün əsas: 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi Təsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3-cü bəndinə əsasəntəkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsil verənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümütəhsil məktəbinin xx.xx.2025-ci il tarixli 69 saylı əmri əmri qanuni və əsaslıdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümütəhsil məktəbində ingilis dili müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümütəhsil məktəbinin xx.xx.2025-ci il tarixli 69 saylı əmri ilə, İddiaçı təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsində göstərdiklərini özünümüdafiə hesab edir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, iddiaçı özü təkrar sertifikatlaşdırma imtahanında iştirak etmiş, həmin imtahanda da uğur qazana bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçının Mediasiya Sessiyasının tətbiqi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasına dair hissəsində də təmin edilməməli, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar